Metodika və bibloqrafiya söbəsi
Filial kitabxanalara gediş
Noyabr-2015
Metodika və bibloqrafiya söbəsi . Noyabr ayında”Qəhrəmanlar unudulmur” mövzusunda Filial kitabxanalarda monitorinqlər təşkil etmisdir.Mövzu ilə əlaqədar bir çox kitabxanalarda o cümlədən F36 Kürkənd, f32. Xocalı,F.1. 1saylı şəhər kitabxanası,f6 Plastmass,F28 Sarvan, F30 Şorsulu və digər kitabxanalarda olmuşdur. Kitabxanalara mövzu ilə əlaqədar tədbirlər keçirməyi, sərgilər təşkil etməyi, məktəblərlə sıx əlaqə saxlamğı tövsiyə olunmuşdur.
Heç kəs unudulmur, heç nə yaddan çıxmır
Dünyanın ən qədim və mədəni xalqlarından olan Azərbaycan xalqı, özünün tarixi, maddi-mədəni abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə həmişə fəxr etdiyi kimi, onun tarixini yaradan şəxsiyyətlərə, vətənin azadlığı naminə canını fəda edən oğul və qızlarımızla da haqlı olaraq öyünmüşdür. Xalqımızın Vətəni yadelli düşmənlərdən qoruyan, ağıllı tədbirləri ilə xalqına düzgün yol göstərən Varaz oğlu Cavanşirlə, Uzun Həsənlə, Şah İsmayıl Xətai ilə, doğma Vətəni uğrunda da canından keçən, ölümün gözünə dik baxan Babəklə, əfsanəyə çevrilən Koroğlu ilə və daha neçə-neçə igid qəhrəmanları ilə həmişə fəxr etmiş, onları əbədi xatirə kimi qəlbində yaşatmışdır.
Qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız ana Vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir.
Ədalət deyənin əzilməz dizi,
Sizdəndir əllərin söhbəti, sözü,
Doğma Azərbaycan unutmaz sizi
Siz torpaq uğrunda ölənlərsiniz…
Son dövlərin Qarabağ savaşı göstərdi ki, Azərbaycan, doğrudan da, qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir. Xalqımızın igid oğulları, mərd qızları heç vaxt Vətəni darda qoymamış, lazım gələndə doğma od-ocaq, müqəddəs Vətən torpağı uğrunda canlarından da keçmişlər
Qəhrəmanlar Unudulmur – Milli Qəhrəman Gültəkin Əsgərova
Qəhrəmanlar unudulmur!
Milli Qəhrəman Gültəkin Əsgərova 20 noyabr 1960-cı ildə Bakı şəhərində dünyaya göz açıb, 1978-ci ildə Nərimanov rayonundakı 200 saylı orta məktəbi əla qiymətlərlə bitirib. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş və təhsilini 1989-cu ildə başa vurub. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı sonra isə böyük tibb bacısı çalışıb. Ali məktəbi bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında, daha sonra uroloji xəstəxanada anestezoloq-reanimatoloq vəzifəsində işləyib, həkimlərin dərin hörmətini qazanıb. Azərbaycan torpaqlarının işğalına biganə qala bilməyib, körpə qızını anasına əmət edərək 4 aprel 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb, əvvəlcə Turşsuda, sonra isə Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərib. Şuşanın işğalından sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edib. Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub. Gültəkin Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikası prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş, büstü qoyulub. Xəzərdə üzən gəmilərdən biri qəhrəmanın adını daşıyır, gəmidə muzeyi yaradılıb. Bakının Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulub. Milli Qəhrəman haqqında bir neçə kitab da işıq üzü görüb.
Bu vətən , bu torpaq mənimdi deyib
Üstündə vüqarla gəzdi şəhidlər.
əyninə qanından bir köynək geyib
düşmənin yolunu kəsdi Şəhidlər.
Təki vətənimiz düşməsin dara
Baxmayıb soyuğa , borana , qara
Cavab vermək üçün o azğınlara
Hər bir çətinliyə dözdü Şəhidlər.
Əliniz ümiddən qopmayıb hələ
Qanınız torpağa hopmayıb hələ
“Sevirəm”kəlməsi tapmayıb hələ
Qəfil güllə tapdı sevdanı , qardaş,
Torpaq götürməsin bu qanı , qardaş.
Yuri Petroviç Kovalyov 1965-ci il noyabrın 29-da Göyçay rayonunda anadan olub, sonra ailəsi ilə birlikdə Krasnodara, daha sonra isə Bakıya köçüb. O, 1990-cı ilin sentyabrında Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis (Polis) Dəstəsinə daxil olub, Goranboy, Xocavənd, Ağdam və digər bölgələrdə sücaətlə vuruşub, düşmənlər onun başına 100 min rubl pul qoyublar, 1991-ci il oktyabrın 3-də Xocavənd rayonu ərazisində pusquya düşüb, axıracan vuruşub və qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 6-da Milli Qəhrəman adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərindəki 229 saylı orta məktəb onun adını daşıyır.
Siz yazdınız millətin tarixini qan ilə,
Sinənizdə yurd saldı yurda atılan güllə.
Məzarınız tutulur min çiçəyə, min gülə,
Tərsiniz çiçək kimi, həmişə baharsınız!
Azərbaycan köksündə əbədi yaşarsınız!
Səs verdiniz Vətənin harayına, səsinə,
Yüksəldiniz müqəddəs şəhidlik zirvəsinə.
Məzarınız dönübdür ziyarət türbəsinə.
İnanın, and içirik, qanınız alınacaq,
Xatirəniz, ruhunuz həmişə anılacaq!
MKS-nin- metodisti : Yarıyeva Səadət
Dostları ilə paylaş: |