Milli aviasiya akademiyasi



Yüklə 13,77 Mb.
səhifə192/248
tarix01.01.2022
ölçüsü13,77 Mb.
#104836
1   ...   188   189   190   191   192   193   194   195   ...   248
2D Wireframe (iki ölçülü karkas) əsasən iki ölçülü cizgilərin çəkilməsində istifadə edilir. Modelləşdirmədə istifadə edilən bütün xətləti göstərir.

Conceptual (konseptual) əsasən 3D modelləşdirmədə istifadə edilir. İstifadə edilmiş xətləri, modelin bir rəngdə rəngini və arxa fona verilmiş rəngi işıqlandırır.

Hidden (görünməyən) 2D Wireframe kimidir yalnız ondan fərqli olaraq arxada qalan xətləri göstərmir.

Realistic (real) Modellə verilmiş teksturanı və onun fotorealistik formasını göstərir.

Shade(kölgə) Kölgəni rə rəngi göstərir.

Shadewith edges (kölgə və tillər) modellərin rəngini kölgəsini və tillərini göstərir.

Shadesof qray (kölgə boz rənglə) modelləri avtomatik boz rəngə çevirib kölgəsini verir.

Sketchy (eskiz) Modelləri eskiz rejmində göstərir.



Wireframe (karkas) modelləri olduğu rəngdə yalnız tillərini göstərir.

X-Ray (x-şua) modelləri müəyyən şəffaflıqla göstərir.

3 D modelləşdirmədə əsasən Conceptual-dan geniş istifadə edilir. Sadə modelləşdirmə komandalarını öyrəndikdə məhz bu rejimdən istifadə olunacaq. Modelləşdirmənin sonunda isə Realistic rejimdən istifadə edilib modellərin fotorelist formasını ekranda almaq üçün istifadə edilir. Bu rejimdə çox qalmaq məsləhət deyil çünki kompüterin reaksiyası zəifləyir. Wireframe rejmində kompüter daha az resurs tətbiq etdiyindən ondan mürəkkəb modelləş­dir­mə­də istifadə etmək məsləhətdir.

İkinci sətirdə standart görünüşlər yer­lə­şir. Onlardan istifadə etməklə tez-tez müx­tə­lif görünüşlərə keçmək olur.

Burada Top (üstən görünüş), Bottom (aşağıdan görünüş), Left (soldan görünüş), Right (sağdan görünüş), Front (öndən görünüş), Back (arxadan görünüş), SW Isommetric (Cənub qərb izometrik), SE Isommetric (Cənub şərq izometrik), NE Isommetric (Şimal şərq izometrik), NW Isommetric (Şimal qərb izometrik). Vie mananger komandası ilə eyniadlı pəncərəni açıb yeni görünüş pəncərələri yaratmaq olar. New düyməsi basılıb açılan pən­cə­rə­dən görünüşün parametrləri sazlanır. Buradakı Background sahəsindən arxa fonun rəngini də dəyişmək mümkündür.

Sadə üçölçülü həndəsi fiqurları qurmaq üçün lazım olan əsas həndəsi fiqurların komandaları Modeling (modelləşdirmə) alət lövhəsində yerləşir.

Mesh lövhəsində yerləşən komandalarla meşləri yaratmaq və redaktəetmə olur.

Ü mumiyyətlə Autocad proqramında üç cür üçölçülü cisim qurmaq olur. Bunlar, Solid (bərk cisimlər), Mesh (içi boş üçölçülü həndəsi fiqurlar) və Surface (səthlər). Solidlərlə Autocad proqramında istənilən formalı qurmaq olur və bu proqramın əsas üçölçülü vasitəsidir. Onun əsas çatışmayan cəhəti kompüterin yaddaşında çox yer tutmasıdır. Meşlə də üçölçülü fiqurlar yaradılır lakin onun keyfiyyəti nisbətən aşağı olur və redaktəsi zəifdir. Meşin üstün cəhəti yaddaşda az yer tutmasıdır. 3D modelləşdirmədə məşhur proqramlardan biri olan 3ds max yalnız meşlə işləyir. Surface-səthi solid-in komandaları ilə yaradıb redaktəetmə olur və asanlıqla solidə çevirmək mümkündür.

Solid editing lövhəsində solidlərin redaktəsi üçün lazım olan komandalar yerləşir.

Section lövhəsində detallrın bir hissəsini kəsib onun daxilinə baxmaq üçün komandalar yerləşir. Lakin bu komandanın təsiri ləğv edildikdən sontra detal əvvəlki görünüşünə qayıdır.

Selection lövhəsində modeli seçmə vaxtı onun arxa tillərinin görünüşü, elementlərinin seçilməsi üçün filtr və lokal koordinatları göstərən piktoqrammanın işıqlandırılması idarə edilir.

Digər iki lövhə Layers və Groups haqqında birinci bölmədə məlumat verilmişdir.



    1. Həndəsİ parametrlərİn dİnamİkİ üsulla daxİlİ

P arametrlərin dinamiki daxili üçölçülü modelləşdirməni sadələş­dir­mək və müstəvidən fəza sistemində la­yi­hələndirməyə və konseptual dizayna səlis keçidi təmin etmək üçün nəzərdə tutulmuşdur.

Ə vvələr yalnı müstəvidə aktiv olan parametrlərin dinamiki daxili və köməkçi sahələr, artıq üçölçülü sistemdə də mümkündür. Paramertləri artıq dinamiki sa­hə­lər­də rahat da­xil et­mək­lə üçöl­­çülü fi­qur­ları çəkmək olar.

AutoCAD-ın köhnə variantlarında parametrləri si­çanla yalnız XOY müs­tə­visində vermək olurdursa artıq z koordinatı da siçanla dinamiki daxil etmək müm­kün­dür. Z koordinatında Ob­ject Tracking (obyekt izləyicisi) hal sətrinin köməkçi ko­man­da­sın­dan istifadə edilir. Cisimin üzlərindən hər hansı birində kontur çəkmək lazım olduqda, üzə yaxınlaşan kimi dinamiki İKS (DUCS) avtomatik olaraq üzdə yerləşdirilir bu da modelləşdirmədə vaxta xeyli qənaət edir.


    1. Üçölçülü obyektlərİn dİnamİkİ qurulması

Ü çölçülü obyektləri qurdukda qurmanın hər addımında qurma işləri görünüşlərlə müşahidə edilir. Bundan başqa qurma vaxtı da verilən parametrlərin daxil edilməsi op­ti­mal­laş­dı­rıl­mış­dır. Məsələn, silindirin əvvəlcə otracağı çəkilir və sonra Z oxu istiqamətində silindirin istifadəçi dartılaraq uzanmasını görür.

    1. Bərkcİsİm modelləşdİrmədə parametrİkləşdİrmə

Parametrləri Properties (xassə), palitrasının Geometry (Hən­dəsi) bölməsindən dəyişdirmək olur. Məsələn, şəkildə verimiş elliptik silindirin hündürlüyünü dəyişmək üçün onun üzərində dayanıb siçanın düyməsini iki dəfə tıqqıldatmaq lazımdır. Açılan Properties (xassə), palitrasının Geometry (Həndəsi) bölməsindən heigth (hündürlük) dəyişdirilir.




B ərkcisimin həndəsi parametrlərini dəstəklərlə də dəyişmək olar. Burada yerləşən dina­mi­ki giriş sahələrinə qiymət yazmaqla dəyiş­məni daha dəqiq etmək olar. Bundan başqa üzləri və tilləri CTRL düyməsini klaviaturadan basıb sax­la­maq­la (və filtirlərdən istifadə etməklə) redaktə etmək olur. Bu da qurmada redaktə etmənin surətini artırır.

    1. S adə Bərkcİsİm çəkən komandalar

Box (paralliped)- otracağı dördbucaqlı olan düz prizma çəkir. Komandanı işə salmaq üçün Mo­delling lövhəsindən və ya solid menyusundakı Primitave alət lövhəsindən işə salmaq olur. Şəkildə Modelling lövhəsindəki sadə primitivlərin çəkil­mə­si üçün komandaların yerləşməsi verilmişdir.

Komanda aşağıdakı kimi daxil edilir:



Command: _box

Specify first corner or [Center]: (1-ci küncün koordinatları daxil edilir)<>

Specify other corner or [Cube/Length]: (digər küncün koordinatları daxil edilir)<>

Specify height or [2Point] <9.5476>: (hündürlük daxil edilir)<>

Box komandasının altkomandaları və daxil eilən para­metr­lə­ri bunlardır:




Yüklə 13,77 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin