Cotton wool (Br) – absorbent cotton (Am)
Dustbin (Br) – ash can (Am)
Dustman (Br) – garbageman (Am)
Trunk call (Br) - long-distance call (Am)
White wax (Br) – paraffin (Am)
Paraffin (Br)- kerosene (Am)
Kiosk (Br) – newsstand (Am)
Potato crisp(Br) – potato chip (Am)
Call box (Br) – telephobe booth (Am)” [135, s.227]
Digər bir məsələ hər iki dildə işlənən söz və ya ifadənin fərqli mənalarda olmasıdır. Məsələn, Amerikada “preparatory school” adlanan məktəb İngiltərədə “council school” və ya “board school” adlanır. İngilislər “preparatory school” anlamında olan sözü “elementary school” adlandırırlar. Amerika məktəblərində “grade” (sinif) Britaniya məktəblərində “form” adlanır. Amerikada dərs keçən müəllimlərə verilən “professor” adı müasir dövrdə vaxtı keçmiş hesab olunur. Bu gün bu ad yalnız musiqi, piano müəllimlərinə verilən ad kimi istifadə olunur. Eyni fərqləri bu 2 dildə işlənən slenqlərə də aid edə bilərik. Amerikada və Britaniyada cavan nəslin nümayəndələri arasında istifadə olunan slenqlərin mənaları sosial təbəqələrə və yeniyetmə qruplarına görə dəyişir. Bir çox Amerika slenqləri ingilis xalqı üçün yad hesab edilə bilər və ya əksinə, İngiltərədə işlənən slenqlər Amerikada anlaşılmaya bilər.
Lüğət fondu ilə yanaşı bu iki dil arasında tələffüz fərqi də mövcuddur. 25-30 il bundan əvvəl, standart Britaniya ingiliscəsi “Received Standart”, tələffüzü isə “Received Pronunciation” adlanırdı.
Bəzən sözlər eyni olsa belə onların tələffüzü zamanı musiqi tonu fərqli olur. Bu da məhz ilk növbədə amerikalı üçün Britaniya dilini anlamaqda çətinlik yaradır. Məxsusi amerikan tələffüzü isə bəzən bir ingilisi hətta qəzəbləndirə belə bilər. Musiqi bəstələyərkən və ya mahnı oxuyarkən bəstəkar tərəfindən sözlərə qoyulan vurğu və ya aksent hiss olunmaya bilər, bu baxımdan da mahnını oxuyan müğənninin amerikalı və ya britaniyalı olduğunu müəyyən etmək çətin olur.
Amerikan və Britaniya ingiliscələrinin hər birində, əlbəttə ki, həm regional həm də sosial variantlar mövcuddur. Bostonluların nitqləri Çikaqoluların nitqindən fərqlidir. O da öz növbəsində Nyu-Yorkluların nitqindən fərqlənir. Eyni ilə bu cür fərq Liverpul və Mançester və ya London arasında mövcuddur.
Bəzən danışıq tempində fərq olduğunu qeyd edirlər. Amerikalılar britaniyalıların, britaniyalılar isə, əksinə amerikalıların sürətlə danışdıqlarını təkid edirlər. Düşünürük ki, danışıq tempi fərdi xüsusiyyətə bağlı bir məsələdir. Çünki, sürətlə danışıb-danışmamaq bir insanın əhvalından, xasiyyətindən və sairdən asılı ola bilər. Bəzən insan həyəcanlı olduqda və ya onun üçün çox əhəmiyyət kəsb edən bir şey haqda danışarkən sürətlə danışır. Bəzən isə ona yaxşı məlum olmayan bir şey haqda danışarkən yavaş danışır. Bu xüsusiyyətlər həm amerikalı, həm də britaniyalı üçün aid ola bilər. Fikrimizcə sürətlə danışmaq və ya danışmamağın xalqlar arasındakı fərqə heç bir aidiyyatı yoxdur.
“Standart dil hər bir yerdə eyni ola bilməz. Bu o deməkdir ki, məsələn, Oşkoşun (Oshkosh) standart ingiliscəsi Bostonun standart ingiliscəsi ilə eyni deyildir” [135, s.273].
Amerika kitabları, məsələn, “got” feilinin bitmiş zamanının “gotten” olmasını israrla təkid edir. Amerikada hər bir insan gözü yumulu “gotten” feil formasının bütün sosial təbəqələrdə mövcud olduğunu mükəmməl bilir. Bundan savayı Amerika ingiliscəsində ikili inkar cümlələrini məxsusi qeyd etmək lazımdır. Məsələn: “I didn’t do nothing about it” cümləsi “I didn’t do anything about it.” cümləsinin amerikan variantıdır.
Müstəmləkə dövründə hindlilərin dili Amerikanın dilinə təsir etmiş yeganə dil deyildi. Başqa insanlarla əlaqə Amerika ingiliscəsi lüğətini inkişaf etdirmişdir. İngilis dili və Alman dili arasında əlaqələrin olmamasına baxmayaraq Amerika ingils dilinə həmin dildən də bir çox sözlər keçmişdir: “cooky, boss, dope, spook, patron, coleslaw” və s. Bu sözlərin əksəriyyəti XIX əsrə qədər əksər yazıçılar tərəfindən istifadə olunmurdu, lakin İngiltərə ingilis dilində çox əvvəllər istifadə olunurdular.
Bəzi alman mənşəli sözlərə XVII əsrə qədər yazılı mənbələrdə rast gəlmək olmazdı. Məsələn, “ponhaus” müasir lüğətlərdə qeydə alınmamışdır. Müasir dövrdə belə standart Amerikan dilində istifadə olunan bu söz dilçilər tərəfindən guman ki, standart hesab olunmamış və lüğətlərə daxil edilməmişdir. “Rainworm” (earthworm) guman ki, “ragenwurm” sözünün tərcüməsi kimi istifadə edilir. Bu söz Pensilvaniya və şimali Karolinada işlənməkdədir. Hans Kurata görə “belsnickel” sözü cənubi Pensilvaniyada işlənən “Santa Claus” sözünün ekvivalenti hesab olunur. Sözün ikinci tərəfi alman “Nicolaus” adından götürülmüşdür [113, s.45].
Amerikanın Kanada sərhədləri boyunca olan əraziləri əsasən fransız səyyahlarından bir sıra sözlər qəbul etmişdir: “prairie, bateau, chowder, voyageur, lavee” və s. “Lavee” fransız mənşəli “lever” (qalxmaq) sözündən götürülmüş və əsasən çay daşqınları zamanı suyun səviyyəsinin qalxmasını ifadə etmək üçün işlənir. Bir sıra ispan mənşəli sözlər də “mosquito” (ağcaqanad), “negro” (qara), “armada” (timsah) XVII əsrdən ingilis dilinə keçmişdilər. Bu sözlər Amerikada İngiltərədən daha çox işlənməkdədir. XIX əsrdən əvvəl çox nadir istifadə olunan sözlər sırasına daxil idilər. “Colaboose” (zindan) ispan “colabozo” sözündən yaranmış, əsasən cənub ştatlarda istifadə olunur. İlk dəfə olaraq XVIII əsrin sonlarında qeydə alınmışdır [135, s.54].
Bu gün Amerika ingiliscəsində başqa dillərdən keçmə sözlərlə yanaşı Afro-Amerikan dialektində istifadə olunan sözlər də dilçilərin diqqətini cəlb etməkdədirlər.
Amerikanın bir çox yerlərində, həmçinin bir çox məşhur musiqilərində eşidilən dialektlərdən biri “Black English”dir. Bu dildə dünyanın bir çox yerlərində danışılır (ABŞ, Afrika, qərbi Hindistan, Qvineya və s.). Afro-Amerikan ingiliscəsi digər adlarla da tanınlır (Ebonik, Afro-Amerikan ləhcə, Black English və s.).
Bu dialektin yaranma tarixinə nəzər salaq. İlk dəfə olaraq “Black English” termini 1970-ci illərdə meydana gəlmişdir. 1980-ci illərdə isə bu termin Afro-Amerikan ingiliscəsi ilə əvəz olunmuşdur (African-American Vernacular English- AAVE). Hal-hazırda Afroamerikan dialekti African -American English kimi daha çox tanınır. Onun yaranması barədə iki nəzəriyyə mövcuddur. D.Uinfordun irəli sürdüyü kreol nəzəriyyəsinə görə bu dialekt XVI əsrin sonu, XVII əsrin əvvəllərində cənub ştatlarında Konqodan, Fildişi Sahilindən və mərkəzi Afrikadan gətirilmiş qulların işlədikləri pambıq plantasiyalarında formalaşmışdır. Bu qullar çox az da olsa öz həyatlarının təhlükəsizliyi və nəsillərinin qorunub saxlanması üçün aralarında qulağa və dilə yatımlı bir dialekt yaratmışlar. Bu dialekt cənubda yaşayan ağ dərili xalqların da dillərinə təsir etmişdir. Bəzi dilçilərin fikirlərinə görə, hətta bu qulların ailə üzvləri öz nitqlərində afro-amerikan sözlərdən istifadə edirdilər.
Əsasən Afrikanın qərb sahillərindən - Seneqal, Qambiya, Toqa, Liviya, Nigeriyadan bura çox sayda qullar gətirilmişdi. Bu qara dərili qulların köçürülməsi vətəndaş müharibəsinə qədər davam etmişdir. Onların əksəriyyəti birbaşa Afrikadan gətirilir, bəziləri isə bir müddət ingilis dili öyrənmələri üçün qərbi Hindistana göndərilirdi. Bu Afrikadan gətirilmiş insanların əksər davamçıları indi orada konvensiyalı (conventional) Amerikan ingiliscəsində danışırlar. Təhsillərinin olmaması və ağ dərili insanlarla ünsiyyət qurmamalarına görə onların dilində qədim standart nitq qalıqlarına rast gəlmək olar. Məsələn, “oblige” əvəzinə “obleege”, “deaf” əvəzinə “deef” və s.
Uzun illər ərzində cənubi Karolina və Corciyada düyü və pambıq plantasiyalarında qara dərili amerikalıların birlikləri mövcud olmuşdur. Onların əksəriyyəti ağ dərili insan ilə ünsiyyət qura bilirdi. Təxminən 250.000 sayda olan bu qara dərili insanlar öz ulu babalarının dilləri sayılan Afrika dillərinin təsirinə məruz qalmış qəribə ingilis dilindən istifadə edirdilər. Onların Gullah və Geechee dilləri Afrika xüsusiyyətlərini daşıyaraq sintaktik, morfoloji və fonetik baxımdan çox fərqli hesab olunurdu. “Gullah” sözü ya Liviyada “Gola” adlı bir tayfanın adından, ya da Anqoladan götürülmüşdür [135, s.39].
Afrikanın eyni tayfasından, eyni dildə danışan insanlarını bir plantasiya sahəsinə göndərmirdilər. Guman ki, bu onların bir-birləri ilə ünsiyyət qurmamaları və öz dillərini inkişaf etdirə bilməmələri üçün edilirdi. Buna görə də onlar ingilis dilini bacardıqları şəkildə öyrənməyə çalışırdılar. Müasir dövrdə Amerikada əsasən cənub-şərq bölgələrdə çox sayda Afrika mənşəli sözlər mövcuddur. Məsələn, “buccra” (ağ adam)- cənubi Nigeriyada danışılan Ibibio dilində “mbakara” kimi, “goober” (yerfındığı) Kimbundu dilində “nguba” kimi işlənirdi. Hal-hazırda qorxu filmlərindən tanıdığımız “zombie” sözü də Afrika mənşəli olub cənub ştatlarda insanlar tərəfindən uzun illər əvvəl istifadə olunurmuş. Sözün orijinal mənası insanların Allahı deməkdir. Daha müasir dövrdə isə bu söz rom və brendi içkilərinin qarışığından alınmış kokteyldir.
“Jazz” sözü uzun illər əvvəl əsasən Yeni Orlean ərazisində qara dərililər tərəfindən istifadə olunmuşdur. “Jazz” sözü çox guman ki, Afrika mənşəli söz olmuşdur [135, s.42].
Sənaye inqilabı və vətəndaş müharibəsi quldarlıq quruluşunun ölkədə silkələnməsinə səbəb oldu və bununla da quldarlıq rejimi ABŞ-da zəiflədi. Nəticədə “qul dialekti” cənubi plantasiyalardan şimala irəliləməyə başladı. Sənaye inqilabı şimal şəhərlərində inkişafa yol açdı. Onunla birlikdə şimalda afro-amerikan musiqi və rəqs mədəniyyəti inkişaf edərək bütün dünyada tanındı.
U.Lebovun irəli sürdüyü nəzəriyyəyə görə, sonralar bu dialektin inkişafı bu dialektdə danışan insanları mərkəz şəhərlərə apardı (inner cities). Məhz elə bununla da afro-amerikan dialekti özünə kök salmağa başladı. Afro –amerikan ingiliscəsinin lüğət tərkibi bir çox mənbələr əsasında zənginləşir. Birinci mənbə: folklor, atalar sözləri və s. İkinci mənbə: musiqidir. Afro-amerikalılar dünya musiqi mədəniyyətini o qədər musiqi janrları ilə zənginləşdirmişlər ki, bu sahədə onlarla heç kim bərabərləşə bilməz: ritm, blüz, xip-xop, rep və s.
Afro-amerikan dialektinin lüğətinə kriminal dünyanın sözləri də əlavə edilmişdir. Bundan başqa bu lüğətin zənginləşməsində idmanın da aparıcı yeri vardır. NBA-nın (National Basketball Association) istifadə etdiyi jarqon ifadələr küçə basketbolu ilə məşğul olan cavan nəslin nümayəndələri tərəfindən asanlıqla qəbul edilib işlədilir.
Bir vaxtlar bu variant dilçilər üçün o qədər də maraqlı deyildi. Lakin müasir dövrdə dilçilərin bu dialektə çox böyük maraqları var. Bu dialekt standart ingilis dilindən və ağ dərililərin ingiliscəsindən fərqlənir. R. McDevidə görə: “Ağ dərili insanları qara dərili insanlardan fərqləndirən heç bir faktor yoxdur. Lakin onların tələffüz qaydalarından hansının ağ, hansının qara dərili olduqlarını müəyyən etmək olar” [126]. Şimali Amerika yazıçılarından biri 1888-ci ildə bir yazısında cənub ştatlarında yaşayan qara dərililərin işlətdikləri bəzi sözləri vurğulamış və onların izahını vermişdir. Məsələn, “buccra” (ağ adam), “brottus” (kiçik hədiyyə) və s.
Amerika dilçisi U.Stüard “Black English” və “Standart English” arasındakı fərqi araşdırmaq üçün bir çox cəhdlər etmişdir. “Goeber” (fındıq), “juke” (qutu) və s. kimi sözlər ingilis dilinin lüğət fonduna daxil edilmişdir. “Goeber” sözü, guman edirik ki, Afrika mənşəli sözdür. Haussa dilində (Qərbi Afrika dili) “guya” yer fındığı deməkdir [102, s.23]. “U-huh (bəli) və bu kimi sözlər Birləşmiş Ştatlarda həm ağ, həm də qara dərili insanlar tərəfindən başa düşülür. Buna baxmayaraq Böyük Britaniyadan olan insanlar bu sözü nə anlayır, nə də ki, qəbul edirlər” [131, s.102].
V. Volfram göstərir ki, “Black English”də bəzi sözlərdə sonda gələn [t] səsi itir. Məsələn, “list - [lis], left - [lef]” və s. Bu yerdə qeyd etməliyik ki, [p,k,d] səsləri də həmçinin tələffüz edilməyə bilər. Məsələn: “desk [des], find [fain]” və s. Bəzi sözlərdə cəm şəkilçisindən əvvəl işlənən samit səs tələffüz edilmir. Məsələn, “kids” [ki:z]” [139, s.150].
Onlar danışarkən qrammatik qaydalara riayət etmirlər. Məsələn, “I am going to visit him.”- “Black English”də - “I gonna visit him.”
Afro- Amerikan ingiliscəsi və Standart ingilis dili arasındakı digər bir fərq onların leksik tərkiblərindədir. Afro-Amerikan ingilis dilində standart ingilis dilindən fərqli mənalı sözlər mövcuddur. Məsələn, “kitchen” - boyunun arxasında olan saç [122, s.49].
“Sheila needs to comb her kitchen, because it’s looking kinda rough” [122, s.49].
“Black English” Kaliforniya və San Fransiskoda çox məşhurdur. Bunun da tarixi XIX əsr qızıl mədənlərinə, sonralar isə kənd təsərrüfatının inkişafı dövrünə təsadüf edir. Uzun illər bu ərazilərdə qara dərili əhalinin ucuz işçi qüvvəsindən istifadə olunmuşdur. Bundan savayı Afro-Amerikan ingiliscəsində bəzi qrammatik dəyişikliklərə də rast gəlmək olar. Məsələn: “is” və “are” köməkçi feilləri cümlələrdə bəzən istifadə edilmir. Məsələn:
“He Ө reading the newspaper.
Dostları ilə paylaş: |