materİallar və tekstura
3 D modelə ralistik görünüş vermək üçün ən çox istifadə edilən metodlardan biri də modelə materialın mənimsədilməsidir. Material dedikdə modelə mənimsədilmiş tekstura (səthinin şəkili), şəfafflıq effekti, relyef effekti, axıcılıq və s başa düşülür.
M ateriallar zolağın Render menyusundakı Materials lövhəsində yerləşir. Bu lövhədəki komandalarla aşağıda ətraflı tanış olacağıq.
Material Browser komandası eyniadlı pəncərəni yükləyir. Document Materials pəncərəsində modelə mənimsədilmiş materiallar yerləşir. Autodesk Library pəncərəsində isə yaddaşda olan materiallar verilir.
Materiallardan istifadə etməni mənimsəmək üçün yenidən "ev-ishiq" faylını yükləyək. Əğər bu faylı yaratmamısınızsa onda ekranda sadə 3D fiqurlar çəkib onlar üzərində materialların mənimsədilməsi təcrübəsinə yiyələnə bilərsiniz.
1. Open komandası ilə ev-ishiq faylı açılır. Zolağın Home menyusundan ( işçi sahəsindən) View lövhəsindəki birinci pəncərəsindən , ikinci pəncərədən SE İsometric seçilir.
2 . Materialların Material Browser -də normal görünməsi üçün hər iki sahədə bu alət vurulur və açılmış siyahıdan View Type bölməsindəki Thumbnail View seçilir. Nəticədə pəncərədə materialların görünüşü daha dəqiq olur.
3 . Materialın moelə verilməsi üçün Material Browser pəncərəsindən material seçilib daşınaraq model üzərində buraxılır və ya əvvəlcə model seçilir sonra isə Document Materials bölməsindəki materialın nümunəsi vurulur. Bu üsullardan biri ilə müstəvi döşəməyə materialı vermək olar.
Ə ğər modelə mənimsədilmiş materialın düzülüşü və ya miqyası normal görünmürsə onda onu müxtəlif üsullarla redaktə etmək olar. Bunlardan ən asandı Document Materials bölməsinə yerləşdirilmiş nümunənin üzərində sol düyməni iki dəfə vurmaqla Material Editor pəncərəsini açır. Bu pəncərənin Generic bölməsində tekstura materilın teksturası durur. Burada Color -rəng, İmage- tekstura, İmage Fade - teksturanın faizlə materiala mənimsədilməsinin miqdarıdır, Glossiness- Plastik material effektinin materiala faizlə mənimsədilməsinin miqdarıdır (parıltığın formasını idarə edir) və əsasən əyri səthlərdə hiss olunur, Highlights - bərq effektidir.
Reflectivity bölməsindən materialın güzgülük effekti idarə edilir. Document Materials bölməsində Global materialı seçilib üzərində sağ düymə basılır və siyahıdan Dublicate (surəti) seçilir. Numune adında yeni material yaradılır və onun üzərində iki dəfə vurub Materials Editor pəncərəsi açılır. Bu pəncərədən ona rəng və güzgülük (Reflectivity) effekti verilib prizmaya çöl qapısının orta hissəsinə (CTRL basıb saxlayıb üz seçilir) mənimsədilir. Bu üsulla qapının digər hissələrinə ağac (Wood) materialı verilir və model renderlənir.
T ransparency materialın şəffaflıq effektini idarə edir. Autudesk Library bölməsində Glass siyahısında birinci materialı seçib ona Shushe adı verib pəncərənin şüşəsinə mənimsədək. Çərçivəsinə isə yenə ağac materiallardan biri verilir. Evin bütün pəncərələri bu qayda ilə düzəldilir.
Cutouts materialın effektini idarə edir.
Self İllumation materiala işıq mənbəyi effekti verir. Bu günəş altında qızmış materiala bənzəyir.
Bump (relyef) materiala relyef effekti verir (rənglərin tündləşməsi hesabına). Bu effektlə kələkötürlüyü artırıb azaltmaq olur. Bunun təsirini damın nümunəsində nəzərdən keçirək.
Tint teksturanın arxa fonunun rəngini dəyişir.
Qeyd etdiyimiz bölmələr seçilmiş materialdan aslı olaraq dəyişə bilər.
İmage -də yerləşən teksturanın şəkili üstündə iki dəfə vursaq şəkilin düzülüşünü və sıxlığını redaktə etmək üçün yeni Texture Editor pəncərə açılır. Source - teksturanın adı və yaddaşdakı şəkilin yolu verilir adın üzərində vurub yaddaşdan digər şəkil də seçmək olar (əsasən .jpg və .png formatında).Brightness -lə parıltılığı idarəetmək olur. İnvert image açarı ilə texsturadakı rəngləri əks rəngə dəyişmək olur.Transforms -materialın eyniadlı xassəsini idarəedir. Position - bölməsindəki alətlərlə teksturanın düzülüşü iadrə edilir (sola sağa sürüşdürülür və döndərilir). Scale- bölməsindəki alətlərlə teksturanın sıxlığı idarə edilir. bu işarə aktiv olduqda bir istiqamətdə miqyas dəyişdikdə digər istiqamət də avtomatik dəyişib birinci kimi olur.
M aterialı modelin yalnız bir üzünə mənimsətmək üçün zolağın Home menyusundakı Selection lövhəsindəki komandasından istifadə edərək üz seçilir (CTRL sıxılıb üz seçilir) sonra isə Document Materials bölməsinə yerləşdirilmiş nümunənin üzərində sol düymə bir dəfə vurulur.
Qeyd etdiyimiz üsullardan istifadə edərək divarların xarici səthinə materiallar verilir və evin interyeri hazır olur.
Tekstura divara normal oturmazsa onu materials lövhəsindəki Planar komandası ilə düzəltmək olar. Üz seçilir və komanda tətbiq olunur. Şəkildəki dəstəklərdən istifadə etməklə teksturanı interaktiv düzəltmək olur. Buradakı Box komandasını prizmatik, Clindrical komandasını silindirik və Spherical komandasını isə sferik detallara tətbiq etmək olar.
siyahısında ekranda material və teksturanın görünüşünü idarə edir.
komandası ekranda modelə mənimsədilmiş materialı ləğv edir.
komandası ilə teksturaya edilmiş dəyşilikləri ləğv edir (məsələn, yuxardakı sağ tərəfdəki şəkildən sol tərəfdəki şəkili alır).
D ivarın hər hansı bir hissəsinə material vermək üçün divara vahid qapalı polixətt (Polyline, Recteng və Polygon) çəkilib (Circle, Line və s kimi komandalardan da istifadə etmək olar) İmprint komandası ilə ona yapışdşrılır.
Dostları ilə paylaş: |