İonlaşdırıcı şüaları malik olduğunu bakterisid təsirlərdən zeytun yağının tərkibindəki mikroorqanizmlərin məhv edilməsində istifadə edilə bilər. Zeytun yağı qablara doldurulduqdan sonra elmi cəhətdən əsaslandırılmış gücdə şualandırılmalıdır. Müəyyən edilmişdir ki, taranın səthi xörək duzu, askorbin turşusu ilə örtülərək şüalandırıldıqda yaxşı nəticə alınır.
Ultrabənövşəyi şüalarla şüalandırılmış zeytun yağı bakteriostatik effekt əldə edir, yəni ona mikroorqanizm düşdükdə inkişaf edə bilmir və ya çox zəif inkişaf edir. Aparılan tədqiqatlar göstərir ki, ultrabənövşəyi şüarlarla şüalandırılmış zeytun yağının keyfiyyətli qalma müddəti 1,5-2 dəfə artır.
Ozon zeytun yağı saxlanılan yerlərin dezinfeksiya və dezodorasiya edilməsində tətbiq edilsə yaxşı nəticə əldə olunur. Belə ki, zeytun yağı yığılmazdan əvvəl kamera ozonlaşdırılmalıdır. Bunun nəticəsində kameradakı mikroorqanizmlərin 90%-dən çox məhv olur. Bu isə zeytun yağının keyfiyyətli qalma müddətini təqribən 2 dəfə artırır.
Zeytun yağının keyfiyyətli qalma müddətinin uzadılması antibiotik, fitonsid və inseptik maddələrdən istifadə edildikdə müsbət nəticə alınır.
Zeytun yağının saxlanılması zamanı keyfiyyətinin daha yaxşı mühafizə olunması və baş verən itkinin azaldılması məqsədilə ilk növbədə onun istehsalından tutmuş istehlakınadək olan yeridilişində «qırılmayan soyuduculuq zənciri» yaradılmalıdır, daha doğrusu zeytun yağı istehsal olunan vaxt müəyyən temperaturadək soyudulmalı və istifadə olunduğu son anadək məhz həmin temperaturda saxlanılmalıdır. Zeytun yağının istehsalı, nəql edilməsi, saxlanılması və satışı dövründə göstərilənlərə əməl edilməsi əhalinin zeytun yağına olan tələbatının etibarlı şəkildə ödənilməsinə, istehsal, saxlanma, daşınma, satış zamanı baş verə biləcək itkinin maksimum azaldılmasına, sənaye müəssisələri, nəqliyyat və ticarət təşkilatları arasında səmərəli əlaqənin yaradılmasına, zeytun yağının istehsaldan satışadək çatdırılmasında optimal şəraitin yaradılmasına və zəif halqanın aşkar edilib aradan qaldırılmasına, kapital qoyuluşunu düzgün bölüşdürməyə və digər mütərəqqi tədbirləri həyata keçirməyə imkan verərdi.
Zeytun yağı istehsal olunduqdan sonra nə qədər tez qablara doldurulsa və tez soyudulsa bir o qədər keyfiyyətli qalma müddəti artar.
Zeytun yağının qablaşdırılmasında mütərəqqi tara, bükmə materiallarından istifadə edilərsə, qablara doldurulma vakuumda aparılarsa, gətirilən zeytun yağı nəqliyyat vasitəsindən əvvəlcə platformaya deyil, bilavasitə saxlanılacağı kameraya boşaldılarsa, istər nəqliyyat vasitəsinə yığırlarkən, istərsə də boşaldılarkən vaxta qənaət etmək məqsədilə elektrokranlardan, avtokranlardan və digər məhsuldarlığı yüksək olan texnikadan istifadə edirlərsə sonda yüksək nəticə əldə edilməsinə imkan verər.
Dostları ilə paylaş: |