Mövzu: Dövri sistemdə metalların mövqeyi və atomlarının quruluş xüsusiyyətləri (IX sinif).
Məqsəd:
1.Dövri sistemdə metalların mövqeyini şərh edir.
2.Metalların atom quruluşlarını fərqləndirə bilir.
3.Metalların kristal quruluşu ilə metal rabitəsini əlaqləndirə bilir.
İş forması: Cütlərlə iş
İş üsulu: Müsahibəli şərh, fənlərarası və fəndaxili əlaqə, müstəqil iş
Resurslar:Dövri sistem cədvəli, Atomun quruluş sxemi, Metal kristal qəfəsi.
Motivasiya:
Şagirdlərin diqqətini yeni mövzuya yönəltmək məqsədi ilə müəllim sinifə müraciət edir: “Elementlərin dövri sistemi, dövri qanun. Atomun quruluşu” haqqında məlumatlarınıza əsaslanaraq metalların dövri sistemdəki mövqeyini, onların atom quruluşunu, metallara xas olan kristal quruluşu və metal rabitənin təbiətini öyrənmək hər biriniz üçün maraqlı olar.
Müəllim aşağıdakı suallardan ibarət olan iş vərəqlərini şagirdlərə paylayır və qeyd edir ki, hər bir cüt iki suala cavab verməlidir
1.Dövri sistem cədvəlində metallar hansı qrup və dövrlərdə yerləşmişdir?
2.Dövrlərdə və qruplarda metalların fəallığı necə dəyişir?
3. Ancaq, metallara xas olan xassələr hansıdır?
4.Metal rabitəsinin ion və kovalent rabitədən fərqi nədir?
5. Metalın kristal qəfəsinin quruluşu necədir?
6. Dövrlərdə metalların fəallığının azalmasını atomun quruluşuna əsasən izah edin.
Cavablar hazır olduqdan sonra müəllim ardıcıllıqla sualların cavablarının müzakirəsinə başlayır. Bəzi sualların cavabları ilə razılaşmayan müəllim əlavə məlumat verir. Məsələn, axırıncı suala düzgün cavab verilmədiyindən müəllim bildirir ki, hər bir dövrdə elementlərin sıra nömrəsi artdıca nüvədə nüsbət yüklü protonun və xarici elektron təbəqəsində mənfi yüklü elektronun sayı artır Siz fizikadan Kulon qanunun keçmisiniz. Bu qanuna görə “Sükunətdə olan iki nöqtəvi yükün vakumda qarşılıqlı təsir qüvvəsi yüklərin modulları hasili ilə düz və aralarındakı məsafənin kvadratı ilə tərs mütanasibdir. Buna görə də elementin xarici elektron təbəqəsindən elektronun ayrılması çətinləşir.Əksinə elektron qəbul etməsi güclənir. Şübhəsiz ki müəllim şagirdlərin müstəqil olaraq yeni bilik və bacarıqlara yiyələndiklərini qabaqcadan hazırlanmış test sualları ilə araşdırır.
Daha bir dərs nümunəsini də nəzərdən keçirək.
“Elektroliz” mövzusu kimya və fizika proqramlarinda xüsusi yer tutur
Mövcud kimya proqramlarında elektroliz haqqında məlumatın metalların ümumi xassələri ilə əlaqədar öyrədilməsinin pedaqoji əsası vardır. Uzun illərin pedaqoji təcrübəsinə, ixtisasartırma kurslarında müəllimlərlə keçirdiyimiz sorğulara, elektrolizlə bağlı şagirdlərlə aparılan söhbətlərə əsaslanaraq deyə bilərik ki, elelektroliz mövzusunun tədrisində hər iki fənlə bağlı çətinliklərin olması şagirdlərin bilik və bacarıqlarında olan çatışmazlıqlarla bağlıdır. Toplanılmış. məlumatlara əsasən belə qənaətə gəlmək olar ki, kimya müəllimləri fizikadan verilən məlumatla tam tanış olmur və əksinə. Hər bir kimya müəlliminə məlumdur ki, bu dərsin təşkilində və keçirilməsində çətinliklər vardır. Bu çətinliklərdən biri də tədris prosesində fəndaxili və fənlərarası əlaqə imkanlarının müəyyən edilməməsi, pedaqoji prosesdə inteqrasiyanın yaradılmamasıdır. Bunları nəzərə alaraq “Elektroliz”in tədrisini bir qədər geniş araşdıraq. Tədris prosesində fəndaxili və fənlərarası əlaqə imkanlarından geniş istifadə edilməlidir. Pedaqoji prosesdə inteqrasiyanın yradılmasına nail olunmalıdır. Bunlar nəzərə alınaraq elektroliz hadisəsi mövzusuna aid dərsin təşkili və gedişini nəzərdən keçirək.
Dostları ilə paylaş: |