Obyektlərin blokda birləşdirilməsi
I stənilən obyekti və ya obyektləri bloka çevirmək olur. Bloky cizgiyə qoymaq üçün onun baza nöqtəsi olur.
O elə yerdə seçilir ki, bloku cizgiyə qoyduqda asan olsun. Bloku yaratmazdan əvvəl onu təşkil edən obyektlərdən blokun cizgini çəkilir. Sonra isə aşağıdakı əməliyyatlar edilir.
1 . Block (blok) alət lövhəsindən Create (blok yarat) aləti işə salınır və Block Definition (blokun formasını yaratmaq) dialoq pəncərəsi açılır.
2. Name (blokun adı) sahəsindən blokun adı yazılır
3. Select objects (obyektləri seç) düyməsi basılır. Müvəqqəti cizgiyə qayıdıb obyektlər seçilir. Siçanın sağ düyməsini basmaqla Block Definition pəncərəsinə qayıdılır.
4. Baza nöqtə seçilir. Buraxıldıqda 0,0,0 nöqtəsci qəbul edilir. Digər nöqtəni seçmək üçün isə Pick point (nöqtəni seç) düyməsi basılır. Müvəqqəti cizgiyə qayıdıb baza nöqtə seçilir və düyməsi basılaraq yenə Block Definition dialoq pəncərəsinə qayıdılır.
5. Blok yaratdıqda seçilmiş obyektləri ekrandan pozmamaq üçün Retain (obyekti saxla) açarı qoşulur. Convert to Block (Bloka çevir) seçilmiş obyekti blok kimi ekranda göstəir. Əgər Delete (ləğv et) açarı qoşularsa obyekt ekrandan pozulur.
6. Settings sahəsindəki Scale uniformly açarı miqyası bütün istiqamətlərdə eyni edir. Allow exploding Bloka explode (parçalama) komandasının tətbiqini icazə verir. Block unit siyahısından ölçü vahidi seçilir. Description sahəsində şərh yazılır. Hyperlinke düyməsi ilə digır bloklarla hiperəlaqə yaradılır.
7. Open in block editor açarı qoşularsa o zaman OK düyməsini basdıqdan sonar Block editor dialoq pəncərəsi açılır.
8 OK düyməsi basılır və proses sona çatır. Pəncərənin digər elementləri ilə sonra tanış olacağıq.
Bloku dəyişdikdə (block editor) ya pozduqda həmin bloka daxil olan obyektlər cizgidə eyni ilə hər yerdə dəyişir.
Blok yalnız hansı cizgidə yaradılıbsa, orada da işləyir. Bloku digər cizgilərdə də istifadə etmək üçün onu fayl şəklində yazıb sonradan istifadə etmək olar. Bunun üçün aşağıdakı əməliyyatlar edilir.
1. WBlock (Vblok) komandası daxil edilir və Write block (bloku yaz) diaolq pəncərəsi açılır.
2. Objects sahəsindən piktoqramma basılır və müvəqqəti ekrana qaydılır. Buradan obyekt seçilir və sağ düymə basılır və yenidən Write block pəncərəsinə qaydılır. Buradakı digər açarlar yuxarıda izah olunmuşdur.
3. Təklif olunan baza nöqtə ilə razı deyilsizsə Base point sahəsindəki düymə basılır və ekranda yeni baza seçilir.
4. Destination sahəsində faylın adı, əllə və ya dinamiki (3-nöqtəni basmaqla) üsulla yerləşdiyi kataloqu və ölçü vahidini seçmək olar.
5. Source: (Mənbə) sahəsində aşağıdakı açarlardan biri seçilir;
Dostları ilə paylaş: |