Cəlil Məmmədquluzadə(1869-1932)böyük demokrat və ədib kimi.
Cəlil Məmmədquluzadənin ilk təhsil illəri və müəllimlik fəaliyyəti. Ədəbiyyata və mətbuata gəlişi. Cəlil Məmmədquluzadənin yaradıcılıq irsinin mövzu, ideya-sənətkarlıq, üslub, obrazlar qalereyası baxımından geniş və çoxçeşidli olması. Cəlil Məmmədquluzadənin ictimai mətləbləri ifadə etmək üçün satirik üsluba müraciət etməsi. Yazıçının bədii nəsrinin böyük bədii ümumiləşdirmə və tipikləşdirmə qüvvəsinə malik olması. Görkəmli ədibin qələmə aldığı "Danabaş kəndinin əhvalatları” əsərinin Azərbaycan ədəbiyyatı tarixində yeni bədii nəsrin ilk və sanballı nümunəsi olması.
Cəlil Məmmədquluzadənin milli dramaturgiya tariximizdə mühüm yer tutması. Onun müxtəlif mövzulu pyeslərinin forma və məzmun xüsusiyyətləri. Dram əsərlərinin estetik səciyyəsi və bədii kamilliyi. “Ölülər” əsərində əsas tənqid hədəflərinin xurafat, nadanlıq, mövhumat dələduzlarının olması. Dram yaradıcılığında milli ruhun, ana dilinin müqəddəsliyi probleminin təbliğ olunması. Böyük dramaturqun yaradıcılığında “ağıldan bəla” fenomeni. Cəlil Məmmədquluzadənin kiçik həcmli dram əsərləri. Cəlil Məmmədquluzadə naşir və publisist kimi. Jurnalda demokratiya və azadlıq ideyalarının təbliğ olunması.
Dostları ilə paylaş: |