Mikroprosessorlu sistemlər baki 2016 Mikroprocessorlar haqqında anlayış. Mikroprosessor (cpu)



Yüklə 1,87 Mb.
səhifə47/64
tarix01.01.2022
ölçüsü1,87 Mb.
#104142
1   ...   43   44   45   46   47   48   49   50   ...   64
osessor 80286.

İntel şirkəti prosessor 80186-nı iAPX186 sistemi, prosessor 80286-nı isə sistem iAPX286 adlandırır. Buna görə prosessorlar sadəcə olaraq 186 və 286 adlanır.



Intel 80286 MP 1983- cü ildə 8086 arxitekturu təməlində yaradılmışdır. Əvvəlki MP- dən fərqli olaraq çox məsələli əməliyyat sisteminin (ƏS) imkanları aparat səviyyəsində gerçəkləşdirilmişdir. Operativ yaddaşın idarəsi və ona müraciət mexanizmləri təkmilləşdirilmiş və MP- nin strukturuna əlavə registrlər daxil edilmişdir. MP real və virtual ünvan rejimlərində işləyə bilir.

Real rejimdə o prosessorlar 8088/8086 və ya 80188 emulyasiya edir. Virtual ünvanlı qorunma rejimində prosessor 80286 adi vəziyyətdədir və özünün bütün ləvazimatından istifadə edir. "Virtual" sözü aşağıdakı mənaya malikdir. İki növ ünvan fəzası vardır – fiziki və virtual. Fiziki fəza, fiziki yaddaş mikrisxemləri ilə məşğul edilmiş ünvanı açıqlayır. Virtual fəza isə elə ünvanları açıqlayır ki, fiziki mikrosxemlərlə məşğul olub olmamasına baxmayaraq, onlara prosessor müraciət edə bilir. Intel 80286 –nın daxili strukturu şəkil 1- də verilmişdir.

Ünvanın hasil edilmısi qurğusuna seqmentin başlanğıc ünvanının təyini, sürüşmə kodunun (nisbi ünvan) formalaşması və icraçı ünvanın hasil edilməsi blokları daxildir. Şinli interfeys qurğusunda məlumatın ötürülmsinin təşkili, şinlərin idarəsi və ünvan növbəsi blokları vardır. Əməliyyat qurğusuna 16 bitli ədədlər üzərində əməliyyatlar y/y-lən HMQ, registrli blok, bayraqlar registri və idarə bloku daxildir. Əmirlərin deşifratoru qurğusunda əmr kodunun deşifratoru və deşifrə edilmiş əmrlər növbəsi vardır.

Verilənlər şini 16, ünvan şini isə 24 bitlidir. 16 MB həcmdə olan operativ yaddaş sahəsinin ünvanlaşdırılması mümkündür. Bu yaddaş hər birinin həcmi 64KB olan seqmentlərə bölünür. Giriş/çıxış üçün ünvanlaşdırılan yaddaş həcmi 64KB-dir. İcraedici ünvan kodunun tapılması üçün 32 bitli ünvan göstəricisindən istifadə edilir. Seqment daxilindəki ünvan əmrdəki sürüşmə kodunun, baza registrlərinin və indeks registrinin məzmunları ilə təyin edilir. Yaddaşın virtual ünvan kodu 30 bitli ünvan göstəricisi ilə tapılır.

Registrlər blokundakı ümumi təyinatlı registrlərin sayı 19- dur. Əməliyyatların yerinə yetirilməsinin orta sürəti 2 mln. əməl./san., lokal şinlərin məlumatı otürmə 8-12 MB/s- dir. MP- nun işçi tezliyi (4-12) MHs- dir.

Virtual ünvan rejimində 32 bitli ünvan göstəricisi dolayı ünvanlaşdırma üçün istifadə edilir. Ünvan sülüktoru vasitəsilə əvvəlcə seqmentin deskriptorunun ünvanı təyin edilir. Seqment deskriptorunda bu məlumatlar verilir: seqmentin 24 bitli baza ünvanı, seqmentin ölçüsü və tipi, axtarılan seqmentin yaddaşda olması əlaməti, xidməti məlumat. Ünvanın virtuallaşması çoxməsələli rejimdə 4 məsələnin eyni zamanda həll etmək imkanını yaradır. İntel 80286 MP-nun yarımkeçirici kristalı n-MOSFET texnologiyasından istifadə edilməklə gerçəkləşdirilmişdir. Bu MP fərdi kompyüterlərdə, MP sistemlərində və avtomatik layihələndirmə sistemlərində tətbiq edilmişdir.

Реальный режим (или режим реальных адресов) — это название было дано прежнему способу адресации памяти после появления процессора 80286, поддерживающего защищённый режим. Но только с появлением процессора  80386  можно говорить о защищённом режиме в современном понимании, так как в процессоре 80286 нет страничной адресации памяти.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin