Gerrymander (1812)
Gold fever (1847)
Bloomers (1851)
Filibuster (1853)
Pay dirt (1856)
Boysin blue (1866)
Nickelodeon (1888)
Stogy (1893)” [160]
Bizim əsrin Amerikası aşağıda xronoloji ardıcıllıqla verilmiş XX əsr amerikanizmləri ilə əks olunur:
“Big stick Superhighway
Sundae Auto Court
Rotarian Technicolor
Liberty Bond Dixiecrat
Hays Office Stratocruiser
Dust Bowl Dianetics” [135, s.154].
Siyahıda verilmiş hər bir amerikanizm bizə Amerikanın tarixi və Amerika həyatı haqda informasiya verir. Məsələn, “stogy” sözü bizə XIX əsr Konestoga qatarı haqqında məlumat verir. Bu nəqliyyat vasitəsi və onun adı XVII əsrin ortalarından istifadə olunurdu, lakin, 1800-cü ilə qədər Pensilvaniyadan kənarda heç yerdə tanınmırdı. “Conestoga” “Iroquoian” qəbiləsinin adı olub. Sonralar o, öz mənasını dəyişib. Sərnişinlər Konestoqa qatarında səyahətləri boyunca uzun siqar çəkərmişlər və bu siqarları da “conestoga” adlandırarmışlar. Tədricən bu ad qısaldılaraq “stogy” adını almışdır [135, s.156].
“Gerrymander” amerikanizmi uzun illər isim, sonralar isə feil funksiyası daşımışdır. “Gerry” və “salamander” sözlərinin birləşməsindən yaranmışdır. “Gerry” sözü “Continental Congress”in üzvü, Birləşmiş Ştatların vitse-prezidenti, anti-federalist Elbric Gerrinin (Elbridge Gerry) adından götürülmüşdür.
“Filibuster” Britaniya ingiliscəsində qədim termindir. Ən məşhur amerikanizm sayılan “O.K.” prezident sülaləsindən yaranmışdır. Bu termin bütün dillərdə yayılmış və müxtəlif nitq hissələri rolunda istifadə olunur:
“His account was O.K.” - isim
“He did the job O.K.” – zərf
“O.K. this for me.” - xəbər
Bu amerikanizmin yaranması ilə bağlı bir neçə nəzəriyyə və fərziyyə mövcuddur. Bir fərziyyəyə görə “k” hərfi Keokun adından yaranıb. Keokun Sac hindlilərin başçısı olub. O, “Black Hawk” müharibəsi dövründə insanlara yardım edərmiş. Ona “Old Keokun” deyərmişlər. Bir fərziyyəyə görə, “O.K.” bu adın baş hərflərindən götürülüb və “all right” mənasını verir [135, s.160].
Digər bir fərziyyəyə görə “O.K.” biskvit manufakturaçısının adı, Orrins Kendalın adından yaranmışdır. 1840-cı il Mart ayının 30-da Nyu-Yorkun məşhur jurnalı “Nyu-York Herald” “O.K.” termininin mənasını qeyd etmişdir. Jurnalda prezident Andryu Cekson (Andrew Jackson) bir sıra sənədlərə nəzər yetirmiş və onlara “Mark on them O.K.” söyləmişdir. Yəni “all correct!” mənasında verilmişdir. O vaxtdan bəri də bu termin “all right”, “all correct” mənasını saxlamışdır [135, s.161]. Amerikanizm bu gün həm Amerika, həm də İngiltərədə istifadə olunmaqdadır. 1935-ci ildə “London Times” qəzeti bu sözün İngiltərədə söz sırasına qatılmasını elan etmiş və həmin ildə də rəsmi sənədlərdə bu terminin istifadəsi məqbul sayılmışdır. 2 ildən sonra “O.K.” böyük “Oxford English Dictionary” lüğətinə daxil edilmişdir.
Buna bənzər “buncombe” amerikanizmi Amerikanın siyasi həyatından götürülmüşdür. “Bloomer” (bloomer costume, dress) Ameliya Blumerin adı ilə bağlıdır. R. H.Tornton 1912-ci ildə Filadelfiyada çıxan “American Glossary” əsərində belə fikir söyləyirdi: “Ameliya bu geyimi ixtira edən şəxs deyildir, ilk dəfə bu geyimi geyinən şəxs də olmamışdır, hətta, bu geyimin onun adı ilə bağlı olması fikrinə belə qarşı çıxırdı” [135, s.167]. Bu söz ətəyin altından geyinilən və biləklərdən yığılan boş şalvarı təsvir edirdi. Bu geyim növü gimnastika kostyumu kimi müasir dövrdə istifadə olunmaqdadır.
“Brownstone” XIX əsrdə Amerikan ingiliscəsində iqtisadi əhəmiyyət daşıyan tünd-qəhvəyi qumdaşının bir növü idi. Əsasən tikinti materialı kimi istifadə olunurdu. Bu daşla tikilmiş bəzi şəhər evləri hələ də mövcuddurlar. Lakin onları tikən adamların yetirmələri hal-hazırda bina evlərində yaşayırlar. “Brownstone” artıq dövrü keçmiş Amerikan həyatına aiddir. “Nickelodeon” 1908-ci ilə qədər 5 sent dəyərində göstərilən bir şou növü sayılırdı. Lakin, 1908-ci ildə kinomotoqrafiyanın inkişafı cizgi filmlərinin yaranmasına təkan verdi və bu terminin mənası cizgi filmlərinə aid olmağa başladı [135, s.169]. Digər terminlərdən olan “sundae” həm “Oxford English Dictionary”, həm də “The Dictionary of American English” lüğətlərində “Sunday” (bazar günü) sözünün dəyişdirilmiş forması kimi verilir. 1904-cü il Mayın 21-də Nyu-York “Evening Post” qəzetində bu amerikanizm “sundi” kimi verilmişdir [135, s.171].
Amerikanizmlərin Britaniya ingiliscəsinə keçidinin çox hissəsi demək olar ki, kino və televiziyanın payına düşür. Eyni zamanda, amerikan reklamları da amerikanizmlərə yol açan əsas mənbələrdən hesab oluna bilər. Elə bu üsullarla Britaniya “wireless” termini “radio” amerikanizmi ilə əvəz olunmuşdur. Britaniya yazıçılarının da şəxsən ABŞ-a səfərləri amerikanizmlərin yayılmasına gətirib çixarmışdı.
Amerikan ingiliscəsinə bir sıra alınma sözlər də daxil olmuşdur. XIX əsr ərzində qərb tayfalarından Amerikan ingiliscəsinə yeni sözlər daxil olmuşdur: “tepee”-Dakotadan, “Hogan”- Navahodan və s; “cayuse”- at; “chinook”- isti külək; “skookum”-güclü. “Jalap” Meksikadan alınmış sözdür. Orada hazırlanan “xalapan” adlı dərmanın adından götürülmüşdür. Sondakı “n” hərfi spaniardlar tərəfindən salınmış, vaxt keçdikcə isə “x” hərfi “j” hərfi ilə əvəz olunmuşdur. Fransızlardan bir çox sözlər alınmışdır: “butte, chute, coulee, crevasse, depot, lagniappe, shivaree” və s [135, s.172].
Əsrin ilk 70 ilində Amerika ingiliscəsinə aşağıdakı ispan sözləri daxil olmuşdur:
“Mustang, ranch, adobe, senorita, patio, tortilla, lasso, canyon, corral, placer, plaza, sierra, hombre, mesa, serape, padre, eldorado, adios, rodeo” və s. “Rumba” termini Afrika mənşəli olmasına baxmayaraq Amerikan ingiliscəsinə kubalı ispanlardan keçmiş, “samba” isə qara dərili əhalinin rəqs növü olmasına baxmayaraq braziliyalı portuqallardan keçmişdir. Bu sözlərin bəziləri İngiltərə dəyişikliyinə məruz qalmışlar. “Adobe”, məsələn, “dobie” ilə əvəz olunmuş, bəzən tam, bəzən isə qısaldılmış formada istifadə olunaraq inşa olunan bina mənasını verir. “Vamo(o)se” ilk dəfə Amerikan ingiliscəsində feil funksiyasında işlənirdi: to vamoose the country.
1848-ci ildə “Nyu-York Mirror” qəzetində işlədilmiş bu söz yalnız 11 il sonra, 1859-cu ildə Britaniya ingiliscəsində öz yerini tutmağa başladı. Bu gün Britaniyada bu söz ispan sözü “vamos” (let’s go) kimi istifadə olunur.
“Hoosegow” meksikan ispancasında “jail” (həbsxana) mənasını verən “juzgado” sözündən formalaşmışdır. İspan “j” hərfi amerikan qarşılığında “h” kimi tələffüz edildiyindən termin tələffüzdə fərqli səslənir. “Sabe” ispanca “sabert” sözünün indiki zaman II və ya III şəxs təkdə işlənən formasıdır. “To know” (bilmək) deməkdir. İlk dəfə olaraq “Scribner’s Magazine” jurnalında 1879-cu ildə “I sabe” kimi işlənmiş və orada slenq kimi verilmişdir. 1870-ci ildə bu söz Bret Harte tərəfindən “savey” kimi və 1875-ci ildə isə yenidən “sabe” kimi istifadə olunmuşdur. Hal-hazırda bu söz “savvy” kimi istifadə olunur və çox guman ki, bu termin fransız “savez (vous?)” ifadəsinin dəyişdirilmiş formasıdır və gərək ki, fransız “savoir” (bilmək) sözündən yaranmışdır [135, s.199].
Digər bir ispan mənşəli “cafeteria” amerikanizmi 1850-ci ilə qədər özünə xidmət göstərən müştəri üçün yeməkxana kimi anlaşılırdı. Sonralar isə bu termin ilkin mənasını itirmiş, daha şox özünə xidmət göstərən müştərilər üçün kafe kimi anlaşılmağa başladı. “Teria” suffiksi isə Amerikanın biznes müəssisələrinə yeni terminlər qazandırmışdır. Məsələn, “washateria”- öz paltarlarını insanın özü yuya biləcəyi çamaşırxana (laundry), “shaveteria”- bərbəri olmayan, özü-özünə xidmət göstərilə bilən bərbərxana (barbers), “bookateria”- özü-özünə xidmət göstərilə bilən kitabxana nəzərdə tutulur [135, s.200].
İspan dili hələ də Meksikada ingilis dilini az bilən və ya heç bilməyən insanlar tərəfindən istifadə olunur. 1941-ci ildə bu ştatın bütün qanunları həm ispan, həm ingilis dilində nəşr olunurdu. Meksika sərhədləri boyunca Amerika ərazilərində də ispan dili hökm sürməkdədir. İspan mənşəli sözlər Colorado, Utah və Nevadaya qədər ərazilərdə istifadə olunmaqdadır [135, s.203].
XIX əsrdə Avropanın bir çox yerlərindən bu ölkəyə çox sayda insanlar gəlmişdilər. Şimali İrlandiyadan XVIII əsrin ortalarından 1.5 milyon katolik irland Amerikaya köç etməyə başladılar. 1848-ci ildə Almaniyada inqilab nəticəsində çox sayda Alman bura köç etməyə başladı. Onların əksəriyyəti orta Atlantik və qərb sahillərdəki fermer sahələrini zəbt etdilər. Milyondan çox skandinaviyalı əsrin son illərində Mississipi dərəsi boyunca məskən saldılar. 1880-ci illərdə isə bu ölkəyə çox sayda rus gəlməyə başladı. 1890-cı illərdə bir çox slavyan xalqları bu ölkəyə maraq göstərirdi. 1901-1905-ci illərdə İtaliya və Rusiyadan bura insanlar köçürdü. Köç etmiş insanların yeganə ambisiyaları amerikanlaşmaq idi. Hətta onlar adlarında dəyişiklik edir, onları amerikanlaşdırırdılar. Məsələn, Czekaj- Curtis olmuş, Rabinovitch- Robbins, Müller- Miller olmuş və s. Almanlardan əsasən 2 söz – “semester” və “seminar” sözləri amerikan ingiliscəsinə keçmişdir.
Amerikada “boot” sözünün əvəzinə işlənən “shoe” sözü, guman ki, alman “schuh” sözünün, “dump” (stupid) isə alman “dumm” sözünün dəyişdirilmiş formasıdır.
Amerikan ingiliscəsində işlənən yeməklə bağlı əksər sözlər alman dilindən götürülmüşdür: “biergarten (beergarden), delicatessen, hamburger, pretzel, schnitzel” və s.
“Hot-dog” alman “hot dachshund” ifadəsindən götürülmüş və bu ifadəni Leo L. Rokvel özünün “Older German Loan-Words in American English” (1945) əsərində qeyd etmişdir [135, s.208].
“Borsch” amerikanizmi isə rus dilindən – “борщ” sözündən götürülmüşdür.
Amerikada kifayət qədər skandinaviyalılar olmasına baxmayaraq, Amerika ingiliscəsində çox sayda skandinav sözləri mövcud deyil. Bəzi skandinav mənşəli sözlər Minesota ştatı və onun ətraf bölgələrində işlənməkdədir.
İtalyan dilindən keçmiş “macaroni” ilk dəfə 1807-ci ildə tanınmağa başlamışdır. “Chaw” sözü çinlilərin picin dilindən Amerikaya gətirilmiş və slenq kimi ərzaq mənasını verir.
İ.V.Arnold öz “The English Word” əsərində alınma sözlərin bu cür izahını verir: “Alınma söz- başqa dillərdən götürülmüş, ingilis dilinin standartlarına görə məna, tələffüz və yazı baxımından dəyişik olan sözlərdir” [93, s.252].
XX əsrdə texnologiyanın inkişafı, siyasi, sosial həyatda baş verən dəyişikliklər bir sıra beynəlxalq sözlərin də artmasına səbəb olmuşdur. Elm sahəsində inkişaf aşağıdakı sözlərin ingilis dilinin lüğət fonduna daxil olması ilə nəticələndi: “antenna, antibiotic, genetic code, automation, Bolshevik, vodka, sputnik” və s.
Elm və sənayedə olan inkişaf, yeni ixtiralar külli miqdarda yeni sözlərin (neologizmlərin) yaranmasına səbəb oldu. Həmçinin, köhnə mənalı sözlər öz yeni mənaları ilə istifadə olunmağa başlamışdır. Məsələn, “aerobic, black hole, computer, feedback, pulsar, supermarket” və s [104, s.218].
Amerika ingiliscəsinin “mixing bowl” adlandırılması da məhz bu səbəbdəndir. Ölkənin bir ştatında yaşayanın digər ştatda yaşayan insanın dilini anlamaması da məhz dildə külli miqdarda alınma sözlərin olması səbəbidir. Amerika ingiliscəsini Britaniya ingiliscəsindən fərqləndirən ən başlıca səbəblərdən biri Amerikada çox sayda fərqli xalqların yaşaması, bu xalqların dillərindən alınma sözlər və bu insanların sözləri fərqli şəkildə tələffüz etmələridir.
Amerikada ingilis dilinin inkişafı ən çox lüğət tərkibinin inkişafında hiss olunmaqdadır. Amerikan və Britaniya dilçiliyində fərqlərin olmasına baxmayaraq Amerika tələffüzündə amerikan köklərinə bağlanan çox sayda xüsusiyyətlər mövcuddur. Müasir dövrdə Amerika ingiliscəsi Britaniya ingiliscəsinə o dərəcədə təsir edir ki, hətta, H.L. Menken öz “The American Language”(1936) əsərində qeyd edir: “Britaniya ingiliscəsi Amerika ingiliscəsinə bənzəməyə başlamışdır. Bir müddət sonra bir britaniyalı ingilis dilində danışarkən sanki Amerikanın bir dialekt növündən istifadə etdiyini düşünəcəkdir” [121, s.234].
Bu, doğrudan da həqiqətdir ki, bir çox amerikanizmlər artıq İngiltərədə istifadə olunmaqdadır. Keçid kifayət qədər əvvəl, hətta film və radiodan yayılan sözlərdən də əvvəl başlamışdır. Heç şübhəsiz ki, Britaniya ingiliscəsinin zənginləşməsində film və radio şirkətlərinin də rolu əvəzedilməzdir.
Amerika ingiliscəsində, həmçinin, Britaniya sözləri yer almaqdadır: “shop, dressing gown, dinner jacket” və s. Bu kimi sözlər britisizmlər adlana bilər. Amerikada çox sayda britisizmlərin istifadə olunduğunu görə bilərik.
Bu iki dilin lüğət fondu və idiomları arasındakı fərq bir çox ingilis yazıçılarını da öz əsərlərində Amerika nitqini təsvir etmələrində çətinlik qarşısında qoyur. Əsas çətinlik söz seçimində və müxtəlif obyektlərin adlandırılmasında meydana çıxır.
“Dressing gown” sözü əvvəllər “bathrobe” kimi daha çox tanınırdı. Qalın geyim növü əvvəllər soyuq havada istilik vermək üçün geyinilirdi. Sonralar amerikan qadınları öz evlərinin daim isti olması ilə əlaqəli bu xalatların daha nazik parçadan olanlarını, yəni ipək parçalı xalatları geyinməyə başladılar. Beləcə əvvəlki adından fərqli, yeni mənalı söz yarandı [135, s.223].
Dəbdə olan dəyişiklik Britaniya “boot” və Amerikan “shoe” arasındakı fərqi meydana çıxardı. Amerikalılar “boot” sözünü ancaq əsgərlərə, polis işçilərinə və yanğınsöndürənlərə aid edir, onu dəbdən geri qalmış bir ayaq geyimi hesab edirdilər. Bu gün həm Britaniya həm də Amerika termini sayılan “shoe” (ayaqqabı) hər 2 ölkənin şəhərlərində insanlar tərəfindən geyinilən ayaq geyimini ifadə edir.
Sözlərdə olan digər fərqliliklər Britaniya və Amerika dilçilərinin böyük marağına səbəb olmuşdur. Amerikada “elevator” adında söz İngiltərədə “lift” kimi tanınır. Amerikada köhnə dəblə geyinən kişilər “pants” adlandırdıqları şalvarlarını “suspenders” adlandırdıqları çəkicilərlə yuxarıya doğru çəkib saxlayırdılarsa İngiltərədə kişilər öz şalvarlarını “trousers” adlandırır, çəkicini isə “braces” adlandırır. “Suspenders” sözünü isə corab dartan mənasında istifadə edirlər.
Bildiyimiz kimi, Amerika ingiliscəsi qədim Britaniya ingiliscəsinə aid olan sözləri özündə qoruyub saxlamışdır. Qədim sözlər Amerika yolu ilə yenidən Britaniya ingiliscəsinə qayıtmışdır. Bir çox britisizmlər Birləşmiş Ştatların müəyyən hissələrində geniş işləndikləri halda bəzi yerlərdə, məsələn, Çikaqo, Omaha və ya Los-Ancalesdə tanınmırlar. Amerikanın əksər yerlərində insanların gəzə biləcəyi yol kənarı səki anlamında işləndiyi halda, böyük və iri mədəniyyət və ticarət mərkəzi hesab olunan Filadelfiyada bu söz Britaniya ingiliscəsindəki kimi - “pavement” kimi işlədilir.
Başqa bir nümunəyə nəzər yetirək: “mailman” Amerikada “postman” (poçtalyon) adlanan sözlə ifadə olunur. Fakt isə budur ki, bu gün əksər amerikalılar “mailman” əvəzinə “postman” istifadə edirlər. Məsələn, Holliwood Ceyms M. Çeynin əsəri əsasında çəkilmiş “The Postman Always Rings Twise” filmində “postman” sözünün amerikalılar tərəfindən çox istifadə olunması təsdiqini tapır.
Amerikada heç vaxt istifadə olunmayan Britaniya ingiliscəsinə məxsus sözlər vardır. Onların bəziləri Amerikada anlaşılmır. “Perambulator” qisaldılmış “pram” forması ilə bizə ingilis dilli kitablardan tanış olan bir sözdür (qızdırıcı). Amerikalılar bu sözün əvəzinə “water heater” və ya “geyser” sözlərini daha çox istifadə edirlər. “Chemist’s shop” Amerikada işlənən “drug store” sözünün ekvivalenti sayılır və təmamilə britisizm hesab olunur. Bu söz Amerikada çox yaxşı anlaşılır, lakin, hər kəs tərəfindən istifadə olunmur. Bu kimi sözlərə, yəni Amerikada anlaşılan, lakin, heç kəs tərəfindən istifadə olunmayan sözlərə aşağıdakıları nümunə gətirmək olar:
“Draughts (Br) - checkers (Am)
Dostları ilə paylaş: |