MƏTI OSMAN oğlu BAYRAMLI
Filologiya üzrə fəlsəfə doktoru, dosent
|
|
|
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti
İş telefonu: 012-539-09-29
İmeyl: osmanogm@yahoo.com
|
|
|
QISA BİOQRAFİK MƏLUMAT
|
1958-ci ildə Azərbaycan Respublikası Qazax rayonunun Sadıqlı kəndində anadan olub.
1965-1975-ci ildə Sadıqlı kənd orta məktəbində təhsil alıb.
1975-1980-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
Ailəlidir, üç övladı var.
1998-ci ildən BDU-da çalışır.
|
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
|
1983-1996-cı illərdə Bakı Dövlət Universitetinin aspiranturası olub.
1996-cı ildə “Nəbatinin lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib və filologiya elmləri namizədi elmi dərəcəsi alıb.
2012-ci ildə dosent elmi adını alıb.
|
ƏMƏK FƏALİYYƏTİ
|
1980-1983-cü illərdə Balakən rayonunda müəllim.
1984- 2000-ci ilərdə KİV-də: “Ulduz”, “Gənclik”, “Molodost” jurnallarında, “Yol” ədəbiyyat qəzetində, Dövlət Teleradio Verilişləri Şirkətində çalışmışdır.
1998-2000-ci illərdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında 0,5 ştat müəllim.
2000-2012-ci illərdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında tam ştat müəllim.
2012-ci ildən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti.
|
TƏDRİS ETDİYİ FƏNLƏR
|
Ədəbiyyat nəzəriyyəsi
Azərbaycan ədəbiyyatı tarixi
Ədəbiyyatın tədrisi metodikası
Klassik və müasir Azərbaycan ədəbiyyatı
Ədəbiyyatşünaslıq
|
İŞTİRAK ETDİYİ KONFRANSLAR , KEÇDİYİ KURSLAR, TRENİNQLƏR
|
2012, Bakı, Azərbaycan. H.Cavidin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2015, Qars, Türkiyə. "Azərbaycanşünaslıq: bu günü, keçmişi və gələcəyi" mövzusunda Beynəlxalq simpozium.
2016, Ankara, Türkiyə. Bilkənd Universitetində “Türkçe-Edebiyat Öğretimi Metot ve Teknikleri Kursu”nda iştirak edib və sertifikata layiq görülüb.
2017, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində “Thomson Reuters information” kursunda iştirak edib və sertifikata layiq görülüb.
|
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
|
Kitablar
2011, Azərbaycan realist poeziyasının təkamülü. Bakı: “Elm və təhsil nəşriyyatı”, 5 ç.v.
2012, Əmir Teymurun vəsiyyətləri (tərcümə). Bakı: Qanun nəşriyyatı, 8 ç.v.
Metodik göstəriş və proqramlar
2014, Azərbaycan ədəbiyyatının tədrisi metodikası (proqram)
2015, XIX əsr Azərbaycan ədəbiyyatı tarixi (proqram)
2015, Azərbaycan ədəbiyyatı tədrisinin nəzəri problemləri (proqram)
Məqalələr
2011, Seyid Əbülqasim Nəbati. Azərbaycan ədəbiyyatı, 6 cilddə, IV c., Bakı: Elm, s. 217-237.
2013, Klassik ədəbiyyatımızın daha yaxından öyrənilməsi üçün bəzi qeydlər // Heydər əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "Filologiyanın aktual problemləri" mövzusunda respublika elmi-nəzəri konfransının materialları, səh. 196-199.
2013, F. Köçərlinin maarifçilik fəaliyyəti və milli ideologiya / F.Köçərlinin anadan olmasının 150 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, 25-26 noyabr, s. 30-35.
2013, Divar lampasının işığı (Əli Kərim haqqında). “Azərbaycan” jurnalı, № 12, s. 163-169.
2014, Axtarışların yolayrıcında. “Ulduz” jurnalı, № 9, 2014, s. 3-8.
2014, Tərcümə etmək və tərcümə edilmək (X.Murakaminin essesinin tərcüməsi). “Ulduz” jurnalı, № 10, s. 44-46.
2015, Gənc yazarlar üçün nəzəriyyə dərsi. Rolan Bart. "Mədəniyyət və faciə", "Ulduz" jurnalı, №7, s. 74-78.
2015, Gənc yazarlar üçün nəzəriyyə dərsi. Yuliya Kristeva. "Baxtin, söz, dialoq və roman", "Ulduz" jurnalı, №3, s. 45-49.
2015, Gənc yazarlar üçün nəzəriyyə dərsi. Yohan Höyzinqa. "Homoludens", "Ulduz" jurnalı, 2015, №4, s. 83-87.
2015, Vaqif Bəhmənli ilə görüşdən antireportaj. "Ulduz" jurnalı, № 5, s. 12-15.
2015, Gənc yazarlar üçün nəzəriyyə dərsi. Boris Tomaşevski. "Fabula və süjet", "Ulduz" jurnalı, № 7, s. 23-31.
2016, Reseptiv estetika nəzəriyyəsi “Ulduz” jurnalı, № 5, səh.8-9.
2016, Sizə kimdən deyim “Folklor və etnoqrafiya” beynəlxalq elm jurnalı, 2016, № 3, səh. 25-30
2016, Psixoanalitik nəzəriyyə. Ulduz jurnalı, 2016, №10
2016, Faciə əsrimizin müqəddiməsi. “Ustad” jurnalı, oktyabr.
2016, Yusif müəllimin “5”i, “Ustad” jurnalı, oktyabr, səh.70-71.
2016, Hans Robert Yauss. “Ədəbiyyat tarixi təxribat kimi”. “Ulduz” jurnalı, № 5, səh. 9-14
2016, Umberto Eko. “Gülün adı” romanının haşiyəsinə yazılmış qeydlər. “Ədəbiyyat qəzeti”nin “Ədəbiyyat” məqalələr toplusu, №1, səh. 31- 34.
2016, Alfred Adler. “Dostoyevski” “Ulduz” jurnalı, oktyabr, səh. 71- 78.
2017, Rövşənmi, Uruşanmı? “Folklor və etnoqrafiya” jurnalı, №1, səh. 25-30.
2017, ؟روشنمی، اوُروشانمی “بیلیمی ائل آذربایجان / Azərbaycan elbilimi” toplusu, Tehran, səh. 19-25.
2017, Sözün o biri üzündəki gerçəklik //Prof. Rüstəm Kamalın “Güzgü günü” kitabına ön söz. səh. 3-8.
2017, Yazıçı idealizmi və zamanın mühakiməsi. „Dəli Kür“ - Vidadi Babanlının 90 illiyinə həsr olunmuş dərgi, səh. 28-30.
2017, Sözün səmimiyyəti. „Ustad“ dərgisi, yanvar buraxılışı, səh. 32-36.
2017, “Xəyanət”in üzü və astarı: Ramiz Rövşən yaradıcılığında müharibə və insan. “Ustad” dərgisi, fevral buraxılışı, səh. 16-21
2017 “Keçən günlərin dastanı. “Ustad” dərgisi, mart buraxılışı, səh. 38-43.
|
TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI
|
2017, Azərbaycan Yazıçılar Birliyi və “Ədəbiyyat qəzeti”nin Əli bəy Hüseynzadə mükafatı
|
Dostları ilə paylaş: |