MəRKƏZİ Əlyazması hüququnda Ağayev Orxan İlham oğlu


seçmə statistik müşahidənin



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə26/32
tarix01.12.2023
ölçüsü1,84 Mb.
#136913
1   ...   22   23   24   25   26   27   28   29   ...   32
A-AYEV-ORXAN-LHAM-O-LU

 
seçmə statistik müşahidənin
 
keçirərkən qarşıda 
duran əsas məqsəd respublika və onun regionları üzrə yük avtomobiil 
nəqliyyatının işi haqqında yeni son məlumatların əldə etməkdən və mövcud olan 
informasiyaları dəqiqləşdirməkdən ibarətdir. 
Seçmə planının tərtib olunması aşagıdakı mərhələlərdən ibarətdir:
1)
Baş məcmunu müəyyən etmək
2)
Seçmənin həcmini müəyyən etmək; 
3)
Seçmə təbəqələrini (stratalarını) müəyyən etmək; 
4)
Seçmə vahidlərini müəyyən etmək; 
5)
Seçməni qiymətləndirmək. 


69 
Yük avtomobili nəqliyyatının seçmə müşahidəsi zamanı baş məcmunu
respublikada qeydiyyatdan keçmiş bütün yük avtomobillərinin cəmi təşkil edir. 
Seçmə məcmunun həcmi isə Avropa Birliyi Şurasının 1998-ci il tarixli “Yük 
nəqliyyatında seçmə müayinələrin keçirilməsinə dair” göstərişinə və əvvəl keçirilmiş
seçmə müşahidələrin nəticələrinə əsasən müəyyən edilir.
 
Azərbaycan Respublikası
Dövlət Statistika Komıtəsinin “Yük avtomobili nəqliyyatı sahəsində seçmə statistik 
müayinənin keçirilməsi üzrə təşkilat planı”nda göstərilir ki,
 
Baş Dövlət Yol Polisi 
İdarəsinin təqdim etdiyi “Avtomobil, motosikl qoşqu və yarımqoşquların markaları, 
tiplərinə görə sayı və vəziyyətinə dair” rəsmi statistika hesabatına əsasən 2017 –cı il 
yanvar ayının 1-i vəziyyətinə ölkədə 141,5 min ədəd yük avtomobili mövcud 
olmuşdur. Deməli, baş məcmudakı vahidlərin sayı 141,5 min vahid və 7 %-lik 
seçmə aparılarsa , bu zaman seçmə məcmunun həcmi 10.0 min vahid təşkil edər.

Seçmə məcmunun təbəqələrə (stratalara) bölünməsi həmcinslik dərəcəsinə görə 


yük avtomobillərinin qruplaşdırılmasıdan ibarətdir.Bu qruplaşdırılma seçmə 
müşahidəsi nəticəsində əldə olunan məlumatların baş məcmunu daha düzgün təmsil 
etməsi məqsədini daşıyır. Yük avtomobillərinin bir-birindən yük tutumuna görə 
fərqləndiyini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Statistika Komıtəsində 
yük avtomobilləri quruplaşdırılması beynəlxalq tövsiyələrə uygun olaraq aşağıdakı 
kimi həyata keçirilmişdir: 
1)yəhərli dartqılar istisna olmaqla yük avtomobilləri(yük tutumuna görə 
kiloqramla): 
I qrup 999 kiloqramadək; 
I I qrup 1 000 kq - 1 499 kq 
III qrup 1 500 kq - 2 999 kq 
I Vqrup 3 000 kq - 4 999 kq 
V qrup 5 000 kq - 6 999 kq
VI qrup 7 000 kq - 9 999 kq
VII qrup 10 000 kq - 14 999 kq 
VIII qrup 15000 kq-dan çox. 


70 
2) Yəhərli dartqılar(yük tutumuna görə kiloqramla) : 
I qrup 10 000 kq - 14 999 kq 
II qrup 15 000 kq –dan çox . 
2013 – 2016 – cı illərdə Azərbaycan Respublikasında yük tutumuna görə 
nəqliyyat vasitələrinin sayı aşagıdakı məlumatlarla xarakterizə olunmuşdur: 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin