4
meyarlarının hədləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən DSK –də iri
müəssisələrin fəaliyyəti aid olduqları sahə üçün mühüm əhəmiyyətə malik
oldugundan bu müəssisələrin fəaliyyəti ümümi, kiçik müəssisələrin fəaliyyəti isə
qeyri – ümumi müşahidənin əsas növü olan isə seçmə müşahidəsi üsulu ilə tədqiq
edilir. Kiçik müəssisələrin statistik tədqiqində ümumi müşahidənin həyata keçirilməsi
praktiki cəhətdən mümkün olmadığı üçün seçmə müşahidələrindən istifadə
edilir.Seçmə müşahidələrini aparmaqla seçilmiş müəssisələrin xüsusiyyətləri
əsasında baş məcmunun xarakteristikaları haqqında mülahizə irəli sürülür. Bunun
əsas səbəbi seçmə müayinəsi məlumatlarının baş məcmuya şamil edilməsinin elmi
əsaslarla (statistik-riyazi) həyata keçirilməsidir.Kiçik müəssisələrin fəaliyyətini
öyrənərkən həyata keçirilən seçmə statistik müşahidələr hesabat formalarının
doldurulması ilə əlaqədar müəssisələrə düşən statistik yükü xeyli azaldır.
Bütün yuxarıda deyilənlər müəssisələrin statistik tədqiqində seçmə müşahidələri
mühüm əhəmiyyət kəsb etdiyini və dissertasiya işi üçün seçilən mövzusunun
aktuallıgını bir daha sübut edir.
Dostları ilə paylaş: