51
Azad sahibkarlıgın inkişafı ilə əlaqədar olaraq ölkədə ticarət fəaliyyəti göztərən
fərdi sahibkarların sayının artması və fərdi sahibkarlar üzrə reyestrin yaradılması bu
sahədə statistik ucotun yenidən qurulması zərurətini yaratmışdır.
Son
zamanlar
istehlak mallarının çox hissəsinin hüquqi şəxs yaratmadan ticarətlə məşgul olan fərdi
sahibkarların satdığı bir şəraitdə istehlak bazarının vəztyyəti barəsində daha tam və
düzgün informasiya əldə etmək üçün Azərbaycan Dövlət
Statistika Komitəsinin
“Ticarət statistikası ” şöbəsi tərəfindən beynəlxalq statistik metodologiyaya müvafiq
olaraq, respublikanın bütün bölgələrinin ticarət subyektlərində vaxtaşırı seçmə
müayinələr həyata keçirilir.
Əvvəllər hüquqi şəxs yaratmadan ticarətlə mal dövriyyəsinin
həcmini müəyyən
etmək üçün ev təsərrüfatları büdcələrinin seçmə müayinələrinin məlumatlarından
istifadə edilirdi.1999-cu ildən etibarən DSK tərəfindən fərdi şahibkarlar üzrə Dövlət
reyestri yaradıldı .Bu isə pərakəndə mal dövriyyəsinin çox
hissəsini təşkil edən bu
vahidlərin işinin öyrənilməsi və müvafiq göstəricilərin hesablanması üçün lazımi
imkanlar yaratmışdır.Ticarət fəaliyyəti göztərən fərdi sahibkarlar üzrə pərakəndə mal
dövriyyəsinin həcmi haqqında məlumat hər rüb hesabat formasında keçirilən seçmə
müşahidəsinin nəticələri əsasında əldə edilir. Mal dövriyyəsinin uçotu "Pərakəndə mal
dövriyyəsinin və mal ehtiyatlarının uçotu" na dair tövsiyələrə əsasən icra edilir.
Ticarət fəaliyyəti göztərən fərdi sahibkarlar üzrə seçmə
müşahidəiin keçirilməsi
üçün ən mühüm məsələlərə aşagıdakılar daxildir:
1)
Dövlət reyestrinə daxil olmuş fiziki şəxslərin seçilməsi;
2)
secmə katoloqunun tərtibi;
3)
seçmə əmsallarının hesablanması ;
4)
seçmə məcmu üzrə əldə edilmiş yekunların
baş məcmuya şamil edilməsi
qaydalarının hazırlanması.
Respubika üzrə fiziki şəxslər üzrə mərkəzləşdirilmiş şəkildə həyata keçirilən seçmə
müşahidəsinin təşkilini,keçirilməsi planını və onun nəticələrinin hesablanması
metodlarını Azərbaycan Respublikası DSK-nin “Ticarət statistika”sı şöbəsi hazırlayır və
bu şöbə müşahidə üçün fiziki şəxslərin seçilməsi və seçmə
məcmu üzrə əldə edilmiş
52
yekunların baş məcmuya şamil edilməsi proseslərini proqram təminatı əsasında yerinə
yetirir.
Hər bir bölgə üzrə fiziki şəxslərin seçmə kataloqunu hazırlayarkən əvvəlcə
fiziki şəxslərin Dövlət reyestr üzrə siyahısı iqtisadi fəaliyyət növlərinin təsnifatı üzrə 45,
46, 47 kodları üzrə qruplaşdırılır.(20)
Sonra bu qruplar
üzrə mexaniki üsulla seçmə
aparılır və hər on fiziki şəxdən biri seçilərək seçmə reyestrə daxil edilir. Əgər hər
hansı qrupda fiziki şəxslərin sayı ondan azdırsa, bu zaman yenədə həmin fiziki
şəxslərdən biri mütləq seçilir və ona görə də ümumi seçmənin xüsusi çəkisi 10 % -
dən çox olur. Dövlət reyestr üzrə fərdi sahibkarların sayını
seçmə reyestr üzrə fərdi
sahibkarların sayına bölməklə, hər bir bölgə üzrə seçmə əmsalları hesablanır. Seçmə
məcmu üzrə əldə edilmiş yekunları bütün fərdi sahibkarlara şamil edərkən hər bir ilkin
hesabat üzrə göstəricilər müvafiq seçmə əmsalına vurulur və cəmlənir.Beləliklə,
respublika üzrə yekun göstəricilər hesablanır.
2008 – 2015 –ci ildə Azərbaycan Respublikasının regionları üzrə kiçik
müəssisələrin pərakəndə ticarət dövriyyəsinin dinamikası aşagıdakı kimi
olmuşdur:(31)
Dostları ilə paylaş: