ŞİRVAN ŞƏHƏR MƏRKƏZLƏŞDİRİlMİŞ KİTABXANA SİSTEMİ
Xocalı qisasa səsləyir bizi.
/metodiki vəsait/
ŞİRVAN-2018
Xocalı qisasa səsləyir bizi.
Dünya tarixində insanların kütləvi qətliamı ilə bağlı soyqırımlar çox olub.Amma onların incərisində Xocalı soyqırımı xarakteri və qəddarlığı ilə fərqlənir. Azərbaycanlılar tək Xocalda deyil, 1905 – 1907, 1918 – ci illərdə, soydaşlarımızın Qərbi Azərbaucandan deportasiya edildiyi dövrlərdə, 1988 – ildə daşnak qəddarlığının qurbanı olublar...
Bəşər tarixində ən dəhşətli hadisələrdən biri olan Xocalı soyqırımının törədilməsindən bizi 26 illik biz zaman məsafəsi ayırır. O gecədən ki, təpədən dırnağa qədər silahlanməş erməni quldur dəstələri Qarabağımızın Xankəndi bölgəsində yerləşdirilmiş 366 – ci rus alayı ilə birlikdə Xocalını yandırıb külünü göyə sovurdular. Əliyalın dinc sakinləri qəddar- casına qətlə yetirdilər. Girov götürdüklərini təhqir və həqarətlərə, zülm və işgəncələrə məruz qoydular.
Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini büsbütün məhv edərək, insanlığa silinməz ləkə olan soyqırım aktını törətdilər. Cəmi bir necə saat ərzin- də 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın,70 qoca qəddarcasına, dözülməz işgəncələrlə öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin – kö- məksiz qocalar, qadınlar girov götürülərək, ağlasığmaz zülmə, təhqir və həqarətə məruz qalmışlar. Erməni hərbiçiləri öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzablarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri- diri torpağa basdırmış və ya yandırmışlar.
Xocalı ilk dəfə ötən əsrin əvvəllərində, 1905 – ci ildə ermənilər tərəfindən yandırılaraq külə döndərimiş, əhalisi vəhşicəsinə qılıncdan keçirilərək, qanına gəltar edilmişdir. Onun doğma yurd həsrəti ilə qovrulan didərgin sakinləri ara səngiyəndən sonra öz ata- baba torpaqlarının yaralarını sağaltmaq, dağıdılmışları bərpa ermək, yıxılmışları ayağa qaldırmaq üçün yenidən geri qayıtmışdır. Ermənilər ikinci dəfə Xocalını 1918- ci ildə yandırıb, külünü havaya sovurdular. Amansız qırğınlar, dəhşətli faciələr, başsız qalan ailələr, qırılmış qocalar ,uşaqlar, gəlinlər, cavan igidlər, gözü yaşlı qalan anaların naləsi bu millət anlamından kənarda qalan insan cildindəki iblsləri yenə də susdura bilmədi.
1992 – ci ilin fevralın 25 – dən 26 – na keçən gecə üçüncü gəfə Xocalıda törədilən daha dəhşətli soyqirım.İlahi, bu yaşanmış acıları ifadə etmək qeyri – mümkündür. Bu haqda nə qədər yazsaq belə ürəyimizdəki bu dəhşət,ağrı kin – küdurət, intiqam hissi yenə də susmaq bilmir və bilməyəcək də.
Azərbaycan xalqına qarşı misli görünməmiş bu soyqırım, kütləvi və amansız qırğın aktı,erməni qəsbkarlarının ölkəmizin dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla təkcə xalqımıza deyil,bütün insanlığa qarşı irimiqyaslı cinayət idi.
Ey dünya,qalx ayağa !
Bu gecə qan tökülüb.
O gördüyün qanlıçay
Xocalıdan süzülüb.
Erməni təcavüzü nəticəsində respublikamızın 900 yaşayış məntəqəsi zəbt edilmiş, 4366 sosial obyekt, 690 məktəb, 280 uşaq bağçası, 862 klub, 932 kitabxana, 1831 kino qurğusu, 855 məktəbəqədər müəssisə, 656 poliklinika, ambulatoriya, aptek və digər tibb müəssiəsi, xalqın ibadət yeri olan 10 məscid dağıdılmış, Ermənistandan qovulmuş soydaşlarımızın 380 kəndi zəbt edilmiş və əhalisinin bütün var – dövləti orada qalmışdır. Respublikamıza təxminən 30 milyard ABS dollarından artıq məbləğdə ziyan dəymişdir.
Sağ qalan şahidlərin dediyinə görə şəhərə olan hücumdan sonra Xocalı bir anın içində odlara qalanmışdı. Heç kəsə, nə körpələrə, nə qocalara, nə qadınlara, nə də yaralılara aman verilmirdi. Qatillər arasında zəncilər, muzdlular da var idi. Ermənilər xüsusi qəddarlıq göstərir, qadınlara, körpələrə və qocalara ağır işgəncələr verərək öldürürdülər.
Ağdam , Şuşa, Laçın istiqamətinə çıxan yollar əvvəlcədən ZTR- lərlə, tanklarla kəsilmişdi.Ölümün pəncəsindən xilas olmaq üçün meşələrə, dağlara, dərələrə üz tutub pərən – pərən olmuş adamları gülləyirdilər. Ana baladan, bacı qardaşdan ayrı düşmüşdü. Köməksiz , adamların harayı ərşə qalxırdı. Bu harayın içində tövlələrdə yandırılan atların kişnəməsi, mal qaranın mələməsi də eşidilirdi.Düşmən olduqca amansız idi. Bu məqamda heç kim Xocalının imdadına çata bilməzdi.Xocalı qan içində boğulurdu.
Birtəhər canlarını vəhşi quldurların əlindən qurtarmağa cəhd edən zavallı xocalılar meşələrə çəkilmişdi. Dan yeri təzəcə söküləndə soyuqdan donmuş adamlar, yaralarının ağrısını unutmuş qocalar, dodaqları çat –çat olmuş körpələr, yanaqları şırım- şırım egilmiş gəlinlər və qızlar meşədən çıxmaqla güclü güllə yağışına düşdülər.
Fevralın 27 – də Xocalıdan 250 – 300 nəfər Ağdama gələ bilmişdi. Dəhşətli xəbərlər eşidilirdi. Bu dözülməz dəhşətləri gözlərilə görən şəhidlər deyirdilər ki, Yarov kəndi tərəfdə 300, Ağbulaqda 500, Əsgəranda 150, Naxçivanika 400 nəfər əsir düşmüşdü. Meşələr qadın və uşaq meyitləriylə dolu idi.
Azərbaycan xalqı torpaqlarımızın müdafiəsi uğrunda gedən müharibələrdə çox şəhid və qurbanlar vermişdir. Ancaq Xocalı faciəsi qan yaddaşımıza xüsusi yazıldı Ulu öndərimiz Heydər Əliyev Xocalı soyqırımı haqqında belə söyləmişdir:”Bu bir tərəfindən hər bir Xocalı sakininin öz torpağına, millətinə, vətəninə, sədaqətinin numunəsidir,ikinci tərəfdən də Erəmənistanın millətçi, vəhşi qüvvələri Xocalılara qarşı edilən soyqrırımdır.”Xocalı erməni qanicənlərinin yolu üstündə böyük maneəyə çevrilmişdi.Xocalı özünün coğrafi mövqeyinə görə Dağlıq Qarabağda həm magistral şosse yolunun , həm də dəmir yolunun üstündə yerləşirdi.Hava limanı da Xocalıda yerləşirdi.Buna görə də ermənilər hər vəchlə Xocalını ələ keçirməyə çalışırdılar.
Xocalıda köməksiz uca qalam yarılıb,
Günahsız körpə, qoca,ana, bacı qırılıb.
İçərək öz qanını, arxalı köpək itə,
Qala bilməz nahaq qan, bu qisas qiyamətə.
İndi bütün dünyada ictimaiyyəti bilir ki, 1992 - ci ildə erməni faşizminin azərbaycanlılara qarşı növbəti qətliamı olan Xocalıda görünməmiş dəhşətlər yaşanıb.
Prezident İlham Əliyevin səyi, Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyətinə çatdırıldı ki, Ermənistanın idarə olunan siyasətinin əsasında terrorçuluq və işğalçılıq dayanır. Heydət Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq səviyyədə ararılan ideoloji,tədliğatın , əsas prioritetləri Dağlıq Qarabağ haqqında həqiqətləri, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdır.
57 ölkənin gənclər təşkilatlarını birləşdirən İƏT-in Gənclər Forumu İdarə heyətinin sessiyasında qurumun mədəniyyətlər arası və sivilizasiyalarası dialoq məsələləri üzrə Baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəb- büsü ilə başlanmış, bütün dünya birliyi tərəfindən dəstəklənən “Xocalıya ədalət” kam- paniyasını genişləndirməkdə də məqsəd ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.” Leyla Əliyeva: Xocalıya ədalət” ( Beynəlxalq erməni terroruna qarşı yeni strateji model ) kitabı da “Xocalıya ədalət” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının 5 illiyi münasibətilə nəşr olunmuşdur.
Xocalı soyqırımının ildönumu günlərində Avropa və Qərb dövlətlərində keçirilən aksiya- larda iştirak edənlərin sayının artması, Xocalı faciəsinin İsveçdə yaradılmış və virtual aləmdə geniş təbliğ olunan “Beynəlxalq Müharibə Qurbanları Memorialı”na daxil olunması da Azərbaycana dəstək kampaniyasının nümunəsidir. İstanbulun Taksim meydanında Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş aksiyalarda bir milyondan artıq insanın iştirakı Azərbaycanlı həmrəylik nümunəsi olmaqla insanlığa qarşı törədilən bütün qətliamların pislənilməsi deməkdir.
Xocalı soyqırımının 26- ci il dönümü münasibətilə keçirilən tədbirlər.
Bu il o dəhşətli gecədən 26 il keçir. Bütün Azərbaycan xalq bu faciəni ürək ağrısıyla öz qəlbində yaşadır. Hər bir azərbaycanlının ürəyində bu faciə xx əsrin faciəsinə çevrilib.
Faciə ilə əlaqədar olaraq kitabxanalarda müxtəlif tədbirlər keçiriləcək. Kitabxanalar Xocalı faciəsini özündə əks etdirən foto – güşələr, sərgilər hazirlaya bilərlər. Bundan başqa anım gecələri, ədəbi – bədii kompazisiya, oxucu konfransı və s. keçirmək olar. Anım gecəsi keçirən zaman Xocalıya aid şeir parçaları söylənilməli , istedadlı həvəs- karlar tərəfindən hazırlanmış səhnəciklər də göstərilə bilər. Bütün bunlarla yanaşı kitabxanalarda Xocalıya aid ədəbi – bədii kompazisiya da keçirilə bilər. Bunun üçün tədbirin ssenarisini hazırlamaq lazımdır.
Xocalı faciəsi ilə əlaqədar eyni zamanda bütün kitabxanalarda Xocalı faciəsini özün- də əks etdirən sərgilər hazırlanmalıdır. Keçirilən tədbirləri “Xocalı faciəsi qan yaddaşı – mızdır,” “Bəşəriyyətə və insanlığa qarşı yönəlmiş cinayət,” “ Məhv edilmiş şəhər” və s.
başlığı altında keçirmək olar.
Tədbirlərin keçirilməsi üçün aşağıdakı ədəbiyyatdan istifadə etmək olar.
1.Abdullayev, Ə. Keçmişini unudan gələcəyini itirər : ( əsər Xocalı faciəsinin 22 – ci ildö- nümünə həsr edilmişdir ) :[ monoqrafiya ] / Ə.Abdullayev; elmi red. H.Cəfərov ; [ baş red.İ. Səfərov; red . İ. Hüseynova ]; Azərb.Resp. Təhsil Naz. Azərb.Döv. İqtisad Un- ti.- Bakı: [ İqtisad Universiteti ], 2015.- 157 s.
2.Xocalı soyqımı / [ Qarabağ Azadlıq təşkilatı ] : red. hey. A. Nağı [ və b.] :[ naşir N.
Həbibov ] – Bakı: [ s.n.] , 2014.- 36 s.
3.Xocalı soyqırımı;24 il sonra-Bakı:2016.-28 s.
4. Leyla Əliyev “Xocalıya Ədalət”: Beynəlxalq erməni teroruna qarşı stratejı model : üç cilddə / V.Səmədov, R.Vəlizadə; ön sözün müəl. R. Hqseynov; baş elmi məsl. A. Mustafayeva; elmi red.İ. Quliyev,C. Bəhrəmov, red. İ. Məmmədov, S. Sadıxqızı; Azərb. MEA, İnsan Hüquqları İn- tu; “Xocalıya Ədalət !” Beynəlxalq Təbliğat və Məlumatlandır- ma Kompaniyası; “Kaspian İzvestiya” Beynəlxalq İnformasiya Ağentliyi – Bakı: [ s. n.]. 2014. – c . 1.- 341 s.; c.2. – 373 s.; 3. – 476 s.
5. Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı sərəncam imzalanıb - // Mədəniyyət. – 2017- 25 yanvar. – s.2
Tərtib etdi:Heydərova T.
Dostları ilə paylaş: |