X ətlərin tipinin, dəyişdirilməsi. Rənglərin dəyişdirilməsi prinsipi ilə eynidir. Properties (xassəsi) dialoq pəncərəsindən Linetype (xəttin tipi) siyahısı açılırvə siyahıdan lazımı xəttin tipi seçilir. Burada xəttin tipi dəyişdirildikdə qatda dəyişmir. Bylayer –isə qatdakı xəttin tipinin istifadə olunduğunu verir. Obyektin xəttinin tipini dəyişdirmək üçün əvvəlcə xətt seçilir, sonra isə Linetype siyahısından xətt seçilib, seçmə düyməsi ilə işə salınır (və ya tərsinə xəttin tipi seçilir sonra isə xətt çəkilir).
Lazımı tip siyahıda olmadıqda Other… (başqaları) seçilir və Linetype manager (xəttin tipinin menenceri) açılır.
Açılmış siyahıya əlavə xətlər yükləmək üçün LOAD (yüklə) düyməsi basılır və nəticədə Load or Reload Linetypes dialoq pəncərəsi açılır bu pəncərədən xət və ya xətlər seçilb OK düyməsi basılır. Linetype manager pəncərəsində DELETE (ləğv et) lazımsız xətləri pozur. CURRENT (cari) seçilmiş xətti aktiv edir.