AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
73
Bu sualı verən müsahibəçinin əsas məqsədi sizin işinizdən ayrılma səbəblərini
öyrənərək, sizin işçi kimi rəsminizi cızmaq, üstünlüklərinizi
anlamaq və gələcəkdə
sizi işə götürdüyü təqdirdə sizdən nə gözləmək olacağını bilməkdir.
Qızıl qayda: Heç vaxt və heç bir halda bu suala cavab verərkən keçmiş və ya
indiki rəhbərliyi və ya iş yoldaşlarınızı pisləməyin.
Ümumi qayda odur ki, siz hər zaman daha yaxşı imkanlar əldə etmək üçün can
atırsınız, misal üçün, siz deyirsiniz ki, “mən əslində öz işimdən razıyam və
dəyişməyi düşünmürdüm, sadəcə, sizin təklif etdiyiniz iş mənim çoxdankı
arzumdur deyə mən işimi dəyişmək barəsində düşünməyə başladım”.
Sual: Özünüzü 5-10 ildən sonra harada görürsünüz?
Bu sualı verməkdə əsas məqsəd sizin karyera planlarınızı daha yaxşı anlamağa və
bu təklif olunan vakansiyanın sizin əsas planlara nə qədər uyğun olduğunu
görməkdir.
Bütün suallarda spesifik olmağa çalışmaq lazımdır, lakin bu sual istisnadır.
Düzgün cavab vermək, lakin tam detallara getmək məcburiyyətində deyilsiniz.
Siz cavabınızı elə qurmalısınız ki, işlə əlaqədar müraciətiniz sizin gələcək karyera
planınızla məntiqli olsun. Daha sonra bu işi həqiqətən də əldə etmək istəyirsinizsə,
sizin cavabınız müsahibə götürənin axtardığı insan tipindən asılı olacaqdır.
Məsələn, bu şəxsin iki ildən sonra daha da böyük vəzifələrə getmək üçün
ambisiyalara sahib olması və ya bu vəzifədə uzun müddət qalacaq bir insanın
axtarılması ola bilər.
Dostları ilə paylaş: