Şəkil 2.5. Parça nümunəsi (müəllif : İbrahimova İlahə)
X əsrdə artıq toxuculuqda Azərbaycanda inkişaf etməyə başlamışdır. Sənətkarlar satış üçün geyimlər hazırlayırdılar. Geyimlərin materialları pambıq, ipək və yun parçadan olurdu. Azərbaycan hazırlanan geyimlər xarici ölkələrdə çox məşhur idi. Yun paltarlar Gəncədə hazırlanırdı. Üst kişi geyimlərinin böyük bir qismi atlasdan tikilirdi. Naxçıvan məhz bu cur geyimləri və çuxaları ilə tanınırdı.
Hətta Venetsiyalı səyyah belə Azərbaycan haqqında öz dəyərli fikirlərini söyləmişdir. O qeyd etmişdir ki, XIII əsr də qızılı və gümüş saplardan toxunan parçalar insanın gözün oxşayır. Hətta onuda qeyd etmək olar ki, Azərbaycanda adi kiçik mehmanxanalarda belə ipək yataq örtüklərində istifadə edirdilər. İpək parça istehsalı Azərbaycanda olmasına baxmayaraq günümüzə çox az qismdə parça nümunələri gəlib çatmışdır. Onların üzəriləri isə gül – çiçək rəsmləri fantastik heyvan quş mənzərələri ilə bəzədilmişdir. Azərbaycanın bu parça nümunələri xarici ölkələrdə muzeylərdə qorunub saxlanılır.
Parçalarda olan ornamentlər haqqında geniş danışmaq mümkündür. Elmdə olan bütün incəsənət nümunələrinin özünəuyğunluqları vardır. Ornamentlərdə təbiət hadisələrindən götürülüb və bunların qarşılıqlı əlaqələrini əks etdirən qanundur. Bədii təcrübələrin prosesi zamanı kompozisiyanın qanunları meydana gəlir. Ornamentlər nəinki parça üzərində hətta qədimi tikililərin üzərində oyma şəkildə, rəsm əsərlərində, kompozisiyalrın işlənməsində, xalça eskizlərinin qurulmasında istifadə edilir. Ümumiyyətcə ornamentlər yerləşdirilməsinə görə iki hissəyə ayrılır: bərabər və qeyri – bərabər. Bərabər paylaşan ornamentlər əsasən xalçalarda, parçalarda olur. Qeyri – bərabər olan ornamentlər əsasən kompozisiyaları təşkil edir.
Ornamentlər quruluşuna görə bir neçə qrupa bölünür: Gildən hazırlanan əşyalar texniki ornamentlərə aid edilir. Bu qrupa dəzgah vasitəsiylə parça üzərinə vurulan sadə naxışlarda aiddir. Simvolik ornament adından da göründüyü kimi müəyyən əşyanın simvolunu əks etdirir. Misal üçün heyvanların, əmək alətlərinin və s. Ritmikliyi, rəng çalarlarını, təbiətdən götürülmüş motivləri özündə əks etdirən Həndəsi ornamentlərdir. Təbiətdə ilk həndəsi forma olan dairə, günəş, dalğa həmdə ilk həndəsi ornamentlər hesab edilir. Ən fərqli ornament isə bitki ornamentləridir. Hər xalqın özünə məxsus bitki ornamentləri vardır.
Bunlara misal olaraq Yaponiyada payızgülü (xrizantema), Rusiyada çobanyastığı, Hindistanda isə paxlalı bitkilərdən ornament kimi istifadə edirlər. Hərf, mətn formalarını isə kalliqrafik ornamentlər sırasına aid edirlər. Mifoloji təsvirlər isə fantastik ornamentlərin tərkibindədir. Astroloji ornamentlər günəşi, buludu, ulduzu təsvir edir.
Azərbaycanda isə ornament anlayışı olanda ilkin yada düşən BUTAdır. Qədimliyi ilə seçilən buta od mənasını daşıdığı bildirilir. Və buradanda açıq aydın bilinir ki, buta zərdüştlik dövründə yaranıb və dövrümüzə gəlib çatmışdır. Buta digər ornamentlərin şahı hesab edilir. Milliyimizi bildirən buta geyimlərdə, xalçalarda və digər mühitlərdə istifadə olunub. Butanın digər ornamentlər kimi növləri vardır. Məsələn qotazlı buta, küsəyən buta, ana – balalı buta, islimili buta və s.
Digər milli ornamentimiz Xonçadır. Xonça ilk baxışdan dörd yarpağın biri birinə kvadrat şəkildə birləşməsini xatırladır. Xonçada milli geyimlərin üzərində geniş istifadə olunan ornamentlərimizdəndir ( şəkil 2.6.).
Dostları ilə paylaş: |