İnventor plagİnİndən İstİfadə etməklə 3d modeldən ortoqonql proyeksİyaların alınması
AutoCAD 2012 -ən başlayaraq 3D modeldən cizgilərin alınması dahada sadələşdirilmişdir. Bunun üçün Autocad-a yeni plagin əlavə edilmişdir. Bu plagin Autodesk firmasının ayrıca məhsulu olan İNVENTOR proqrqmının bir elementidir. Plaginin tətbiqi ilə 3D modeldən cizgilərin tərtibi üçün standartların tam tələbinə uyğun kompleks cizgilər almaq mümkün olmuşdur. Autocad-ın bu imkanından istifadə etmək üçün ekranda çəkilmiş 3D model seçilir və 3D modleling işçi sahəsindəki zolağın Layout menyusunda avtomatik olaraq Edit in Fusion (tökmə detalın redaktəsi) lövhəsi əlavə edilir.
Şəkildə verilmiş 3D modelin cizgininun alınması ardıcıllığına baxaq:
1 . Layout lövhəsindəki new siyahısındakı new layout işə salınır və enter vurulur (və ya klaviyaturadan yeni ad yazılır). Bununla da Layout3 adında yeni qat yaradılır.
2. Layout3 aktivləşdirilir (üzərində vurulur) və Page Setup (vərəqin təyini) komandası işə salınır. Açılmış Page Setup Mananger pəncərəsindən Layout3 seçilib Modify düyməsi basılır. Açılmış Page Setup pəncərəsindən Printer/Plotter sahəsindəki Name siyahısından kompyüterə qoşulmuş çap qurğularından birinin adı seçilir. Paper size sahəsindən format təyin edilir (məsələn, A3). Həmin pəncərədən OK və sonra Close vurulur.
4. Zolağın Home menyusundakı komandalardan istifadə edərək sağ aşağı küncdə künc ştampı (əsas yazılar) çəkilir və əsas yazılar yerinə yetirilir.
5. Layout menyusundakı Layout Viewports lövhəsindəki Polygonal komandası ilə vərəqdə çərçivə çəkilir və qapadılır (close altkomandası). Avtomatik model ekranda yenidən görünür buna vərəq sahəsindən modelin görünüşü deyilir. Bu cür pəncərələr Autocad-a bir-birini bağlayan pəncərələr adlanır.
6 . Create view lövhəsindəki Base siyahısından From Model Space komandası işə salınır. Şəkildəki kimi baş kursor hərəkət etdirilir və baş görünüş üçün yer seçilib sol düymə vurulur və enter.
7. Kursoru aşağı hərəkət etdirib üstən görünüş alıb sol düymə vurulur.
8. Bu dəfə baş görünüşdən sağ tərəfə keçilib soldan görünüş üçün yer seçib sol düymə vurulur və enter. Nəticədə şəkildə göründüyü kimi cizgi alınır.
9 . komandası işə salınır və üstən görünüş seçilir. Sonra isə sağ tərəfin ortası və mərkəz seçilir (hal sətrindən Polar-150, Osnap- endpoint, midpoint, intersection açarı qoşulur, Otrack aktiv olur). Kursor aşağı çəkilir və sol düymə vurulur.
1 0. Komandası vurulub baş görünüş seçilir və kənarda bir nöqtə göstərilir. Həmin nöqtədən detalın aksanametriyası qurulur. Aksanametriya üzərində iki dəfə sol düyməni tez və cəld vurduqda açılmış Apperance lövhəsindən Hidden line (görünməyən xətt) seçməklə qırıq-qırıq xətlər yığışdırılır. Bu üsulla digər görünüşlərdən də qırıq-qırıq xətləri yığışdırmaq olar.
11. Hal sətrindən Grid-i bağlayıb çərçivənin içərisində iki dəfə siçanın sol düyməsini vurmaqla (tez və cəld) model sahəsini aktivləşdirib 3D modeli görünüşdən kənarlaşdırsaq yenidən vərəq sahəsinə qayıdıb (çərçivədən kənarda iki dəfə siçanın sol düyməsini vurmaqla) cizginin çəkilməsini tamamlamaq olar.