Monuments under occupetion



Yüklə 1,76 Mb.
tarix10.01.2022
ölçüsü1,76 Mb.
#108341

137

Azərbaycan Arxeologiyası 2002

Azerbaijan Archeology Vol.: 4 Num.: 3-4




İŞĞAL OLUNMUŞ ABİDƏLƏR

MONUMENTS UNDER OCCUPETION

ОККУПИРОВАННЫЕ ПАМЯТНИКИ

НЕС DEMƏZSƏN ƏRİMƏYİN NƏDƏNDİR... Fəridə Aslanova

(Azərbaycan Milli Elmlər Akademiyasmm Tarix Institutü)
Indi erməni işğalı altmda olan Qarabağ torpağı vaxtılə Azərbaycanın bir çox dahi şəxsiyyətlərinin göz açdığı, yaşayıb yaratdığı bir diyar olub. Bu ulu diyarın yetişdirdiyi dahi şəxsiyyətlərdən biri də XVIII əsr Azərbaycan poeziyasmın böyük klassiki, görkəmli dövlət xadimi Molla Pənah Vaqifdir. Əslən Azərbaycanın Qazax mahalmdan olan 1759-cu ildə Gürcüstan sərhəddində baş verən qarışıqlıq nəti-cəsində öz ailəsi ilə birlikdə Qarabağ xanlığma köçən Vaqifm istedadlı şair olmaqla yanaşı dövrünün bacarıqlı və siyasətçil dovlət xadimi kimi də yetişməsində xanlığm mühüm rolu olub. Belə ki, şairin məskunlaşdığı Şuşa qalası о dovrdə güclənən Qarabağ xanlığmın iqamətgahı və ümumiyyətlə Azərbaycamn əsas mədəni mərkəz-lərindən biri idi. Şuşanm Saatlı məhəlləsində məktəb açıb müəllimliklə məşğul olan Vaqif tezliklə qala əhlinin hüsn-rəğbətini qazanır. Yazdığı qəzəl və qoşmalar əldən-ələ gəzir. Şairnin ağıl və kamalı, müəllimlik şöhrəti, əvvəlcədən kosmik və təbii hadisələr haqqında məlumat vermək bacarığı о zamankı Qarabağ hökmdarı Ibrahim xana çatır və о saraya dəvət edilərək eşikağası, yəni xarici işlər üzrə vəzir təyin edi-lir. Lakin az bir vaxtda öz ağıl və istedadı nəticəsində sarayda böyük nüfuz qazanan Vaqif 1769-cu ildən Qarabağ xanlığının baş vəziri təyin edilir və xanhğın bütün



Azərbaycan Arxeologiyası 2002

Azerbaijan Archeology Vol.: 4 Num.: 3-4



daxili və xarici işlərinə rəhbərliyi öz əlinə alır.

Qarabağ xanlığınm əsasını qoyan Pənah xanın ölümündən sonra Qarabağın yeni! hakimi oğlu - dövrünün görkəmli dövlət xadimi Ibrahim Xəlil xan (1759-1806) olur. Məhz onun bacarığı və istedadı sayəsində Qarabağ xanlığı daha da güclənir. Qarabağ xanhğmın qüvvətlənməsində və Ibrahim xanın yüksək mərtəbəyə çatmasında məş-hur şair və görkəmli dövlət xadimi Molla Pənah Vaqifın müstəsna xidmətləri olmuş-dur. Vaqifın yaşayıb-yaratdığı dövr çox mürəkkəb və narahat bir dövr idi. Bu dövr uzun sürən müharibələr, feodal zülmü, həm də xalqm milli şüurunun inkişafı və yüksək humanist ideyaların yetişməsi dövrü idi.

Bir şair kimi Vaqif yaradıcdığı ilə şer tariximizdə yeni səhifə açılır. O, ədəbiy-yata xəlqi və milli şerin, ilkin realizmin böyük nümayəndəsi kimi daxil olmuşdur. Vaqif klassik şerin köhnəlmiş ənənələrini qıraraq, şeri yeni inkişaf yoluna sahb, onu xalqm ruhuna, xalq zövqünə yaxınlaşdırmışdır. Vaqiflə poeziyamızda nikbin əhval-ruhiyyə, həyati, dünyəvi gözəlliyə pərəstiş hissləri qüvvətlənir. Vaqif qoşmalarında Azərbaycan xalqmın adət-ənənələri, milli həyat tərzi, dövrün əxlaqi, estetik nor-maları öz canh poetik ifadəsini tapir. Vaqif bədii dilimizi yeni yüksəliş pilləsinə qal-dırır. Ümumiyyətlə, klassik ədəbiyyatımızda epik, lirik, fəlsəfı poema Nizaminin, rübai Məhsətinin, qəzəl Füzulinin, bayatı Sarı Aşığın adı ilə bağlanırsa, qoşma da Vaqifin adı ilə bağlanır.




Vaqifın yaşadığı dövrün siyasi, sosial həyatınm ağır keşməkeşli olmasma bax-
mayaraq, onun yaratdığı əsərlər ideya cəhətdən təravətli olmaqla bərabər, həm də
bədii kamilliyi ilə dilimizin saflaşıb büllurlaşmasına və ədəbi söz xəzinəmizin
zənginləşməsinə böyük təkan vermişdir. Onun əsərlərində Azərbaycan dili bütün
gözəlliyi, zənginliyi ilə təzahür edir. Bu dövrdə xalq şerilə klassik poeziya dili bir-
biri ilə qaynayıb-qarışmış və xalq bu dili Vaqif dili adlandırmışdır. XVIII əsr şeri-
mizdə xəlqiliyə, realizmə doğru mütərəqqi meyllər Vaqif yaradıcıhğmda kamala
çatır, ədəbi məktəb cərəyan səviyyəsinə yüksəlir və ədəbiyyat tariximizə «Vaqif
ədəbi məktəbi» adı ilə daxil olur (1). Vaqifm
Şərq xalqlarının ədəbiyyatmm

zənginləşməsində də rolu böyükdür. Vaqifin dünya ədəbiyyatına verdiyi incilər bu gün də dodaqlarda səslənməkdədir. Onun parlaq həyatı Vətənə sədaqət və xalqına fədakar xidmət nümunəsidir.

Bir ictimai xadim kimi Molla Pənah Vaqif Qarabağ xanhğınm bütün fəaliyyətinə istiqamət vermis, hətta Şuşa şəhərinin bədii-estetik tərtibatmda yaxmdan iştirak, şəhərin abadlığı və təmiri işlərinə isə şəxsən rəhbərlik etmişdir. Vaqifin yalnız xanın şəxsi tikililərinin planlaşdırılmasında deyil, eləcə də şəhər hasarlarının, bürclərinin tərtibində, məşhur əyanlarm yaşayış binalarımn tikil-məsində böyük köməklik göstərməsi fıkrini


Azərbaycan Arxeologiyası 2002

Azerbaijan Archeology Vol.: 4 Num.: 3-4



təsdiqləyən A.Berje Vaqifm xüsusilə bir mühəndis kimi məşhur olduğunu, Şuşada xan sarayı, yaşayış evləri və qala divarlarınm onun tərəfındən tikildiyini yazır (2).

Vaqifm dövründə Azərbaycan bir sıra xanlıqlara ayrılmışdı. Bu təbii ki, ölkənin mədəni-iqtisadi inkişafma mane olur və Vətənin istiqlaliyyətini müdafıə etmək işini çətinləşdirirdi. Ölkənin gələcəyini düşünən dövlət xadimləri bütün xanlıqları bir mərkəzdə birləşdirib, müstəqil dövlət yaratmaq uğranda mübarizə edir, lakin birləşə bilmirdilər. Vaqifm Qarabağ sarayında çalışdığı illərdə Qacar sülaləsindən olan Ağa Məhəmməd xanm Iranda hakimiyyəti ələ alması və işğalçılıq siyasətinə başlaması birləşmək ideyasını xüsusilə zəruri etdi. Bu zaman ölkənin azadlığını qorumaq və müstəqil Azərbaycan yaratmaq uğrunda siyasətə Vaqif rəhbərlik edirdi. Onun təşəb-büsü ilə Ibrahim xan Irəvan hakimi Məhəmməd xanı, Talis hakimi Mir Mustafanı və Gürcüstan hökmdarı II Iraklini birləşməyə çağırır. Bu məqsədlə Vaqif Tiflisə gedir, Irəvanda olur, onlarla uzun müddət məktublaşır. Danışıqlar neticəsində dörd hökm-dar mübarizədə bir-birlərinə yardım edəcəklərinə söz verirlər. M.P.Vaqifin Qarabağ xanlığında apardığı siyasi və diplomatik işlər, Iran, Rusiya, Gürcüstan, eləcə də Azərbaycan xanhqları ilə Qarabağ xanhğmm əlaqəsi, həm də bilavasitə xanlığın daxili həyatı ilə qaynayıb-qarışması onun yaradıcılığında da dərin iz qoymuşdur. Xalq arasmda məşhbur olan «hər oxuyan Molla Pənah olmaz» misalı onun Qarabağ-dakı uzunmüddətli ədəbi və ictimai-siyasi fəaliyyətinə verilən qiymətdir (3).

1795-ci ildə Qacar ilk dəfə Qarabağ üzərinə yürüş edərkən Vaqif Şuşa qalasınm müdafıəsinə şəxsən rəhbərlik edir. Və burada o, özünii mərd və cəsur şəxsiyyət ol-maqla yanaşı, hərbi işlərə rəhbərlik edən tədbirli vəzir kimi də göstərir. Bu ba-xımdan F.Köçərlinin qeydləri maraqlıdır: «Vaqif özü şair isə də, vaxtm təqazisinə görə onun meyli-könlünü silah və əsləhəyə dəxi olub, igidlik iddiasma həm düşər-miş və məqami-zərurətdə 6zü yaraq götürüb davaya çıxarmış» (4). Birinci yürüşü za-manı istəyinə nail olmayan Ağa Məhəmməd Qacarın ikinci yürüşü zamanı - 1797-ci ildə Şuşanı ələ keçirməklə yanaşı şairi də ölümə məhkum edir. Qacara edilən sui-qəsd nəticəsində ölümdən qurtulan şair həmin il «Alim» təxəllüsü ilə şer yazan oğlu ilə birlikdə Qarabağ xanlığını ələ keçirmiş Ibrahim xanm qardaşı oğlu Məhəmməd bəy Cavanşirin riyakar saray əyanlarmın təhriki ilə verdiyi ölüm əmrinin qurbanı olur. Gözəl Qarabağ torpağı Vətənə çox adlar bəxş etmişdir. Onların arasında Vaqi­fm adı poeziya zirvəsində dan ulduzu kimi yanır. Onun vətəndaş və vətənpərvər, haqq və ədalət carçısı, xalq maarifçisi və görkəmli dövlət xadimi kimi bütün parlaq həyatı qədim Qarabağ torpağı ilə həmişəlik birləşmiş və həmin torpaq əbədi olaraq Vaqifm cənazəsini qoynuna almışdır. Təbii ki, özünü xalqınm böyük arzularma həsr etmiş, qiymətli bədii irs qoyub getmiş şair əbədi şöhrətə və hədsiz hörmətə layiqdir. Dahi şairə və dövlət xadiminə ehtiram əlaməti olaraq şerlərində tərənnüm olunan və cənazəsini qəbul edən «Şuşanın qayalı təpəlikləri» onun xatirəsini əbədiləşdirən əzəmətli türbənin tikildiyi yer oldu.

Umumiyyətlə, görkəmli şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək üçün onların qəbri üzərində tikilən türbələr orta əsrlərdə Yaxın və Orta Şərq ölkələrində geniş yayılmışdı. Şərqdə islam dininin ehkamları canhlarm təsvirini günah hesab etdiyinə gorə, olmüş şəxsin xatirəsini əbədiləşdirmək üçün heykəltaraşlıq abidələri əvəzinə qəbrin üzərində müxtəlif quraluşlu türbələr tikilirdi. Memarlıq quruluşuna görə orta



əsr türbələri kubşəkilli, səkkizguşəli və qülləvari olurdu. Günbəzlə ortülən kubşəkil-li türbələrdə sənduqə döşəmə səviyyəsində, qülləvari türbələrdə isə yeraltı sərdabə-də yerləşirdi. Türbələrin xarici səthləri memarlıq dekorları, ornament və kitabələrlə bəzədilirdi. Mərvdə Sultan Səncər məqbərəsi, Naxçıvanda Mömünə xatm türbəsi, Sultaniyyədə Ölcaytu Xudabəndə türbəsi, Ərdəbildə Şeyx Səfıəddin kompleksində-ki Şeyx Səfi türbəsi Şərq türbələrinin qiymətli incilərindəndir. Azərbaycanın müasir memarlığında türbə inşaatının zəngin ənənələri Gəncədə Nizaminnin və Şuşada Vaqifm türbəsində öz əksini tapmışdır (5).

1982-ci ildə tikilən, Şərqdə ən böyük məqbərələrdən sayüan bu əzəmətli mo-numentin yaradıcı heyəti üç nəfərdən - bütün elmi fəaliyyətini Azərbaycanın me-marlıq və incəsənət tarixinin tədqiqinə, milli bədii irsin istifadə olunmasının nəzəri məsələlərinə, ayrı-ayrı incəsənət növlərinin qarşılıqlı əlaqəsi problemlərinə həsr etmiş və tədqiqatlarmın əsas istiqaməti orta əsr Azərbaycan memarlığının tarixindən ibarət olan sənətşünas-alim Ə.R.Salamzadə, memar E.I.Kanukov və rəssam A.Z.Mustafayevdən ibarət idi.

Monumentin müəllifləri Azərbaycanda və Yaxın Şərqin bir çox ölkələrində ge-niş yayılmış tarixi memarlıq üçün ənənəvi olan qüllə məqbərələrinin kompozisiya formasmı yenidən, böyük yaradıcılıqla işlədilər. Qüllənin plamnda kvadrat formalı iyirmi metrlik hündürlüyü olan tikinti qayadan qalxaraq ətraf mənzərəyə harmonik şəkildə uyğunlaşdırılmışdır. Memorial tikintinin arxitektura kompozisiyası özlüyün-də aydm, tarazlaşdırılmış və mərkəzləşdirilmiş həcm kimi təqdim olunmaqla iki his-sədən ibarətdir: aşağı-kəsik piramida formasında xüsusi mohkəmlik və monumental görünüşlü, yuxarı hissə-dinamik olaraq yuxarıya can atan, pilonlu dördkünc qüllə.

Zəngin təbii sərvətli Qarabağ torpağı inşaatçılara və arxitektorlara davamh və gözəl material vermişdir. Monumental divarlara və dördkünc qüllənin pilonlarma qır-mızıya çalan çəhrayı mərmərdən üz çəkilmiş, içərinin bəzəyi isə açıq boz mərmərlə və rəsmlə həyata keçirilmişdir.

Memorial zalm mərkəzində, əsas girəcəkdə, Vaqifin qəbri üstündə tünd-yaşıl rəngli qranitdən düzbücaqlı sarkofaq qoyulmuş, zalın içərisində isə, qarşı tərəfdəki divarda stela üzərində şairin ağ mərmərdən büstü yerləşdirmişdi.

Yastı örtüklü kvadrat mərkəzi binanın planmda kompozisiya həllinin özəyini təşkil edirdi. Bu yeni növ memorial tikintidə yeniliklə xalq mədəniyyətinin qədim ənənələri üzvi surətdə birləşdirilmişdir. Müəlliflər məqbərənin həcmi kompozi-siyasını yeni əsaslar üzərində düşünmüş və qüllə tipli mərkəzləşdirilmiş sərdabənin bədii ideyasınm və həllinin məntiqi davamı kimi vermişlər. Bu qurğunun dəmir-beton özülünün əsası rənginə və fakturasına görə pardaxlanmış mərmərlə örtülmüş-dür ki, bu da yüksək arxitektura keyfıyyətini bütünlüklə saxlamışdır. Qarabağ torpa-ğmda zəngin olan üzlük materialın tətbiq edilməsi faktı dekorativizmin arxitektonika tonallığma bacarıqla tabe edilməsi faktını çox aydın göstərir və ayrı-ayrı formalarm bütöv kompozisiyaya, həndəsi şəbəkənin ornament motivləri düzülüşünün ümumi parçalanma sisteminə tabe edilməsində ifadə olunurdu.

Pilonların vertikal dirəkləri ornament doldurmaları ilə birlikdə bütün tikintiyə dinamiklik və yüngüllük gətirirdi. Qəbul olunmuş arxitektura həllində Azərbaycan memarlığının mütərəqqi tarixi ənənəsinə əsaslanan müəlliflər onlarm yeni material­larda və işlənmiş traktovkada təzə tətbiqini tapmışdılar. Künc dayanacaqlarınm ara-smdakı fasadın səthi irigözlü naxışlı şəbəkə ilə doldurulmuş və ilk dəfə olaraq tökmə alümindən istifadə olunmuşdur. Divarın iri ornament ilə hörülmüş fonunda dəqiq görünən dördbucaqla dövrələnmiş giriş portalı müqəddəs məqbərənin xatirə zalına aparırdı. Giriş üzərindəki mərmər frizin enli zolağında «Vaqif» yazılmışdır. Fasadın arxitektura cəhətdən işlənməsi onun horizontal və şaquli istiqamətlərdə dəqiq hissələrə ayrılması ilə fərqlənirdi. Nümunə kimi qəbul edilmiş Azərbaycan qüllə məqbərələrinin kompozisiyasmı yenidən yaradıcılıqla işləyən müəlliflər yadda qalan arxitektura həlli yarada bilmişdilər (6). Vaqifin xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılan bu türbənin açıhşı 1982-ci il yanvarınl4-də böyük təntənə ilə qeyd olundu. Mərasimdə dahi şairin xatirəsini yaşatmaq üçün həmçinin hər il Şuşada Vaqif poeziya günləri keçirilməsi də qərara almdı və ilk poeziya bayramı 1982-ci il iyulun 29-da keçirildi. Həmin gündən etibarən hər il minlərlə poeziya həvəskarı Şuşanm ən şairanə guşəsinə - «Cıdır düzü»nə axışar, şer-sənət ustaları əzəmətli əbədiyyət mavzoleyində uyuyan şairin hüzuruna toplaşardılar (7).

Çox təəssüf ki, indi «qartal yuvası» kimi məşhur olan Şuşada nə Vaqifin türbə-sindən əsər-əlamət qalıb, nə də igidlər oylağı, sənət yarışması meydanı «Cıdır» dü-zündə Vaqif poeziya günləri keçirilir. Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust 1977-ci ildən 280 №-li qərarına əsasən böyük tarixi-arxitektura qoruğuna çevrilmiş §uşa şəhəri düşmən tapdağı altındadır. Digər görkəmli şəxsiyyətlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə vaxtilə ucaldılan, indisə təhqirlərə, dağıntılara məruz qa­lan abidələr kimi Vaqifin uyuduğu bu türbə də belə acı taledən qaça bilməyib. Bunu 16 iyun 1993-cü ildən 10 mart 1996-cı ilə kimi Şuşada erməni əsirliyində qalmış soydaşımızm bir neçə kəlməsi ilə təsdiqləmək olar: «...Istədikləri yeri təmir etdirir, tarixi abidələrimizi bərbad hala salırlar. Şuşanı xarabazara çeviriblər. Bunu əsirlərin əli ilə edirlər. Molla Pənah Vaqifin məqbərəsindəki mərməri söküb qızıl mağaza-smın ətrafını düzəldiblər, Uzeyir Hacıbəovun tunc heykəlini üzu üstə uzadaraq his-sə-hissə qollarını, qıçlarını, burnunu, qulaqlarını doğrayaraq satıblar, Bülbülün ev muzeyində Bülbülü təhqir etmiş, nalayiq sözlər yazıblar...» (8). Bu ürəkağrıdan sözlərdən çox demək olar, lakin ümidvarıq ki, tezliklə digər ərazilərimiz kimi, Vaqifin ruhunun dolaşdığı Qarabağ torpağı da düşmən tapdağından azad ediləcək və yenidən onun uyuduğu bu türbə minlərlə insanm şairə ehtiramını bildirmək üçün axışdığı yer olacaq.


ƏDƏBİYYAT

  1. Azərbaycan ədəbiyyatı tarixi. I cild. Bakı, 1960. s.552

  2. Берже А. Несколько слов о закавказских мусульманских поетах. Газ. «Кавказ», 1868. №3.

  3. Axundov N. Qarabağ salnamələri. Bakı, «Yazıçı», 1989, s. 191.

  4. Köçərli F. Azərbaycan ədəbiyyatı tarixi materialları. Bakı 1925.1 cild, I hissə, s.l 13.

  5. ASE. IX cild. Bakı, 1986. s.391.

  6. Məramədzadə K.M., Sərkisov N.A. Şuşa - Vaqifin türbəsi. Bakı, «Elm», 1986, s.48-60.

  7. Quliyev V. Ucalığa gedən yol. Bakı, «Gənclik»,1988, s.50-52.

  8. «Qarabağ» qəzeti, № 3 (239), 1998.

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin