Moda dəyərinin strukturunun tədqiqi”


Şəkil 3.7. Bakı 2014 Moda Festivalı (modelyer: İbrahimova İlahə)



Yüklə 6,8 Mb.
səhifə34/36
tarix10.01.2022
ölçüsü6,8 Mb.
#107753
1   ...   28   29   30   31   32   33   34   35   36
Şəkil 3.7. Bakı 2014 Moda Festivalı (modelyer: İbrahimova İlahə)

Şəkil 3.8. Modelyer İbrahimova İlahə Diplom


3.4 Müasir dövrdə moda dəyərlərinin nizamlanma mexanizmi
Moda da standart fikirlər və obyektlər uzun müddət öz qanunauyğunluğunu qoruyub saxlaya bilir. Bəzən eksponat kimi saxlanılan bəzi geyimlər belə bir müddət sonra dəyişiklik olunaraq geri qaytarılır. Lakin bəzən dəyişiklik tamlıqla olmurdu. Bəzi geyimlər var ki, modanın dəyişməsinə baxmayaraq öz formalarını qoruyub saxlayırlar. Ola bilər ki, dəyişilik olunsun yalnız tam da formasını ümumi görünüşünü dəyişmirdi.

Uossan “yeni məhsulda yeni nədir?” məqaləsini 13 variantda təqdim etdi. Marketinq üzrə mütəxəsis məmulatın bazar satışında öndə omasının altı xassənin aşgarladı.



  1. Satılan məhsulun qiyməti aşağıdırsa

  2. Yeni istifadə üsulu rahatlığı təmin edən

  3. Güvənilirsə , yüksək məhsuldarlıq

  4. Şəraitində asılı olmayaraq əlverişli istifadə edilməsi

  5. Statusun imkanları

  6. Nəzərdə tutlan əlverişlilik

  7. Mürəkkəb üsullardan istifadə

  8. Yeni alətlər ,yeni üsullar

  9. Xeyr sözünü anlamaq

  10. Yüksək qiymət

Üç yeni xassənin bazar inkişafına göstərdiyi təsir. Mədəni iqlimdən asılılığı.

  1. Yeni vizual görüntünün qəbul edilməsi

  2. Yeni təklif olunan xidmətlər

  3. Artıq yeni bazar

14-cü mümkün olmayan xassəni–məmulatın yeni konstruksiyasını bilə-bilə nəzərdən keçirərək onu neytral hesab etmişdir, yəni istehlakçı üçün heç bir əhəmiyyətinin olmadığını qeyd etmişdir. 

Göstərilən təsnifat marketinqin nəzəriyyəsi və təcrübəsində geniş rəğbətlə qəbul edilmişdir. Bəzi seçilən xassələr, əslində bir-birinə uyğun gəlir və ya təkrar edilir (məsələn, 7-ci və 8-ci), digərləri çox güman ki, məmulatların özünə aiddir (məsələn, 13-cü), lakin bütünlükdə o, öz şübhəsiz dolğunluğuna görə maraq oyadır. «Yeniliyin» digər təsnifatı da vardır.

Tədqiqatçı Q.N.Lyubimova yeniliyi dörd dərəcəyə bölür:

1. yeni məmulatlar–yeni təlabatın formalaşdırılması; 



  1. yeni məmulatlar – təlabatın yeni üsulda ödənilməsinin təşəkkül tapması; 

  2. yeniləşdirilmiş məmulatlar – təlabatın ödənilmə üsulunun dəyişməsi; 

  3. yeniləşdirilmiş məmulatlar – təlabatın ödənilmə üsulunun təkmilləşdirilməsi:

Qərb ölkələrinin marketinq üzrə ixtisasçıları arasında, malların yeniliyinə dair aparılan çoxsaylı disskusiyalar nəticəsində, marketinq lüğətindən yeni terminin çıxarılması və onun hər hansı digəri ilə əvəz edilməsi tək lifləri irəli sürülmüşdür. Çox gümanki, yeniliyin müəyyən edilməsi üçün hansısa məmulatın bütünlükdə yaradılma şəraiti, işlənməsi və istehlakının müəyyən edilməsi tələb olunur. Hər halda, yeniliyin müxtəlif görünüşləri şübhə oyadır, ümumiyyətlə yeniliyin dərəcəsi vardır. Yəni standart və obyektlərin kütləvi tanınmasının və qəbul edilməsinin sürəti və miqyası tamamilə müxtəlifdir və bununla belə yeniliyin istehlakçı tərəfindən qəbul edilən bəzi spesifik xassələrindən asılıdır. Bu xassələrin idrakı, müvafiq sahədə əsaslandırılmış proqramların tərtib edilməsinə imkan verə bilər. Yeni – xassələrin sayından asılı olaraq onların yayılma tezliyi və miqyası ilə bağlı innovasiyaların qəbulu və yayılmasına dair aşağıdakılar qəbul edilmişdir: 
1. nisbi iqtisadi və social üstünlüklər; 

2. fəaliyyətdə olan dəyərlərlə istehlakçıların əvvəlki təcrübəsinin uyğunlaşdırılması;

3. yeniliyin (və ya onun dərəcəsinin) çətin dərk edilməsi; 

4. «bölünməsi» (yeniliyin məhdud miqyasda sınaqdan keçirilməsinin mümkünlüyü);

5. «kommunikativliyi» (yəni yeniliyin digər istehlakçılar tərəfindən qiymətləndirilməsi üçün ötürülməsinə kömək edən və ya buna mane olan faktor).

Sosial iqtisadi və mədəni həyatın müxtəlif sahələrində bəzən elə modalı innovasiyalara rast gəlmək olur ki, onlar hər hansı müntəzəmlikdən və daimilikdən təmamilə mərhum olub, birdən– birə öz təsiri ilə insanların geniş kütləsini əhatə edir, eyni zamanda qəbul edilməsi və nə üçün yayılması bəlli olmur. Hələlik hər hansı fərd və ya bir qrup adam öz qəribəlik hisslərinə qapılsa, bunu heç cürə modalı hesab etmək olmaz. Lakin bu təzahür tez bir zamanda çox sayda fərdlər və qruplar arasında yayılarsa və kütləviləşərsə, onda bu «modalı bum» (süni canlanma) social faktora çevrilə bilər. Onun mahiyyəti, modalı standartın qısa bir vaxt ərzində maksimal social məkanı əhatə edərək kütləvi ruh yüksəlişinə, bəzən isə eyni zamanda çaşqınlığa səbəb olmasındadır. Lakin modalı bumun nəticəsi əksər hallarda yalnız dağıdıcı olmayıb, həm də yaradıcı əhəmiyyətə malik olur. Bum malların yaradılmasını və ya artımını dərinləşdirə və ya onu qıt etməklə bəzilərində narazılıq, digərlərində isə qənaətbəxşlik yarada bilər. Bu halda qıtlığın artması onu bölüşdürənlər üçün sərfəlidir, istehlakçılar üçün isə əksinə. İndi isə modalı innovasiyalara yenidən qayıdaq. Onların görünüşü modanın ən çox ehtimal edilən təzahürüdür. Lakin bunlar nə üçün əmələ gəlir? İnsanları vaxtaşırı, heç bir zərurəti olmayan gündəlik həyata hansısa yeniliyin daxil edilməsi üçün təslim edənnədir? Modalı innovasiya onun köhnəlməsi kimi dəyərlər ilə onların işarə vasitələri arasında olan etirazın təsiridir.

Qeyd edilən etiraz, modanın strukturunun işarə vasitələrinin dəyişməsi tələbini ehtiyac bilərək funksionallıq əmələgətirir. Buradan da, o əvvəlki standart və obyektlərə nisbətən, bu və ya digər «yeni» modalı işarə tələbinin axtarışına və seçilməsinə ehtiyac olduğunu irəli sürür. İşarə vasitələri (standart və obyektlər) ilə moda dəyərinin işarələnməsi arasında baş verən iki cəhətdən kəskinləşir. 

NƏTİCƏ VƏ TƏKLİFLƏR


Moda mənim seçdiyim sənət və gələcəyimi qurduğum həyati maraqdır və sənətimdir. Geyim artıq insanların həyatının bir hissəsini deyil demək olar ki bütövünü təşkil edir.  Modanın dərinliyə getdiyində hiss etmək olar ki moda yalnız yüksək təbəqənin insanları üçün yaradılmışdır. Yalnız indiki zamanda moda bahalı geyimdə aksesuarda deyil zövqlə geyinməkdədir.  Geyimin tarixi bizi lap qədimlərə aparsada unutmamaq lazımdır ki geyim tarixi bir zamanlar qapanmaq üçün hazırlanırdı. Moda istiqamətini seçən insanlar nəzərə almalıdırlar bu yol həm qabiliyyət həm zövq həm də imkan tələb edir. Hazırda təşkil olunan moda gecələri çox dəbdəbəli saraylarda keçirilir və özəl insanlar tərəfindən qarşılanır.

XXI əsrin modasında Azərbaycan modelyerləri artıq əsrlər boyu özlərini göstərməyə çalışırdılar. Bu fürsət onlar üçün inanılmaz idi. Moda gecələrinə , beynəlxalq müsabiqələrə dəvət edilən modelyerlərimiz yüksək qiymətləndirilir. İştirak edən modelyerlərin işini moda biliciləri tərəfindən qiymətləndirilir. Hətta heç bir iş , sənət təcrübəsi olmaya gənc modelyerlərdə özlərini bu istiqamətdə sınamaq imkanlarına malikdirlər. Bəli mən sıradan ailənin övladı olaraq bu cür müsabiqədə özümü sınadım öz gücümə inadığım üçün qalib oldum.

Azərbaycan da təşkil olunan moda həftələrinə nəinki yerli hətta xarici modelyerlərdə dəvət olunur. Həmçinin qardaş ölkə Türkiyənin tanınmış modelyerləri də paytaxtımızda nümayiş olunan geyimlərə baxmaq və bəzi məsləhətlər vermək üçün Azərbaycana təşriv buyururlar. Hətta italyan dizayner Renato Balestran öz geyim kolleksiyasının təqdimatını məhz Bakıda həyata keçirtdi. Heydər Əliyev Mərkəzində keçirilən moda gecəsi demək olar ki, Azərbaycan üçün unudulmaz bir tarixi hadisəyə çevrildi.

Azərbaycan geyimləri milliliyini qorumaqla yanaşı Avropa geyimlərinidə öz cəmiyyəti arasında yayılmağa imkan yaratmışdır. Əvvəllər də yayılan Avropa geyimləri indiki zamandan fərqli olaraq dolayı yolnan gəlib çatırdı xalqın arasına. Xarici ölkələrdə olduğu kimi artıq Azərbaycanda da butiklər açılırdı və gündən günə inkişaf edirdi. Bu cür butiklər də həm tikişlə məşğul olan qadınlar həm də əl işini özü toxuyan maşınlar yerləşdirilib.

Azərbaycan hətta moda qanunvericiləri sayılan Fransa , İtaliya və Böyük Britaniya kimi xarici ölkələrlə müqavilələr imzalamışdır. Bu proses ilk dəfə 2007 – ci ildə Bakıda təşkil edilən “ Moda Və Aksessuar” adlı sərgidən sonra baş tutmuşdur. Bu cür müqavilələrin imzalanması Azərbaycan iqtisadiyyatının artımınada təsir etmişdir. Nəinki iqtisadi yöndə ümumiyyətlə Azərbaycanın dünyada tanınması üçün şərait yaranmışdır. Modelyerlərimizdə öz növbələrində xalqımızı tanıtmaq üçün geyimlərində milli ornamentlərdən və milli koloritlərdən istifadə edirdilər. Bu cür geyimlərdə olan millilik xarici ölkələrdə yüksək qiymətləndirilir zövqlə baxılırdı. Artıq Azərbaycan modası illər öncəyə baxdıqda daha da məşhurlaşıb və bu yolda mövqeyini daha da gücləndirərək qoruyub saxlayır.


Yüklə 6,8 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin