Moda dəyərinin strukturunun tədqiqi”


Geyimin layihələndirilməsi və bədii sistem növləri



Yüklə 6,8 Mb.
səhifə30/36
tarix10.01.2022
ölçüsü6,8 Mb.
#107753
1   ...   26   27   28   29   30   31   32   33   ...   36
3.2. Geyimin layihələndirilməsi və bədii sistem növləri
Geyimin layihələndirilməsi deyildiyi zaman ilk ağıla onun sistem şəkilinə salınması gəlir. Və bədii sistemə modellərin yerləşdirilməsi. Bu səbəbdən qruplara ayirmaq olar:

1.Monosistem (bədii sistem)

2.Komplekt

3.Ansambl

4.Ailə

5.Kolleksiya



Monosistem əsasən tikiş sahəsində texnoloji proseslərin ixtisaslaşması prosesindən irəli gəlir. Bura aid olan hər hansı bir sahə üçün nəzərdə tutaln kostyumun tərkibinə aid olan müəyyən fərqli məlumatların istehsalı aiddir. Avtonom bədii sistemində isə yalnız bir istiqamətdə istehsal oluna bilər məmulat (məsələn, yalnız uşaq formaları, yalnız qadın üst geyimləri). Burada modelyerin üzərinə düşən öhdəlik çeşidli geyim eskizləri verməkdir.

Komplekt bədii sistemi geyimin layihələndirilməsində geniş sahə təşkil edir. Komplekt latın sözü olub “tam” deməkdir. Hər hansı bir geyim dəstini tamamlayan və onunla bütövlük təşkil edən digər əşyadır. Bu zaman komplekt formaya salınır yəni tamamlanır. Misal olaraq qış komplektinə aid edilən bilən geyim və aksesuarlar bunlardır: jilet, palto, ətək, şalvar, baş geyimi yəni papaq, kəmər, əlcək, çanta və b.

Bəzi müəssisələr var ki onlar yalnız komplekt hissələri istehsal edirlər. Komplekt hissələrin istehsalında ən çox nəzərə işdəki uyğunluğu nəzərə çarpır.Hissələr arasında əlaqə yaratmaq üçün bəzən hər hansı bir xətt, rəng və yaxud bəzəkdən istifadə olunur.

Ansambl geyim layihəsində demək olar ən mürəkkəb pillədir. Ansambl sözu fransızcadan tərcümədə “birlikdə” deməkdir. Hər hansı bir geyimdə ansambl ideyaya uyğun olaraq əşyaların toplusudur. Ansamblda geyimlər bir – birilərinə tabe olunmuş formada olurlar. Ansamblda hər hansı bir dəyişiklik etmək yəni nə isə əlavə etmək və ya ansambldan çıxarmaq olmaz. Əsasən ansamblda baş rolda geyim olur. Lakin bu vəzyət həmişə bu cür olmur. Məsələn geyimdə ansamblın mərkəzi bəzək əşyası, çanta da ola bilər. Hər şeydən öncə ansamblda uyğunluq əlaqəsi olmalıdır. Ansambl bədii sistemində ilk öncə modelyer – rəssamın zövqü , yaradıcılığı geyimdə özünü tamlıqla biruzə verir.

Ailə bədii sistemində modelyer – rəssam ailə modeli formasına uyğun kompozisiyanın konstruktiv həllini tapır. Bu istiqamətdə də işləyir. Burada yalnız modelləşmə əsas götürülmür. Fikir verilən digər məqamlar isə onun həcmi, keyfiyyəti və məhsuldarlığı olur. Sifarişçi modelyerin ona təqdim etdiklərinə baxaraq qiymətləndirmə edir. Fikir verilən əsas məqamlar isə bunlardır: modelin hazırlanmasında maddi və əmək sərfi, kütləvi istehsalda rolu.

Kolleksiya bədii sistemi isə modelyer – rəssamın yaratdığı yeni bir ideyaların uzunluğu, inkişafı və əlaqəsi ilə yaradılıb ortaya çıxarılır. Kolleksiya sözü latın dilindən tərcümə edilib mənası isə “toplu” deməkdir. Burada fərqli lakin həmcins əşyaların toplusudur. Kolleksiyada ən çox fikir verilən əlamətlər bunlardır: rəng uyğunluğu, quruluş, forma və kostryksiyada tip və obraz vəhdəti.

Kolleksiyanı geyimdə daha aydın göstərmək üçün öz kolleksiyamdan bəhs etmək istərdim. Kolleksiyanın adı “Kontrast” dır. İlk öncə təqdimata hazırlanan kolleksiyanın reklamı yəni afişası hazırlanmalıdır (şəkil 3.2.).

Bu kolleksiyanın digərlərindən fərqli göstərən verilən fərqli eskizdi. Yəni bu cür izah etmək olar ki, bərbəzəklik və geyimlərdə istifadə olunan bəzi dekorativ bəzəklər artıq sıradan çıxmağa başlamışdır. Düşünülmüş forma və kəsimlər düşünürəm ki, bu kolleksiyanı özünəuyğunluğunu tamlıqla göstərir. Dövrün tələblərinə və podium üçün maraq kəsb edən bu kolleksiya artıq fərqliliyin gündəmdə olduğunun baris nümunəsidir. Hər bir kolleksiya kimi “Kontrast” adı ilə də fərqlənir.

Bu kolleksiyanın digərlərindən fərqli göstərən verilən fərqli eskizdi. Yəni bu cür izah etmək olar ki, bərbəzəklik və geyimlərdə istifadə olunan bəzi dekorativ bəzəklər artıq sıradan çıxmağa başlamışdır. Düşünülmüş forma və kəsimlər düşünürəm ki, bu kolleksiyanı özünəuyğunluğunu tamlıqla göstərir. Dövrün tələblərinə və podium üçün maraq kəsb edən bu kolleksiya artıq fərqliliyin gündəmdə olduğunun baris nümunəsidir. Hər bir kolleksiya kimi “Kontrast” adı ilə də fərqlənir.


Yüklə 6,8 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin