Məqalələrin tərtibatına olan tələblər



Yüklə 9,79 Kb.
tarix22.03.2020
ölçüsü9,79 Kb.
#102346
növüYazı

Məqalələrin tərtibatına olan tələblər

Məqalələrin mətni A4 formatında, yuxarıdan və aşağıdan 3 sm, soldan 3.5, sağdan 1.5 sm saxlamaqla yığılmalı və 1 fayl şəklində təqdim olunmalıdır.

Məqalənin birinci səhifəsində yuxarıda iri hərflərlə jurnalın məqalənin yazıldığı dildə adı yazılır və altından xətt çəkilir.

Daha sonra məqalənin məzmununun aid olduğu rubrikanın adı, ondan aşağıda sol tərəfdə mövzunun aid olduğu sahəni xarakterizə edən UOTC (Universal Onluq Təsnifat Cədvəli) rəqəmlər kombinasiyası (məsələn, UOTC:336.71;336.), növbəti sətirlərdə ortada ardıcıllıqla müəllifin (müəllifləri) inisialları, soyadı, elektron poçt ünvanı, işlədiyi müəssisənin (təşkilatın) adı, əlaqə nömrələri qeyd edilir.

Bir intervaldan sonra iri hərflərlə məqalənin adı, məzmununun xülasəsi, (maksimum 120 söz), daha iki intervaldan sonra 8-10 açar sözlər yazılır.

Daha iki intervaldan sonra məqalənin mətni ardıcıl olaraq giriş hissəsi, tədqiqatların məqsədi, əvvəlki tədqiqatların nəticələrinin tənqidi təhlili, həll olunmuş məsələlərin qoyuluşu, həll üsulları və vasitələri, alınmış nəticələrin əvvəlki nəticələrdən üstünlüklərinin şərhi, yekun nəticələr, ədəbiyyatın siyahısı və digər 2 dildə xülasələr (müəllifin və məqalənin adı göstərilməklə) verilməlidir.

Mətndə digər mənbələrdəki məlumatlara istinad edilərkən mənbənin ədəbiyyat siyahısındakı nömrəsi kvadrat mötərizənin işərisində verilməlidir, məsələn [36,54].

Mətndə qısaltmalar (abbreviaturalar) varsa onlar mütləq açıqlanmalıdır.

Riyazi ifadələr Equation of Win Word-də yığılmalı, məqalənin mətnində istinad edilən ifadələr sətrin sağ tərəfində mötərizə içərisində ərəb rəqəmləri ilə ardıcıllıqla nömrələnməlidirlər, məsələn (4). İndekslər latın və yunan hərfləri ilə meylli şriflərlə yazılmalıdır.

Mətndə cədvəllər varsa onların sağ küncündə “Cədvəl” daha sonra onun nömrəsi, bilavasitə cədvəlin yuxarısında isə adı yazılmalıdır. Mətndə yalnız bir cədvəl varsa o nömrələnmir.

Mətndə şəkillər varsa onların altında “Şəkil” sözü, onun sıra nömrəsi qeyd edilir və nöqtə qoyulur, daha sonra şəklin adı yazılır.

Ədəbiyyatın siyahısı məqalənin mətnində edilən istinadların ardıcıllığına müvafiq tərtib edilir. Hər bir istinad edilən ədəbiyyat haqqında tam və dəqiq məlumat verilməlidir Eləcə də elmi forumların materiallarına (məruzələrin mətninə və ya tezislərə) istinad edilərkən forumun adı (mövzusu), keçirildiyi yer və tarix, məruzənin (tezisin) adı, müəllifi (müəllifləri) və səhifələr göstərilməlidir. Siyahıda məqalələrin adı iki, forum materialının adı bir maili xətlə, monoqrafiyanın adı nöqtə ilə ayrılmalıdır. İstinad edilən mənbə internetdən götürüləndə onun tam ünvanı göstərilməlidir.

Məqalənin mətni Times New Roman – 12 şrifti ilə Azərbaycan dilində latın, rus dilində kiril, ingilis dilində ingilis əlifbası ilə 1 intervalla yığılmalıdır. Abzas soldan 0.5 sm buraxılaraq qeyd olunur. Mətnin daxilində bölmələrə ad verilməsinə qadağa qoyulmur.

Jurnalda ilk dəfə nəşrə təqdim olunan məqalələr dərc olunur.

Redaksiya təqdim olunan mətnləri antiplaqiat proqramından keçirmək və mütəxəssis rəyinə göndərmək hüququnu özündə saxlayır.

Məqalələr birbaşa redaksiyanın elektron poçt ünvanına (review@ascca.edu.az) bir fayl şəklində göndərilməlidir.



Redaksiyanın poçt ünvanı: Bakı şəhəri, AZ1039, Suraxanı rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, 2.

Telefon: (+994 12) 404 12 00 (3303)
Yüklə 9,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin