Məktəbəqədər yaşlı uşaqların əmək təlimi və tərbiyəsinin mahiyyəti, məqsədi və vəzifələri Plan


Texnologiya məşğələləri prosesində yaradıcı fəaliyyətin inkişaf etdirilməsi



Yüklə 0,68 Mb.
səhifə20/33
tarix01.01.2022
ölçüsü0,68 Mb.
#104220
1   ...   16   17   18   19   20   21   22   23   ...   33
2. Texnologiya məşğələləri prosesində yaradıcı fəaliyyətin inkişaf etdirilməsi. Texnologiya üzrə məşğələlərdə uşaqların hərtərəfli inkişafında yaradıcı fəaliyyətin formalaşdırılması üçün müəyyən təsəvvürlər formalaşdırılır. Onlar artıq müəyyən maşınlar, velosiped, motosiklet, təyyarə, qayıq və s. haqda müəyyən təsəvvür əldə etməklə həm də onların maketini, oyımcaq şəklində kiçik formalarını görür və tanıyırlar.

Bu prosesdə uşaqlar sadalanan maşm və digər qurğuların şəklini dəyişdirməyə çalışır, onları öz təsəvvür dairəsinə uyğunlaşdırır, həm də rəngləyirlər. Artıq böyük yaş qrupu uşaqları kağız, karton, parça, plastilin, məftil və təbiət materialları ilə işləməyi öyrənir, onları əyir, kəsir, yapışdırır və həndəsi fıqurları bir-birindən fərqləndirməyi bacarırlar. Bütün bu əməliyyatları yerinə yetirdikcə uşaqlar sadəcə oyuncaqlar deyil, faydalı, xoşagələn elə bir məmulatlar hazırlamaq istəyirlər ki, onu böyüklərə, valideyinlərinə hədiyyə etsinlər. Belə prosesdə iştirak etməklə uşaqlar müəyyən fiqurlar hazırlamış olur və onlar haqqında sadə məlumatlara malik olurlar ki, bu da onların yaradıcı fəaliyyət göstərmələrinə şərait yaratmış olur. Uşaqlarm yaradıcılıq qabiliyyətini inkişaf etdirmək imkanı daha çox texnologiya üzrə məşğələlər prosesində həyata keçirilə bilər. Texnologiya məşğələləri qarşısında duran başlıca vəzifələrdən biri məktəbəqədər yaşlı uşaqların texniki təfəkkürünü və yaradıcılıq fəaliyyətini inkişaf etdirməkdir. Məktəbəqədər yaşlı uşaqların yaradıcılıq fəaliyyətini inkişaf etdirmək üçün məşğələlər prosesində yeri gəldikcə aşağıdakı tələblər qoyulmalıdır:



a) uşaqlar hazırlanacaq əşyanın texniki quruluşu ilə tanış ola bilsin;

b) əşyanın hazırlanması ilə əlaqədar uşaqlar düşünsün və yeni iş üsulları tətbiq etməyə çalışsın;

c) əldə edilmiş yeni konstruktiv məsələlərin sınaqdan keçirilməsinə imkan yaradılsın.

Məşğələlərin qarşısına qoyulmuş bu tələblərin müvəffəqiyyətlə həyata keçirilməsi uşaqlarda aşağıdakı vərdişlərin yaranmasını tələb edir. a) minimum əmək vərdişlərinə yiyələnmək;



b) diqqəti uzun müddət eyni məsələyə yönəltmək;

c) hazırlanacaq hər hansı bir modellə əlaqədar qanunauyğunluqları bilmək;

d) səbrli və iradəli olmaq;

e) alət və materiallarla düzgün davranmağı bacarmaq.

Yuxarıda göstərilən bu vərdişləri uşaqlara birdən - birə aşılamaq mümkün deyildir. Bu tərbiyəçidən gərgin əmək, pedaqoji ustalıq və müəyyən vaxt tələb edir. Uşaqlarda yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi işinə başladıqda ilk gündən həm bu vərdişləri yaratmaq, həm də onların yaradıcılıq vərdişlərini inkişaf etdirmək lazımdır. Bu işin yerinə yetirilməsi işi isə məşğələlərin düzgün təşkilindən çox asılıdır. Məktəbəqədər yaşlı uşaqlar bu dövrdə müəyyən işlərin yerinə yetirilməsi üçün artıq praktik vərdişlərə yiyələnmiş olurlar. Onlar sadə alətlərlə davranmağı bacarır, kağız, karton və s. materiallardan müəyyən fiqur və əşyalar hazırlaya bilirlər ya da bunu hazırlamağa ciddi cəhd göstərirlər. Ona görə də ilk məşğələlərdən başlayaraq işi elə təşkil etmək olar ki, yuxarıda adını çəkdiyimiz tələblər müəyyən qədər yerinə yetirilə bilsin. Bunun üçün ilk məşğələlərdən başlayaraq uşaqların bu sahədəki qabiliyyətlərini üzə çıxarmaq lazımdır. Yəni ilk məşğələlərin birində tərbiyəçi uşaqlara belə bir tapşırıq verə bilər: "istədiyimiz əşyanm modelini hazırlaym". Bu zaman uşaqlar istədikləri əşyanın və ya fiqurun modelini hazırlayacaqlar və heç şübhəsiz ki, həmin əşyanın hazırlanmasında tətbiq etdikləri iş üsullarında müstəqil fəaliyyət göstərəcəklər. Bu tapşırıqdan sonra tərbiyəçi uşaqların hazırladıqları əşyalara görə onların hansının nəyə qadir olduğunu müəyyən edə biləcəkdir. Qeyd etmək lazımdır ki, uşaqların yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsində meylin böyük əhəmiyyəti vardır. Belə ki, meyl uşaqlarda yaradıcılığın və qabiliyyətin təşəkkül tapmasına səbəb olur. Uşaqlar həmin fəaliyyət prosesində yüksək uğurlar əldə edirlərsə ona daha çox meyl edirlər. Fəaliyyətdə həqiqi meyl həmişə əməksevərlik formasmda təzahür edir.

Uşaqlarda yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsində meyl ilə yanaşı marağın da olması mühüm amildir. Belə ki, maraqla meyl qarşılıqlı əlaqədədir. Meyl maraq əsasında əmələ gəldiyi kimi, maraq da meyldən sonra təşəkkül edə bilir. Uşaqlarda bu və ya başqa fəaliyyət növünə yönəldilmiş maraqlar əsasında meyl əmələ gəlir. Uşaqlarda marağın əmələ gəlməsinə müxtəlif amillər təsir göstərə bilir:

a) uşaqlar xarici aləmlə ətraflı tanış olduqda onlarda həyatın ayrı - ayrı sahələrinə daha fəal və seçici münasibət yaranır.

b) ailə üzvlərinin öz işləri ilə əlaqədar apardıqları söhbətlər.

c) tərbiyəçilərin bağçada uşaqların marağını müəyyən sahəyə yönəltməsi. Bu sahədə aparılan ciddi işlər nəticəsində maraq dərinləşərək meylə çevrilə bilər.

Məktəbəqədər yaşlı uşaqlarda yaradıcı fəaliyyətin inkişaf etdirilməsində və onlarda lazımı əmək bacarıqlarının əmələ gəlməsində meylin böyük əhəmiyyəti vardır. Belə ki, meyl uşaqlarda yaradıcı fəaliyyətin, həm də qabiliyyətin təşəkkül tapmasına səbəb olur. Çünki hər hansı fəaliyyət uşağı nə qədər cəlb edirsə, o həmin fəaliyyətlə bir o qədər çox məşğul olur. Bu isə şübhəsiz ki, zəruri qabiliyyətlərin inkişafı üçün şərait yaradır.

Uşaq həmin fəaliyyət prosesində müvəffəqiyyətlər əldə etdikcə ona daha çox meyl edir. Başqa sözlə fəaliyyət və qabiliyyətlər inkişaf etdikcə meyl də inkişaf edir. Bu aydın şəkildə göstərir ki, uşaqların qabiliyyətlərinin inkişafı onlarda bu və ya digər fəaliyyət sahəsində olan meylin möhkəmlənməsindən bilavasitə asılıdır.

Uşaqların iş prosesində yaradıcı fəaliyyət göstərmələri üçün onların fəza təsəvvürlərinin olmasının böyük əhəmiyyəti vardır.

Uşaqların fəza təsəvvürü nə qədər geniş olarsa yaradıcılıq imkanları da bir o qədər çoxcəhətli, görüş dairəsi isə bir o qədər geniş olar. Təsəvvür səthi və məhdud olarsa bu zaman qabiliyyətlərin inkişaf səviyyəsindən asılı olmayaraq yaradıcılığa mənfı təsir göstərəcəkdir.

Uşaqlar hər hansı modeli hazırladıqda həmin sahə üzrə bəzi qanunauyğunluqları sadə şəkildə bilməlidirlər.

Uşaqlarm yaradıcılıq fəaliyyətini inkişaf etdirmək imkanı əsasən praktik iş prosesində həyata keçirilə bilər. Belə iş prosesində uşaqların qarşısında rəngarəng vəzifələr qoyulur və onlar müxtəlif materiallardan istifadə edərək müxtəlif formalar kəsir və hazırlayır, bir sıra texniki qurğular, onların quruluşu və işi ilə tanış olur, onların sadə nümunələrini hazırlayırlar. Belə işlər zamanı uşaqlar daha səmərəli yollar axtarmaq, yeni iş nümunələri yaratmaq və s. məsələlər üzərində düşünməli olurlar.




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin