Metodik vəsait/ Şİrvan-2018 Böyük şəxsiyyət və qüdrətli lider



Yüklə 38,56 Kb.
tarix19.06.2018
ölçüsü38,56 Kb.
#54213


ŞİRVAN ŞƏHƏR MƏRKƏZLƏŞDİRİlMİŞ KİTABXANA SİSTEMİ

c:\users\user\desktop\без названия.jpg

Ümummilli lider Heydər Əliyevin

anadan olmasının 95 ilik yubleyi

münasibətilə


Böyük şəxsiyyət və qüdrətli lider

/metodik vəsait/


ŞİRVAN-2018

Böyük şəxsiyyət və qüdrətli lider.

Azərbaycan Respublikasının ümummilli lideri, bütün dünya türklərinin əvəzsiz şəxsiyyətlərindən biri, xx əsr dünya siyasətində xüsusi yeri olan, Müstəqil Azərbaycan dövləti- nin yaradıcısı, müdrik siyasətçi və müdrik insan Heydər Əlirza oğlu Əliyevin may ayının 10- da 95 yaşı tamam olur.

Heydər Əlirza oğlu Əliyev 1923- cü il may ayının 10- da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur.

1939 – cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye institutunun ( indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakultəsində təhsil almış, lakin başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

1941- ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq KomissarlarıSovetində şöbə müdiri vəzifələrində işləmiş və 1944- cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.

Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964- cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, birinci müavini, 1967- ci ildən isə sədri vəzifəsində işləmiş, general – mayor rütbəsinə qədər yüksəlmişdir.Həmin illərdə o, Leninqradda ( indiki Sankt – Peterburq) xüsusi alı təhsil almış, 1957- ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsi -

ni bitirmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969 – cu il uyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək sovet dövrü ierarxiyasına uyğun olaraq respublikanın rəhbəri olmuşdur.

1982- ci ilin dekabrında Sovet ittifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyası Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ- nin rəhbərlərindən biri olmuşdur.

Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin depututı, beş il isə SSRİ Ali Sovrti sədrinin müavinin kimi fəaliyyət göstərmişdir. Görkəmli dövlət xadimi 1987- ci ilin oktyabrında Sovet İttifaqı kommunist Partiyası Mərkəzi Komitəsi Siyası Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun verdiyi siyası xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifə- lərdən istefa vermişdir.

O,1990- ci ilin 20 yanvarında sovet qoşunlarının Bakida törətdiyi qanlı faciə ilə əlaqədar, ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanətlə çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O,Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991- ci ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir.

1991- 1993- cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

1993- cü ilin may- iyun ayında hökümət böhranın son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxmışdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyev rəsmən Bakıya dəvət etməyə məcbur olmuşdular. O,1993 – cü il iyun ayının 15 –də Azərbaycan Ali Sovetinin sədri seçilmiş,

Iyul ayının 24- də isə Milli Məclisin qərar ilə Azərbaycan Respublikası Prezidentinin səlaliyyətlərini həyata keçirməyə başlamışdır.

1993-cü il oktyabr ayının 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 1998-ci il oktyabr ayının 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.2003-cü il oktyabr ayının 15 də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə istirak etməkdən imtina etmişdir.

Heydər Əliyev dörd dəfə “Lenin orden”, “Qırmızı Ulduz” ordeni və çoxlu medallarla, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif edilmiş, iki dəfə “Sosialist Əməyi Qəhrəmanı” adını almış, 27 mart 1997-ci ildə Kiyevdə Azərbaycanın dövlət başçısına Ukraynanın ali mükafatı “Yaroslav Mudri”ordeni təqdim edilmiş, 1999-cu il aprel ayının 13- də o, Tükiyənin ən nüfuzlu mükafatı “Ataturk Sülh Mükafatı”na layiq görülmüşdür.2001- ci il yanvar ayının 20- də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin “Fəxri professoru” adı verilmiş, 2003 –cü il aprel ayının 3-də Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilmiş, Y.V. Andropov adına mükafata layiq görülmüş, 2003- cü il may ayının 10- da Rusiyanın yüksək mükafatı – “Müqəddəs Apostol Andrey Pervozvanni” ordeni ilə təltif olunmuşdur.

Azərbaycanın böyük oğlu, görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti , ulu öndər Heydər Əlirza oğlu Əliyev 2003- cü il dekabr ayının 12-də Amerikanın Ohayo ştatında Klivlend şəhərində vəfat etmiş, Azərbaycanda Fəxri Xiyabanda dəfn edilmişdir.

Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük azərbaycanlı idi. Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi .O, dünya siyasətinə təsir etmək gücündə olan, Azərbaycan səviyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün gücü olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdən idi.

Təsadüfü deyildir ki, onun atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzdünlüyü, obbyektivliyi və hər cəhətdən ölçülüb biçildiyindən ətrafdakıları heyrətləndirmiş, siyasət aləminin patriarxı adını qazandırmışdır.Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər.Siyasətçilər bu dahi insanı”liderlərin lider”adlandırırdılar.

Azərbaycan coğrafi cəhətdən kiçik ölkə olsa da, Heydər Əliyev böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə heç vaxt mane olmamışdır. Ən məşhur, tanınmış siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi üçün aparılan beynəlxalq sorğularda, siyası institutların, sosioloji mərkəzlərin araşdırılmasında Heydər Əliyevin adının birincilər sırasında yer tutması onun siyasətdə, həyatda, dövlətçilik təcrübəsində qazandığı uğurların təsdiqi idi.

Bu siyasətin icrası ulu öndərimizin layiqli siyasi varisi, hörmətli Prezidentimiz cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir.




Görkəmli şəxsiyyətlər,elm və mədəniyyət xadimləri Heydər Əliyev haqqında .
Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycan dövlətinin qurucusudur, bizim xilaskarımızdır. Bir-biri ilə tamamilə ziddiyyət təşkil edən iki dövlət quruluşunda Azərbaycana rəhbərlik etmişdir. 1969 -1982-ci və 1993 - 2003cü illər Azərbaycan tatarixində Heydər Əliyevin rəhbərliyi ilə inkişaf illəri kimi qalacaqdır. İki tamamilə fərqli bir ictimai siyasi mühitdə Azərbaycan ən yüksək zirvələrə qalxa bilmişdir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.
Mənim həmyasıdlarım həyatlarındakı Heydər Əliyev mərhələsinin bu gününü yaşayır,yenə də həyat dərsi keçir. Bu dərs onun timsalında ruhun, iradənin gücünə , insanın məğlubedilməzliyinə inam dərsidir.

Mehriban Əliyeva,

Azərbaycan Respublikasının Birinci vitse – prezidenti ,

UNESCO və İSESCO – nun xoşməramlı səfiri.

Heydər Əliyev Naxçıvandan Bakıya böyük siyasətə qayıdışı şərəfli xilaskar missiyası- na – Azərbacanı Azərbaycana qaytarmaq məqamına xidmət edir.Bu gün həmin missiya böyük uzaqgörənliklə və müdrikliklə yerinə yetirilir.

Vasif Talıbov,

Naxçıvan MR Ali Məclisinin sədri

Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.


Rəcəb Tayyib Ərdoğan,

Türkiyə Respublikasının Prezidenti


Azərbaycan xalqına ağır itki üz vermişdir və biz onunla birlikdə kədərlənirik. Görkəmli siyasi xadim, cox dərin zəkaya və heyranedici cazibə qüvvəsinə malik insan həyatdan getdi : Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB- nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsirlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüşdür.
Nursultan Nazarbayev,

Qazaxıstan Respublikasının Prezidenti.


Ümummilli lider Heydər Əliyevin kitab və kitabxana haqqında müdrik kəlamları
Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir...

Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanaşın-dan keçərkən çox böyük hörmət və ehtiram hissi duyuram. Kitabxanaya və burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm.


X X X X
Zəngin tariximizi əks etdirən çox əsərlər var, kitablar var, maddi əşyalar var. Ancaq bunların içərisində bizim milli mədəniyyətimizi, milli- mənəvi dəyərlərimizi əks etdirən əsərlər hamısından qiymətlidir və bu gün üçün, gələcək üçün hamısından da gərəklidir.

X XX X


Bizim ədəbiyyatımız xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir.

X X X X
“Kitab – Dədə Qorqud” həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir.


Heydər Əliyev irsinin təbliğində kitabxanaların rolu.
Heydər Əliyev geniş ictimai- siyasi və eləcə də elmi- nəzəzi irsinin dərindən öyrənilməsi xalqın maddi- mənəvi sərvətlərinin qoruyucusu olan kitabxanaları qarşısında duran ən vacib vəzifələrdən biridir.

Ümummiyyətlə, istər yubiley ili çərçivəsində, istəsə də qarşıdakı illərdə Heydər Əliye- vin zəngin siyasi .və ictimai irsi geniş təbliğ olunmalıdır. Bununla əlaqədar kitab sərgilə- ri, fotostendlər, kitabxana plakatı, fotoguşələr hazırlanmalı, ədəbi – bədii kompozisiya, seminar, dəyirmi masa, kitab təqdimatları və s. təşkil edilməlidir. Əlamətdar yubley ilində kitabxanalarda “Ürəklərdə heykəlini ucaldan lider”,”Sən əlçatmaz zirvəsən”,”Vətən oğlu”,”Ulu sərkərdə, ulu öndər”və b.mövzularda ədəbi – bədii kompoziyaların təşkili məqsədəuyğun olar. Tədbirlərin keçirilməsi üçün aşağıdakı ədəbiyyatlardan istifadə etmək olar:



  1. Azərbaycanı gələcəyə aparan liger Heydər Əliyev: [ Heydər Əliyev – 90 ] / baş red. S. Ünal; red. A. Qaraxançallı; dizayner S. Salmanov, F. İsrafilov. – Bakı: [ s.n] ,2014. – 63, [ı] s.

  2. Babayev, A.Siyasi düşüncəmdə Heydər Əliyev fenomeni / müəl, tərt. və [ ön söz]

  1. M. Babayev; elmi; [ red. ön sözü ] Q Növruzov.- Bakı: ( UniCild M M C), 2016.- 159, [ I ] s.

  1. Heydər Əliyev – Azərbaycan : dünən, bu gün və sabah: elm – praktiki konfransın materialları / Səbail Rayon İcra Hakimiyyəti,YAP Səbail Rayon Təşkilatı; elm red.Ş. Hacıyev. – Bakı: Azərbaycan, 2016.- 335, [ 3 ] s.

  2. Heydər Əliyev siyasəti: Tolerantlıq : çıxışlar, nitqlər, görüşlər,təbriklər / [ Azərb. Resp. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ] ; ön söz M.Qurbanlı; burax. məsul S. Salahlı ( Aran ). – Bakı: Elm bə təhsil, 2015 . -502.[ 2] s.

  3. Qaralov, Z. Heydər Əliyev – milli ləyaqət ölçüsü / Z.İ. Qaralov ( ön söz ) . – Bakı: Təhsil, 2015.- 405, [ 3 ] s.

  4. Ulu öndər Heydər Əliyevin kitab və kitab nəşri haqqında müdrik fikirləri / tərt ed. R. Süleymanov; red. Ə. Mirzallı; layihə. rəhbəri K. Aslan. – Bakı: Mütərcim, 2016.- 71, [ı] s.

  5. Ulu öndərin anadan olmasına həsr olunmuş” Ulu öndər Heydər Əliyev irsində multikultutal və tolerant dəyərlər” Beynəlxalq Elm Konfransın materialları: 3 -5 may 2016 –ci il / red .hey.: K.M.Abdullayev [ və b.].- Bakı: [ Mütərcim ] , 2016. – Hissə- 422, [ ı ] s.; Hissə 2.- 437, [ ı ]s.




  1. Политика Гейдара Алиева : Толерантностъ: выступления, речи , встречи, поздравления : [ книга подготовлена на основе материалов газеты Бакинский рабочий ] / отв. за изд. С.Салахлы ( Аран ) ; предисл. М. Гурбанлы. – Баку: [Нурлар], 2016.- 423, [ ı]с.



Tərtib etdi : Heydərova T.
Yüklə 38,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin