Metodik vəsait/ Şİrvan – 2018 Mir Cəlal – 110



Yüklə 27,8 Kb.
tarix24.05.2018
ölçüsü27,8 Kb.
#51313


ŞİRVAN ŞƏHƏR MƏRKƏZLƏŞDİRİlMİŞ KİTABXANA SİSTEMİ


c:\users\user\desktop\mir_c-lal-3213123.gif

Mir Cəlal Paşayevin anadan

olmasının 110 illiyi münasibəti ilə
Mir Cəlal – 110

/metodik vəsait/

ŞİRVAN – 2018

Mir Cəlal – 110
Həyat və yaradıcılığı

Azərbaycan nəsrinin banilərindən biri Mir Cəlal Əli oğlu Paşayev 1908 – ci il aprel ayının 26- da Cənubi Azərbaycanın Ərdəbil vilayətinin Əndəbil kəndində anadan olmuşdur. 1918 – 1919 cu illərdə Xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almış, 1924 – 1928 – ci illərdə Gəncə Darülmüəllimində oxumuş , sonra Gədəbəy yeddiillik məktəbinə müəllim göndərilmişdir. 1929 – 1930 - cu illərdə 1saylı Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışmışdır. 1930 – 1931- ci illərdə Kazan Pedaqoji İnstitutunun dil - ədəbiyyat fakultəsdə oxumuş, 1932- ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdir- miş, “Kommunist” və “ Gənc işçi” qəzetlərində işləmişdir. 1933- cü ildə SSPİ E A Zaqaf- qaziya filialı Axərbaycan şöbəsinin ictimai elmlər bölməsinə elmi işçi götürülmüş, 1936- 1941-ci illərdə Pedaqoji İnstitutda və Dövlət Universitetində müəllimlik etmişdir.

Mir Cəlalın Azərbaycan sovet filologiyasının inkişafında böyük xidmətləri olmuşdur.

O, 1940- cı ildə “Füzulinin poetik xüsusiyyətləri” adlı namizədlik, 1947 – ci ildə isə “ Azərbaycanda ədəbi məktəblər” doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1948 – ci ildən professor kimi fəaliyyət göstərmişdir.

Görkəmli alim və pedaqoqin “Füzuli sənətkarlığı”, “Cəlil Məmmədquluzadə realizmi haqqında “,” Klassiklər və muasirlər”, “Azərbaycanda ədəbi məktəblər” ( 1905 – 1917 ) monoqrafiyaları, Cəlil Məmmədquluzadə,Sabir, S. Vurğun və b.haqqındakı tədqiqatları ədəbiyyatşunaslıq elmimizin qiymətli nümunələrindəndir.

Mir Cəlal ədəbi yaradıcılığa 1928 – ci ildə qısa hekayə və oçerklərin müəllifi kimi qədəm qoymuşdur. Onun ilk kitabı 1932,ilk romanı (“Dirilən adam”) isə 1934 – cü ildə oxuculara təqdim olunmuşdur. 1939 – cu ildə yazıçının ən görkəmli romanı “Bir gəncin manifesti” çapdan çıxmışdır. Böyük Vətən müharibəsi illərində Mir Cəlal bir sıra hekayələr məcmuəsi nəşr etdirmiş, “Acıq kitab” romanı və “Mirzə Xəyal” pyesini yazmış- dır. O,”Yaşıdlarım” ( 1946 ) ,”Təzə şəhər ( 1951) , “Yolumuz hayanadır” (1957 ),”Dağlar dilə gəldi” ( 1967 ) və başqa povest və romanların, 20- dən artıq hekayələr məcmuəsi- nin müəllifidir. Keçən illər ərzində Mir Cəlalın seçilmiş əsərlərinin 2 cildliyi ( 1961 və 1988 ) və 4 cildliyi ( 1968 ) nəşr olunmuşdur.Görkəmli yazıçının əsərləri bir çox dillərə tərcümə edilmişdir. “İstifadə”, “Təzə toyun nəzakət qayadaları”,”Göz və s. hekayələri ilə epik növün kiçik” janrında qələmini uğurla sınaya Mir Cəlal iri həcmli əsərlərin yaranma - sına ehtiyac hiss edir və 1934 – cü ildə “Dirilən adam” romanını yazır.

1939 – cu ildə bir daha tarixi mövzuya qayıdan Mir Cəlal”Bir gəncin manifesti” romanını yazır.

Yazıçının 1941 – ci ildə yazdığı “Açıq kitab” romanı 1930- cu il üçün səciyyəvi olan hadisələri əks etdirir.

Böyük Vətən müharibəsinə həsr etdiyi “Yaşıdlarım” romanını yazıçı 1947 – ci ildə yazmışdır. Bu romanın finalındakı hadisələrlə 1951- ci ildə yazdığı “ Təzə şəhər” romanı arasında üzvü bir əlaqə diqqəti cəlb edir.

Mir Cəlalın 1958- ci ildə çap etdirdiyi”Yolumuz hayanadır” roman Azərbaycanın böyük satirik şairi Sabirə həsr edilmişdir. Sabirin şəxsiyyəti, onun bədii obrazını yaratmaq arzusu bir yazıçı kimi Mir Cəlalı çoxdan düşündürürdü. Əsərdəki hadisələr 1908-1911- ci illərə təsadüf edir.Bu elə bir dövr idi ki, artıq Sabir təkcə Azərbaycanda deyil,” Molla Nəsrəddin”jurnalının oxunduğu bütün ölkələrdə iste”dadlı bir sənətkar kimi tanınırdı.

1967-ci ildə yazılan “Dağlar dilə gəldi” povesti gənc müəllimə Əntiqənin taleyindən bəhs edir. O, kənddə yeni maarif çırağının yandırılmasında iştirak edir. Gənc müəllimə təyinat yerinə gələrkən böyük həvəslə, şövqlə isə başlayır. Keçmişin qalıqları, yeni həyatda ayaqlaşa bilməyən adamlarla mubarizə aparır.

Mir Cəlal Azərbaycan ədəbiyyatında hekayə janrının inkişafında əvəzsis xidməti olan sənətkarlardandır. O, 400-dən çox hekayənin müəllifidir.

Yazıçı xalqımızın nailiyyətlərini tərənnümlə yanaşı, özününün yumoristik- satirik əsərlə- rində köhnəlik qalıqlarını, laqeydlik və tənbəlliyi, burokratizmi tənqid atəşinə tutmuşdur.

Böyük Vətən müharibəsi illərində Mir Cəlalın fəaliyyəti daha da gücləndi. O, öz kiçik, lakin mübariz ruhlu”Yollar”, “Boz adam”,”Şahin və Sona”,”Qardaş qanı”,”Atlı”,”Odlu mahnılar”kimi hekayəlırində Vətənə məhəbbət, sədaqət və qələbəyə inamı qələmə almışdır.

Mir Cəlal tərbiyə məsələlərinin həllində quru nəsihətçiliyə uymur, real həyat müşahidələrinə əsaslanır. Ümumüyyətlə, müəllif tərbiyə - əxlaq, məsələlərinə dair elə mövzular seçib, elə hadisə və surətlər qələmə alır ki, onlar oxucunu düşündürür, mənə-viyyatca saflaşdırır, məhəbbət və ya nifrət duyğuları ilə zənginləşdirir.”Əsgər oğlu,”

“Ulduz”, “Plovdan sonra”, “Elçilər qayıtdı”,”Nazik mətləb”,”Naxış”,Vicdan mühakiməsi”,

“Ehtiram”, “Mürafiə vəkili”,və u.a. hekayələri bu cəhətdən yüksək ideya- bədii dəyərə

malikdir. Əsərlərini oxuyan hər kəs gözəl ədib haqqında düşündüklərini,duyduqlarını dəftər kağızlarına, oradan da qəzet və jurnal səhifələrinə yox , bir başa ürəklərinə yazırlar. Bu yalnız böyük qəlbli böyük sənətkarlara qismət olan xoşbəxt bir taledir.

Yazıçı “Qafqazın Müdafiəsinə Görə”, “Əmək İgidliyinə Görə”( 1944) medalları ,”1941 – 1945 –ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə” ( 1948 ) “Qırmızı Əmək Bayrağı” (1967) ,”Oktyabr inqilabı” ( 1978 ) və 2 dəfə “Şərəf nişanı”( 1950 – 1958) ordenləri ilə təltif olunmuşdur. 1968 – ci ildə Azərbaycan LKGİ MK- nin qərarı ilə “Bir gəncin manifesti” əsəri Respublika Lenin Komsomolu mükafatına layiq görülmüşdür.

1969- cu ildə Azərbaycan SSR- in “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Mir Cəlal 1978 – ci il sentyabr ayının 28- də vəfat etmiş, ıı Fəxri Xiyabanda dəfn edilmişdir.

Həyat və yaradıcılığının əsas tarixləri.

1908 – Mir Cəlal Əli oğlu Paşayev Cənubi Azərbaycanın Ərdəbil vilayətinin Əndəbil kəndində anadan olmuşdur.

1918- 1919- Xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır.

1924- 1928- Gəncə Darülmüəllimində oxumuşdur.

1929- 1930- 1saylı Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışmışdır.

1930- 1931 – Kazan Pedaqoji İnstitutunun dil - ədəbiyyat fakultəsində oxumuşdur.

1932 – Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir.

1933- SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin ictimai elmlər bölməsinə elmi işçi götürülmüşdür.

1936 – 1941 – Pedaqoji İnstitutda və Dövlət Universitetində müəllimlik etmişdir.

1940 – “Füzulinin poetikası” mövzusunda namizədlik dissertasiyası,1947-“Azərbaycanda ədəbi məktəblər” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1948 – Professor kimi fəaliyyat göstərmişdir.

1928 – Mətbuatda ilk şerləri ( Dənizin cinayəti”, Ananın vəsiyyəti”, Müxbir ) çap olunmuşdur.

1935 –“ Dirilən adam” romanı ayrıca kitab kimi nəşr olunmuşdur.

1939 – “Bir gəncin manifesti çapdan çıxmışdır.

1978 – Mir Cəlal vəfat etmiş, ıı Fəxri Xiyabanda dəfn edilmişdir.


Mir Cəlal irsinin kitabxanalarda təbliği.
Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Azərbaycanın əməkdar elm xadimi, yazıçı-

alim Mir Cəlal Paşayevin aprel ayının 26- da 110 illik yubileyi qeyd olunacaqdır. Yubileylə əlaqədar olaraq mərkəzi kitabxana və filiallarda bir sıra tədbirlər keçirmək olar. İlk növbədə bütün kitabxanalarda “Mir Cəlal – 110” başlığı altında sərgi hazırlanmalıdır. Eyni zamanda oxucu konfransı, ədəbi- bədii gecə, kitab müzakirəsi, sual- cavab gecəsi və s. keçirmək olar. “Görkəmli nasir”,”Mir Cəlal yaradıcılığında vətənpərvərlik”,”Kiçik janrın böyük ustası”, “Mahir hekayə ustası”və s. mövzularda tədbirlər keçirmək olar. Tədbirlərin keçirilməsi üçün aşağıdakı ədəbiyyatlardan istifadə etmək olar.

1.Seçilmiş əsərləri : 5 cilddə : hekayələr, oçerklər, şeirlər, tərcümələr, xatirələr / Mir Cəlal; tərt. ed.: N.Paşayev,T.Mütəllimov ; red. Ş. Axundov. – Bakı: Adiloğlu, 2013. C.ı .- 440 s.; ıı.- 440 s.; c.ııı.- 452 s.; c.4.- 462 s.;c.v. felyetonlar, şeirlər, oçerklər, tərcümələr, xatirələr. – 318 s.

2. Mirzə Ələkbər Sabirin sənət dünyası / Mir Cəlal ; toplayıb, tərt. edib nəşrə haz. Və ön söz. müəl. A.Bayramoğlu; red.Z. Əsgərli.- Bakı: Elm və təhsil, 2017. – 127s.

3. Mir Cəlal.Biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. ed. N. Nağıyeva. – Bakı: Adiloğlu, 2008. – 269s.

4.Hüseynova, H. Yazıçı Mir Cəlal , şair Mir Cəlal / H. Hüseynova // İki sahil.- 2015.- 7 aprel.- s.13.



5. Mürsəlova, O. Müdrik insan – Mir Cəlal Paşayev / O. Mirsəlova // Səs. 2016 aprel.- s.5.

Tərtib etdi : Heydərova T.
Yüklə 27,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin