İqtisadi inkişaf baxımından ənənəvi xarici ticarət nəzəriyyəsi İqtisadi artımın motoru kimi xarici ticarət tezisi



Yüklə 445 b.
tarix14.01.2017
ölçüsü445 b.
#84



Mündəricat

  • Giriş .................................................................................................. 3

  • İqtisadi inkişaf baxımından ənənəvi xarici ticarət nəzəriyyəsi ..........4

  • İqtisadi artımın motoru kimi xarici ticarət tezisi .............................. 5

  • Sənayeləşmə strategiyaları ................................................................ 6

  • Aqrar sektorun sənayeləşməyə xidmətləri ........................................ 9

  • Sənayeləşmə, təbii resursun qorunması və sərbəst ticarət .............. 10

  • Artan proteksionizm və zəif inkişaf etmiş ölkələrin sənayeləşməsi ................................................................................. 11

  • Aqrar məhsulların beynəlxalq ticarəti ............................................ 12

  • Mənbələr ......................................................................................... 13



Giriş

  • Zəif inkişaf etmiş ölkələrdə sənayeləşmə, iqtisadi siyasətin əsas məqsədlərindən biridir.

  • Çünki sənayeləşmə inkişafın təkanverici qüvvəsidir.

  • 1950-ci illərdən bəri, xüsusilə Yaponiyanın uğurundan sonra inkişafı sənayeləşmə ilə birlikdə işlədilməsi istiqamətində ümumi bir meyl yaranmışdır.

  • Zəif inkişaf etmiş ölkələrdə inkişaf cəhdlərinin məqsədi aqrar sektora dayanan iqtisadi strukturun sənaye istiqamətində dəyişdirilməsidir.

  • Bu xarici ticarət üçün də eynidir; qida və xammal ixracından yükəsək texnologiyanı özündə birləşdirən sənaye malları ixracına keçid.

  • Qloballaşma prosesində bir ölkənin inkişafı xarici ticarət ilə sıx bağlıdır.



İqtisadi inkişaf baxımından ənənəvi xarici ticarət nəzəriyyəsi

  • Ənənəvi xarici ticarət nəzəriyyəsinin təməlində dayanan Müqayisəli Üstünlük Nəzəriyyəsinə görə inkişaf etmiş ölkələr sənaye məhsulları, zəif inişaf etmiş ölkələr də qida və xammal sahəsində ixtisaslaşaraq ticarət etsələr hər ikisi qazanacaqdır.

  • Ancaq bu statik yanaşmadır. Unuz müddəli dövrdə xarici ticarətin belə bir strukturu zəif inkişaf etmiş ölkələri inkişaf etmiş ölkələrdən daha da asılı hala gətirə bilər.

  • Bu baxımdan zəif inkişaf etmiş ölkələr uzunmüddətli dövrdə öz xarici ticarətlərinin strukturunu sənaye məhsulları istiqamətində dəyişdirməyə məcburdurlar.



İqtisadi artımın motoru kimi xarici ticarət tezisi

  • 1815-1913-cü illər arasında İngiltərənin əhalisi 3 dəfə, ÜDM-i 10 dəfə artdığı halda idxalı da 20 dəfə artmışdır ki, bu da Avstraliya, Yeni Zellandiya, Argentina, Cənubi Afrika kimi o günkü yeni məskunlaşan ərazilərin ixracatını artırmışdır.

  • İngiltərədəki bu iqtisadi artım multiplikasiya effekti ilə yeni məskunlaşan ərazilərə və digər dünyaya yayılmışdır.

  • Nəticədə ixracat artımı yeni inkişaf edən bu ölkələrdə, məşhur iqtisadçı Nurksenin söylədiyi kimi iqtisadi artım və inkişafı sürətləndirən lokomotiv amil roluna keçmişdir.

  • Qısacası bu baxışa görə beynəlxalq ticarət, göstərilən ölkələr baxımından bir növ “iqtisadi artımın motoru” (the engine of growth) rolunu oynamıdşır.



Sənayeləşmə strategiyaları-1

  • Strategiya ümumi model və ya yanaşma deməkdir; siyasətdən daha geniş mənalıdır. Hər hansı bir strategiya ancaq onunla uyğun olan siyasətlər vasitəsilə həyata keçirilə bilər.

  • Sənayeləşmə strategiyaları:

    • İdxalı əvəz edən (import-substitution) sənayeləşmə
    • İxrac yönümlü (export-oriented) sənayeləşmə


Sənayeləşmə strategiyaları-2

  • Ölkələri idxalı əvəz edən ticarət siyasətinə yönəldən səbəblər:

    • Daxili bazar üçün istehsalın xarici bazar ilə müqayisə etdikdə daha asan olması,
    • Daxili bazarda xarici bazarlara nisbətən daha yumuşaq rəqabətin olması,
    • İdxalı əvəz edən siyasətin alternativ siyasətləri də, məsələn ixracatın təşviq edilməsini də əhatə etdiyi düşünülür,
    • Valyuta xərclərinə qənaət ediləcəyi düşünülür,
    • Yüksək inkişaf etmiş bir sənaye strukturu formalaşdırmanın təsirili vasitəsi kimi qəbul edilir,
    • İdxalı əvəz edən ticarət siyasətinin, xüsusilə istehlak sektorları sahəsində xarici kapital investisiyalarını təşviq edəcəyi düşünülür.


Sənayeləşmə strategiyaları-3

  • İdxalı əvəz edən ticarət siyasətinin yol açdığı problemlər:

    • Resursların israfı,
    • Xaricdən asılılıq (aralıq məhsulların idxalı artır),
    • İxracat sektorları əlehinə doğan disbalans,
    • Xarici borcların artması,
    • Ölkəyə yad olan sənaye strukturu (işsizliyin artması).


Aqrar sektorun sənayeləşməyə xidmətləri

  • Aqrar sektorun yığım mənbəyi olması,

  • Aqrar sektorun valyuta mənbəyi olması,

  • Aqrar sektorun qida və xammal mənbəyi olması,

  • Aqrar sektorun iş qüvvəsi mənbəyi olması,

  • Aqrar sektorun bazar yaratması,

  • Aqrar sektorun sosial baxımdan stabil bir struktura malik olması.



Sənayeləşmə, təbii resursun qorunması və sərbəst ticarət

  • Müasir dövrdə ekoloji problemləri də göz önünə alan davamlı inkişafın reallaşdırılması əhəmiyyət qazanmışdır.

  • Ekoloji problem ölkələrin daxili problemi olmaqdan çıxmışdır.

  • Qərbli ekologiya müdafiəçilərinə azad ticarət təbii mühitə mənfi təsir göstərən bir siyasətdir.

  • Ölkələr arasında ekoloji standartların fərqli olması, bəzi sənaye sahələrinin ölkələr arasında yer dəyişdirməsindəki səbəbləri də izah edir.



Artan proteksionizm və zəif inkişaf etmiş ölkələrin sənayeləşməsi

  • Zəif inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin sənaye malları ixracında inkişaf etmiş ölkə bazarlarına sərbəst girə bilmələri, bu ölkələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

  • Başqa sözlə, sənayeləşmiş ölkələrdəki ticarəti məhdudlaşdırıcı siyasətlər, zəif inkişaf etmiş ölkələrin ixracat imkanlarını, digər ifadə ilə inkişaf etmələrini mühüm ölçüdə aradan qaldırır.



Aqrar məhsulların beynəlxalq ticarəti

  • Aqrar sektor bütün ölkələrdə ən çox qorunan sektorlardandır.

  • Bu aqrar sektorun təbii strukturundan irəli gəlir.

  • Aqrar sektor məhsullaının beynəlxalq ticarətinin sərbəstləşdirilməsində DTT-nin 1995-ci ildə ortaya çıxardığı Kənd Təsərrüfatı Sazişinin mühüm payı vardır.



Mənbələr

  • P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley.

  • H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2003.

  • R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2002.

  • İrşad Kərimli, Beynəlxalq İqtisadi Münasibətlərin Müasir Problemləri, Bakı, 2006.



Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin