Şəkil 2.2. X – XI əsrin qadın kostyumu
XII əsrdə geyimlərdə yeni biçim yaranmağa başlayırdı. Fərqli biçim həm qadın həm də kişi geyimlərinə aid idi. Qotika XIII əsrdə ən yüksək həddə çatmışdır. Bu dövrdə kostyumlar dəb – dəbəli , harmonik və standart ölçülərə malik olmuşdur. Ansambl formada hazırlanırdı kostyumlar. XIII əsr “biçim inqilab”ı adlandırılırdı. “Burqund” modası XIV əsrdə yeni yaranmış şaxə idi.
Şərq parçalarını geridə qoyan Avropa yüksək keyfiyyətli parça istehsalında artıq öndə idi. XIV – XV əsrlərdə Avropa ölkələrinin parça toxunmasında İtaliya öncəliyini qoruyub saxlayırdı. XIV əsrdə Siciliyada parça toxuyan sənətkarlar Lukka şəhərinə köçməyə başlayırdı. İpəkçilik inkişaf etməyə başlayır və ipəkçiliyin mərkəzinə çevrilirdi. Bu şəhərdə feodollar və saray adamları üçün bahalı ipəkdən hazırlanmış parçalar istehsal olunurdu. Vatikan və Fransa hökmdarlarının geyindikləri parçalar Lukkada toxunurdu. Sifarişlər hətta İngiltərədən də gəlirdi.
Venesiya isə bahalı parça sayılan məxmərin mərkəzi idi. XIV əsrdə Venesiya parçaları Avropada yüksək qiymətləndirilirdi. Məxməri parçalar qızılı və gümüşü saplarla toxunurdu. Üzərində gül naxışlarl ilə bəzdilmiş məxmər parçalar Florensiyada, xırda naxışlı tünd fon isə Genuyada idi. Avropada sənaye yüksəlişi nəticəsində sexlər manufakturaynan əvəz olunur, əmək bölgüsü yaranırdı. Manufakturanın istehsal mərkəzi İtaliya şəhəri idi. Bununla parça istehsalının artırılması başlamışdır. Parça istehsalıynan yanaşı pambıq, yun, ipək manufakturalarda inkişaf edirdi. Q.Veys orta əsrin modasını “qayçıların ağalıq dövrü” adlandırmışdır. Standartdan kənar yəni modaya uyğun tikən dərzilərin əl işləri çox yüksək qiymətləndirilirdi. Bu dövrdə qiymət yalnız parçanın dəyərinə görə deyil modasına görə dəyişirdi. XIV əsrdə dövrə uyğun yeni geyim konstruksiyalarında kəşflər edilirdi. İtaliya kostyumları Avropada artıq günün modasına çevrilmişdir. İtaliyada baş verən klassik yüksəliş nəticəsində modanın cazibədarlığı dirçəlişi dövrünün yaranmasına təkan verdi. Dirçəliş dövründə sərt dini məcburiyyətlər artıq kainatı dərk edən azad insan şəxsiyyətini yaranması idi. Uzun geyimlər vəzisəli şəxslər, sənət adamları, vəkillər və həkimlər tərcih edirdilər. İtalya geyimlərinin hər zaman olduğu kimi bu dövrdə də özünəməxsusluğu ilə seçilirdi. XV – XVI əsrlərdə İtaliyan geyimləri bütün ölkələrdə yayılmağa başladı. Lakin bir müddət sora İspan modası İtaliya kostyumlarını sığışdırıb sıradan çıxarırdı. Artıq İtaliyada kostyumlar deyil krujeva və tikmələr çap olunurdu. Tanınmış rəssam Sezare Veçellio bu cür ornamentləri çəkirdi. Gipyur isə XVI əsrdə yaranır. Lakin İtaliya kostyumda olan güvənini itirməsinə baxmayaraq Avropada cah – cəlal və parça predmetlərinin istehsalı ilə birinci yerdə idi. Almaniya, Niderland və İtaliyada naxışlı parçalar dəbdə idi və geniş yayılmışdır. Möhürlənmiş parçalarda Almaniya bazrında yüksək mövqedə idi. Kətan parçaların üzərinə naxışlar möhürlənirdi. Digər yerlərdə isə taxta üzərində olan məxmər parçalara basma naxışlar vurulurdu. Bu cür parçalar Bryuqtedə və Utrextedə istehsal edilirdi. XVI – XVII əsrlərdə ən bahalı kostyum İtaliya sənətkarlarının krujeva işlədikləri idi.
Dostları ilə paylaş: |