Ministry of Education of the Azerbaijan Republic Xəzər Universiteti Khazar University Magistratura, Doktorantura və Elmi İşlər Bölməsi Division of Graduate Studies and Research


Azərbaycan ədəbiyyatında maarifçi-realizm mərhələsi. İlkin maarifçilər



Yüklə 67,37 Kb.
səhifə14/59
tarix10.01.2022
ölçüsü67,37 Kb.
#106766
1   ...   10   11   12   13   14   15   16   17   ...   59
Azərbaycan ədəbiyyatında maarifçi-realizm mərhələsi. İlkin maarifçilər.

Maarifçilik ideoloji hərəkatı bəşər siyasi, ictimai, fəlsəfi, elmi, mədəni və ədəbi fikir tarixinin çox mühüm, zəngin və əlamətdar mərhələlərindən biri kimi. Maarifçilik ideologiyasının təşəkkül tarixi.

Azərbaycan maarifçiliyinin səciyyəvi cəhətləri. İlkin maarifçilər. XIX əsrin otuzuncu illərindən Azərbaycanda formalaşan maarifçilik hərəkatının Qərb maarifçiliyi ilə oxşar və fərqli cəhətləri. İlkin maarifçiliyin əsas xüsusiyyətləri.

A.Bakıxanov erkən maarifçiliyin nümayəndələrindən biri kimi. “Kitabi-əsgəriyyə”, “Təhzibül-əxlaq”, “Mişkatül-ənvar” və s. kimi əsərlərində nadanlıq, cəhalət, gerilik əleyhinə çıxması, elmi, maarifi, insan ağlını yüksək qiymətləndirməsi, insanın sinfi mənsubiyyətinə görə deyil, şəxsi ləyaqətinə görə qiymətləndirilməsi fikrini müdafiə, zalım, despotik şahları, feodal hakimlərini tənqid etməsi.

Milli bədii nəsrimizin banilərindən biri kimi tanınan İsmayıl bəy Qutqaşınlı erkən maarifçiliyin nümayəndəsi kimi. “Rəşid bəy və Səadət xanım” əsərində orta əsr feodal adət-ənənələrinin, köhnəlik, mühafizəkarlığın tənqidi, qadın əsarəti əleyhinə mübarizə, azad sevgi, qarşılıqlı məhəbbət əsasında ailə qurmaq, yeni insan münasibətləri ideyasının təbliği.

Klassik poeziya üslubunu yeni yaradıcılıq uğurları ilə davam etdirən Mirzə Şəfi Vazehin “Nəğmələr”ə daxil edilən ictimai məzmunlu əsərlərində qadın hüquqsuzluğu, zülm, istibdad əleyhinə mülahizələri. Şeirlərinin taleyi, aşiqanə parçaları, tərcümeyi-hal xarakterli şeirləri, mənsur miniatürləri. “Məktubun intizarında” adlı epik-lirik poeması.



Yüklə 67,37 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin