FƏSIL II. MODANIN STRUKTURU VƏ TƏDQİQİ
2.1. Moda ictimai və psixoloji fenomen kimi
Yaşadığımız dövrdə insanlar daha çox və deyərdimki ən diqqət etdikləri şey geyim yəni vizual görüntüdür. Çünki yaşadığımız zamanda kiçikdən böyüyə hər kəs öz modasını hər hansı jurnallarda deyil məhz öz üzərində araşdırır və tətbiq edir. Geyim insanlar arsında yaratdığı ictimai, sosial vaziyyət faktora çevrilmişdir. Moda şüurlu şəkildə deyil, sadəcə geyinmək məqsədi ilə yaranmışdır. Latıncadan tərcümədə məhdudlaşmayan mənasını verir. Modanın məqsədi rahat və faydalı geyim yaratmaq deyil, fərqli özəl görüntü əldə edə bilməkdir. Burada ətraf mühitdən qonumaq kimi məcburiyyət yoxdur. Amma gözəl, cazibəli, insanın şəxsiyyətini özündə əks etdirən – Modadır. Hal – hazırda bir çox maraqlı faktorları birləşdirən , qədim zamanlardan insan üçün təsirli bir məfhumdur. Geyim daha çox insanın bəzi xüsusiyyətlərinidə ətrafa tanıdır.Əslində bu haqda geniş danışmaq mümkündür. Çünki hal-hazırda dövrün ən aktual mövzusu olduğunu hamı bilir.
Qədim zamanlara diqqət yetirsək geyimə olan ehtiyac sadəcə ətrafdan qorunmaq üçün nəzərdə tutulmuşdur. Lakin irəliləyən zaman içərisində geyim tamam başqa məna kəsb etməyə başlayır. İnsanlar geyimi öz şəxsiyyətərini tanıtmaq üçün geyinirdilər. Moda hadisəsi məhz bu zamanlardan yaranmağa başlayırdı. İllər öncə yaranan geyim insanlar arasında surətlə yayılırdı. Lakin nəzərinizə çatdırmaq istərdim ki, həmin zamanlar olan təbəqələşmə hər kəsin bu cür geyinməyinə imkan vermirdi. Başlıca səbəb olaraq tikilən geyimlərin həddindən artıq baha olması idi. Yoxsul əhali hər zaman sıradan geyimi tərcih etməyə məcbur olub. Bu dövrdə yaşayan insanlar üçün gözəlini deyil sadəcə geyim olsun yetərlidir. Moda da bu cür fikir qəbul edilməzdir. Çünki dəb yalnız gözəl geyim axtarışında idi. Yoxsul əhalinin geyindiyi sadə geyimlər artıq tarixə çevrilib. Yalnız kitablarda bu məlumatları oxuya bilərik. Ənənəvi cəmiyyət arasında moda yoxdur. Moda məhz insanlar sayəsində yaradılır dəb də olur və bir müddət sonra aradan qalxır. Demək olar həmişə yüksək təbəqə insanların tərcihi olmuş moda insanların çox az hissəsində fenomen olmuşdur. Elit təbəqəyə aid olmuşdur.
Modanı yalnız geyim təşkil etmir. Şaxələnmə nəticəsində bura ayaqqabı, çanta, aksesuar və digər geyim əşyaları daxildir. Təşkil edilən moda gecələrinə yalnız özəl qonaqlar dəvət olunurdu. Çox bahalı saraylarda təşkil olunan bu cür toplanmalara əlbətdəki çox zaman dəvətsiz insanlar buraxılmırdı. Göstərişli geyimləri üst təbəqənin xanımları öz üzərilərində görmək istəyirdilər. Və artıq bu cür geyimlər çox baha qiymətə satışa çıxarılırdı (şəkil 2.1.).
Dostları ilə paylaş: |