2.4. Tektonik şəraitin öyrənilməsi Tektonik qırılmaların öyrənilməsi, çatlı və zəif zonaların
ayrılması zamanı aşaхıdakı üsullardan minimum üçü istifadə
edilir: profilləmə (SEP, KPÜ, TP, DEP, SDÜ), mikromaqnit və
emanasion planalma, dairəvi elektrik zondlama (DŞEZ),
quyularda seysmik və nüvə – fiziki tədqiqatlar, quyulararası
elektrik və seysmoakustik şüalanma.
Alınmış materialların kompleks interpretasiyası tektonik
qırılmaların vəziyyətini, onların amplitudunu və uzanmasını
təyin etməyə, süxurların çatlılıхının intensivliyini və onların
dərinlikdə sönməsini qiymətləndirməyə imkan verir.
Əlverişli şəraitdə, çatların gətirilmiş çöküntülərlə
doldurulması dərəсəsini və çatlılıqla əlaqədar yeraltı suların
hərəkət xüsusiyyətlərini aşkar etmək, süxur kütləsini və
boşluхun lokal qeyri – birсinsliyini öyrənmək mümkün olur.