On beşinci fəsil: Sıxıntıdan sonra qələbə 217
Sürgündən öncə dini fəaliyyətlərlə bağlı bəzi tapşırıqlardan ötrü Tehrana gedib-gəlirdim. Tehranda da gediləsi yer çox olduğuna görə şəxsi avtomobil lazım olurdu. Bizim mübariz və ixlaslı qardaşlardan olan Hacı Sadiq İslami təklif etdi ki, Tehrana gedəndə onun qohumlarından olan Hacı Əhməd Qədirianın avtomobilindən istifadə edim. Mən də qəbul etdim. Hacı Sadiq İslam Respublikası Partiyasının iqamətgahı münafiqlər tərəfindən partladılanda şəhadətə qovuşdu. Başda Seyid Məhəmməd Hüseyni Behişti olmaqla İslam hərəkatının əsas fiqurlarından və dəyərli inqilab şəxsiyyətlərindən bəzisi həmin faciədə həyatlarını itirdilər. Hacı Əhməd Qədirian inqilabdan qabaq bizneslə məşğul idi, inqilabdan sonra isə bütün var-dövlətini və biznesini tərk edib dövlət və inqilab qurumlarında xidmətə başladı. 217
Şəhid Sadiq İslami (1932-1981) Pəhləvi hakimiyyəti əleyhinə mübarizə aparan aktivistlərdən və İslam ittifaqı heyətlərinin banilərindən idi. Mübarizə dövründə dəfələrlə həbs olunmuşdu. İnqilabdan sonra İslam Respublikası Partiyasının Ali Şurasının üzvü və Ticarət nazirinin müavini kimi fəaliyyət göstərmişdi. O, sözügedən partiyanın iqamətgahındakı partlayış zamanı şəhadətə qovuşdu. 217
Əhməd Qədirian (1934-2012) Pəhləvi rejiminə qarşı mübarizlərdən və İslam ittifaqı heyətlərinin üzvlərindən idi. Maddi imkanı yaxşı olduğuna görə tağut əleyhinə mübarizəyə maddi dəstək verirdi. İnqilabdan sonra prokurorluqda Şəhid Lacivərdinin müavini oldu, ondan sonra vəfatına qədər inqilab rəhbərinin ofisində fəaliyyət göstərdi və müxtəlif şəraitlərdə İslam Respublikası yolunda sadiqliyini sübuta yetirdi. 217
O, 2012-ci ildə dünyasını dəyişdi. 218
Hər dəfə Tehrana çatanda avtomobili almaq üçün Hacı Qədiriana zəng vururdum, özü, ya da oğlu avtomobili gətirirdi və bir-iki həftə ondan istifadə edirdim. Tehrandan qayıdanda da hava limanının və ya dəmiryol vağzalının duracağına qoyur, açarı təkərin altında gizlədir və telefonla söyləyirdim ki, gəlib maşını götürsün. Hacı Qədirianın bir neçə avtomobili vardı, Tehranda mənə verdiyi Pejo 404 minik avtomobili idi. İnqilabdan sonra dünyəvi işini buraxıb İslam inqilabına xidmət edən və Allahla alış-verişə başlayan çoxlu adamlardan biri də o idi. Əlbəttə, inqilabdan özünə qazanc mənbəyi kimi istifadə edənlər də az deyil. 218
İranşəhrdə müxtəlif yerlərə getmək və Zahidan hava limanı ilə əlaqə saxlamaq üçün də avtomobilə ehtiyacım vardı. Məni görməyə gələn hər bir qohumumu qarşılamaq üçün bəluc paltarı ilə hava limanına gedirdim. Bu geyim üz və saqqalıma uyğun gəlirdi. İranşəhrdən çıxmağım qadağan olunduğuna görə bəluc paltarını geyinirdim. Həmin paltar indi də durur, hərdən geyinirəm. 218
Bu səbəbdən Hacı Qədirianla əlaqə saxlayıb dedim ki, əgər İranşəhri də Tehran qədər əhəmiyyətli bilirsizsə, mənə bir maşın göndərin. Bir neçə gündən sonra bir nəfər gəlib soruşdu ki, siz Xameneisiz? Dedim ki, bəli. Dedi ki, sizə bir maşın gətirmişəm. Mənə bir Pejo 404 avtomobili göstərdi. Ona dedim ki, bunu ağa Qədirian göndərib? Dedi ki, bəli. Dedim: “Onun avtomobilləri adətən, SUV olurdu”. Dedi ki, bilmirəm, mənə bu avtomobili sizə təhvil vermək tapşırılıb. 218
Təmiz və təzə maşın idi, İranşəhr və Ciroftda ondan istifadə etdim. Sürgündən sonra onu bir nəfərə tapşırıb dedim ki, Qədiriana aparsın. İsti yerlərdə və kələ-kötür yollarda sürüldüyünə görə bərbad vəziyyətə düşmüşdü. Tehrana gedəndən bir müddət sonra bir nəfər həmin avtomobili gətirib mənə verdi. Maşın təmir edilmiş, təmizlənmiş və yeni avtomobilə çevrilmişdi. Ona dedim ki, bu nədir? Dedi: “Bu, sizin maşınınızdır. Qədirian onu əvvəldən sizin üçün alıb”. Bu, gözlənilməz oldu. Dedim: “Nə üçün əvvəldən demirdi? Ən azı, təmir və təmizlik işlərini onun boynuna qoymazdım”. 219
Maşın məndə qaldı. İnqilabdan sonra təhlükəsizlik tədbirlərinə görə Mühafizəçilər korpusunun verdiyi xüsusi avtomobilə minirdim. Həmin maşına ehtiyac olmadığını görüb ucuz qiymətə satdım. O zaman maşın ucuz idi. Sonra beş-altı dəfə satılıb-alındı. Nəhayət, 2-3 il öncə qardaşların biri onu alıb təmizlədi və mənə qaytardı. Maşın indi də məndədir. 219
Yeni sürgün yerinə getmək mövzusuna qayıdıram. Polislər öz avtomobilimlə getməyə razı olandan sonra sükanın arxasına keçdim. O zaman qaynım ağa Həsən Xocəstə - ona Həsən ağa deyirdik - bir neçə gün idi bizim yanımıza gəlmişdi. O da yanımda oturdu. O mənim Yəzd, Şiraz və digər bölgələrə sürgün olunanlara məktub və müraciətlərimi aparmaq, onların cavablarını gətirmək üçün İranşəhrə gəlib-gedirdi. Onunla birlikdə Əsğər Purməhəmmədi də bu işlə məşğul idi. Arxa oturacaqda əllərində qədim böyük tüfənglərdən olan iki polis oturdu. Köhnə bir polis maşını da özünü güclə bizim arxamızca sürüməyə başladı. Əvvəldə dedilər ki, polis maşınının arxasınca sürüm. Bir qədər sonra fikirləri dəyişdi və önə keçməyimi məsləhət gördülər. Onlar nə edəcəklərini bilmirdilər; bəzən önə keçirdilər, bəzən geri qalırdılar. 219
Yolda mənim maşınımda problem yarandı, radiatorun suyu qaynadı. Buna görə tez-tez dayanmağa məcbur olurdum, onlar isə israrla yola davam etməmi söyləyirdilər. İranşəhr-Ciroft yolunda yerləşən Bəm şəhərinə çatmazdan qabaq radiatoru su ilə doldurub tez Bəmə yola düşdüm ki, məsafəni azaldım və isti havada su saxlamayan avtomobildən xilas olum. Polis avtomobili arxadan bir neçə dəfə işarə verib dayanmağımı əmr etdi, mənsə məhəl qoymadım. Maşındakı iki polis sonradan polis avtomobilindən uzaqlaşdığımı görüb etiraz etdilər. Mən yenə fikir verməyib dedim: “Polis bölməsinə gedirik, orada bizə çatacaqlar”. Biz bölməyə çatdıq, onlar da əzab-əziyyətdən sonra yorğun halda gəldilər. 220
Hava isti və mən olduqca yorğun idim. Gördüm ki, bölmənin giriş qapısının yanında bir otaqda ikimərtəbəli çarpayılar var. Həsən ağaya dedim ki, Hacı Siddiqinin yanına get və ona polis bölməsində olduğumu söylə. Hacı Siddiqi Bəmdə yaşayan yəzdli bir gənc idi, böyük yük avtomobli sürürdü və sürgün olunmuşlara əlindən gələn yaxşılığı edirdi. Bir qrupla birgə İranşəhrə bizi görməyə də gəlirdi. 220
İcazə almadan otağa girdim, çarpayıların birinə uzanıb dərin yuxuya getdim. Əlbəttə, çox yata bilmədim, çünki bizim yəzdli qardaşımız xoşgəldin deməyə gəldi. Ona dedim: “Maşınım xarab olub, Cirofta qədər də uzun yol var. Yol dağlardan keçir, kələ-kötürlü və ensizdir. Bəzi yerlərində yalnız bir avtomobil keçə bilir (həmin yol İslam Respublikası dövründə yaxşı yollardan birinə çevrildi). İmkan olsa, bizi öz maşınınla apar, mənim maşınımı da burada təmirə qoy”. Dedi ki, gözlərim üstə. Gedib maşınını gətirdi. Kiçik bir minik avtomobili vardı. 220
Hacı Siddiqi sükanın arxasına keçdi, mən də yanında oturdum. Həsən iki polislə birgə arxada oturdu. Əlavə üç polis də öz maşınları ilə arxamızdan gəlirdilər. Günortaya yaxın bir çayxanaya çatdıq. Çayxana sıx ağaclarla örtülmüş gözəl bir kənddə yerləşirdi. Sərin havası, dadlı suyu vardı. Həmin yolla gedib-gələnlər orada istirahət edir, yemək yeyirdilər. 221
Maşından endik. Mən çayxanaya doğru getdim, ikisi mülki, qalanı isə polis geyimində olan səfər yoldaşlarım da arxamca gəldilər. Dəstamaz yerini soruşdum. Çayxananın arxasında bir yeri göstərdilər. Gördüm ki, gözəl bir bağdır. Dəstəmaz alıb yoldaşlarıma dedim ki, gəlin burada namaz qılaq. Adətən, polislər bu təklifə etiraz edirdilər. Çünki göz önündə olan açıq bir yer idi. Lakin bu, sonradan yadlarına düşdü. 221
Camaat namazına başlayan kimi kənd əhalisinin diqqəti bizə yönəldi. Camaat, xüsusən də kəndlilər seyidləri, ruhaniləri, məzlumları və ozamankı hakimiyyətin müxaliflərini sevirdilər. Mənim qara əmmaməmdən, ruhani geyimimdən və tağut polislərinin arxamda dayanmalarından bütün bunlar bəlli olurdu. Namazı bitirəndən sonra gördüm ki, kəndlilər yolun kənarına toplaşıb təəccüblə bizə baxırlar. 221
Nahardan sonra polislərə dedim ki, bir qədər istirahət etmək istəyirəm. Məni yolu davam etdirməyə razılaşdırmağa çalışdılar, amma qəbul etmədim. Adətən, istəklərimlə razılaşırdılar. Çünki əvvəla, aramızda münasibət yaranmışdı, ikincisi də onların əmrlərinə tabe olmadığımı görmüşdülər. Bu baxımdan, qəbul etdilər. Mən yatdım, polislər də ətrafımda dayandılar. 221
Qısa istirahətdən sonra ayağa qalxıb getməyə hazırlaşdıq. Avtomobilə yaxınlaşanda gördük ki, onlarla insan maşını dövrəyə alıb ucadan salavat deyir. Onlara salam verib təşəkkürümü bildirdim. Polislər qorxuya düşdülər. Pis vəziyyətdə olduqlarına görə onlara yazığım gəldi. Avtomobilə minib Cirofta yola düşdük. Xalqımızın kimliyini göstərən bu rəftar mənə çox müsbət təsir etdi. 222
Cirofta çatdıq. Deyilənlərə görə, Ciroft əslində, böyük bir bağ imiş, sonradan orada evlər, mağazalar tikib, yollar çəkiblər. Havası İranşəhr kimi istidir, amma rütubətli və müxtəlif həşəratlarla doludur. İranşəhrin havası isə qurudur və orada həşərat olmur. 222
Məni polis bölməsinə apardılar. Dar bir bina idi, işçilər evlərinə getmişdilər. Dedilər ki, oturub polislərin qayıtmasını gözləyim. Cavab verdim ki, burada qala bilmərəm, yaxşısı budur, binadan bayırda oturum. Əbamı bölmənin qarşısındakı xiyabanın kənarına sərdim. Xiyaban sakit idi, məni polis bölməsinin qarşısında görüb təəccüblənən bəzi piyadalardan başqa heç kim yox idi. Həsən qardaşı göndərdim ki, Rəbbani Əmləşinin evinin yerini öyrənsin. O məndən iki ay qabaq oraya sürgün olunmuşdu. Bilirdim ki, bir ev kirayələyib və ailəsini gətirib. 222
Rəbbani Əmləşi ilə münasibətim 1957-ci ildən başlayıb. Onu ilk dəfə Kərbəlada Haşimi Rəfsəncaninin yanında görmüşdüm. Sonra aramızda yaxın dostluq yarandı, həm də iki il dərs yoldaşı olduq. 222
Dostları ilə paylaş: |