Мөһсин Гәраәти



Yüklə 8,7 Mb.
səhifə81/98
tarix22.10.2017
ölçüsü8,7 Mb.
#11409
1   ...   77   78   79   80   81   82   83   84   ...   98

Nöqtələr


◘Əvvəlki ayələrdə boşanmış qadınlara mehriyyənin ödənməsi üsulu istər yaxınlıqdan qabaq, istərsə də yaxınlıqdan sonrakı hallar üçün bəyan olundu. Ayə o şəxslər haqqındadır ki, əqd zamanı onların mehriyyəsi müəyyənləşdirilməyib və yaxınlıqdan qabaq talaq verilib. Ya da ayə boşanmanın bütün halları üçün əxlaqi bir tövsiyədir. Yə’ni tam və ya yarı mehriyyənin ödənməsindən əlavə, qadının iztirablarının aradan qaldırılması üçün kişi tərəfindən hədiyyə verilməsi nəzərdə tutulur.

Əlbəttə ki, bu, əxlaqi və müstəhəb bir göstərişdir. Təqva sahibləri, pəhrizkarlar buna riayət etsələr yaxşıdır.

Beləcə, 236-237-ci və hazırkı ayələrdə boşanmış qadınların hüquqları və hisslərinə İslamın xüsusi diqqətini müşahidə etmək olur.

◘İmam Hüseyn (ə) boşadığı bir qadına kəniz hədiyyə etdi.2


Bildirişlər


1. Boşanmış qadınlarla rəftarda təqvalı olmaq lazımdır.

2. Kini aradan qaldırmaq kimi təsəlli roluna malik hədiyyə verilməsi təqvalıların nişanəsidir.

3. İlahi hökmlərin və göstərişlərin faydasını anlamaq üçün onlar haqqında düşünmək lazımdır.
243. ﴿أَلَمْ تَرَ إِلَى الَّذِينَ خَرَجُواْ مِن دِيَارِهِمْ وَهُمْ أُلُوفٌ حَذَرَ الْمَوْتِ فَقَالَ لَهُمُ اللّهُ مُوتُواْ ثُمَّ أَحْيَاهُمْ إِنَّ اللّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يَشْكُرُونَ
Minlərcə sayda olduqları halda ölüm qorxusundan öz evlərini qoyub qaçan kəsləri görmədinmi? Allah onlara buyurdu: “Ölün!” (Onlar öldülər.) Sonra onları diriltdi (gələcəkdəkilərə ibrət olsun deyə.) Həqiqətən, Allah xalqa ehsan edir. Amma xalqın çoxu şükür etməz.”

Nöqtələr


◘Bu ayənin nazil olma şə’ni haqqında deyilir ki, Şam vilayətinin şəhərlərindən birində yetmiş minlik bir cəmiyyət yaşayırdı. Qəfil taun xəstəliyi böyük bir sür’ətlə bu cəmiyyəti məhv etdi. Bu cəmiyyətin imkanlıları xəstəlikdən yaxa qurtarmaq fikri ilə şəhərdən çıxsalar da, Allah onları çıxdıqları biyabandaca həmin xəstəliklə məhv etdi.

Bə’zi rəvayətlərdən mə’lum olur ki, şəhəri bürümüş xəstəlik cəza olaraq göndərilmişdir. Çünki həmin cəmiyyətdəki rəhbər xalqdan şəhərdən xaric olub cihada hazırlaşmasını istədikdə onlar müharibə ərazisində taun xəstəliyi olduğunu bəhanə gətirib savaşdan imtina etmişdilər. Allah da onları döyüşdən qaçmaq üçün bəhanə gətirdikləri bəlaya mübtəla etdi.

Bə’zi təfsir və rəvayətlərdə bildirilir: Bəni-İsrail peyğəmbərlərindən olan Hezqil Nəbi həmin ərazidən ötərkən Allahdan bu insanların dirilməsini istədi. Allah onun duasını qəbul etdi və həmin insanlar yenidən həyata qayıtdılar. Əlbəttə ki, Allahın bu lütfü gələcək nəsillər üçün bir ibrət idi. İnsanlar bu barədə düşünməli və şükür etməlidirlər.

◘“Əl-Mənar” təfsirinin müəllifi ayədəki ölüm və həyat ifadələrinin simvolik mə’na daşıdığını bildirmişdir. O, ölümü istiqlalın əldən verilməsi, həyatı isə yenidən istiqlal əldə olunması kimi təfsir etmişdir.

“Əl-Mizan” təfsirinin müəllifi isə bu baxışı tənqid edərək buyurur: Ayələrin zahirinə e’tiqad lazımdır. Əks təqdirdə Qur’andakı bütün mö’cüzələr və xariqüladə işlər başqa mə’nalara yozulasıdır.

◘Şükür təkcə dillə həyata keçmədiyindən və hər bir ne’mətin öz yerində istifadə edilməsi əsl şükür olduğundan insanların əksəriyyəti həqiqi şükür edən sayılmır.

◘Əgər Qur’anda buyurulsaydı ki, “onların əksəri şükür edən deyil” biz ayəni həmin qövmə aid edə bilərdik. Amma Qur’anda “xalqın əksəri şükür edən deyil” - buyurulmuşdur. Bu isə bütün əsrlərdə bütün insanların həqiqi şükür edən olmamasını göstərir.

◘Şiə e’tiqadına əsasən, qiyamətdən qabaq bir dəstə insanın yenidən dirilməsi, yə’ni rəc’ət həqiqətdir. Yüzlərlə hədislərdən əlavə, bu ayə kimi bir sıra ayələr də rəc’ət məsələsinin mümkünlüyünü göstərir.


Bildirişlər


1. Tarixə nəzər salaq və ondan öyrənək.

2. Tarixdən öyrənilən ən mühüm dərs tarixi şəxsiyyətlərin, qəbilələrin və məntəqələrin adı yox, yüksəliş və süqut amilləridir.

3. Allahın iradəsi olan yerdən qaçmaq faydasızdır.

4. Allah elə bu dünyada dəfələrlə ölüləri diriltmişdir.

5. Eniş və yoxuş, ölüm və həyat - hər biri ilahi lütf və fəzlin nümunələridir.
244. ﴿وَقَاتِلُواْ فِي سَبِيلِ اللّهِ وَاعْلَمُواْ أَنَّ اللّهَ سَمِيعٌ عَلِيمٌ

Allah yolunda savaşın. Bilin ki, Allah eşidən və biləndir.”


Nöqtələr


◘Əvvəlki ayədə oxuduq ki, savaşdan qaçmaqla ölümdən yaxa qurtarmaq olmaz. Allahın qəhr və qəzəbi minlərcə fərarini əhatə edə bilər. Ayədə buyurulur: Bir halda ki ölüm və həyat Onun əlindədir, Onun yolunda vuruşun və bilin ki, mükafatınız Onun yanında hifz olunmuşdur. Çünki O, sizin başınıza gələnlərdən agahdır.

Bildirişlər


1. Cihad və mübarizə Allah üçün və Allah yolunda olduqda dəyərlidir. İntiqam, güc nümayişi, istismar, fatehlik məqsədi ilə savaş müqəddəs deyil. Belə savaşlar ilahi və insani dəyərlərə ziddir.

2. Allah yolunda savaş həyat ne’mətinə şükürdür. Əvvəlki ayədə buyurulur: Allah onları diriltdi, amma şükür etmədilər. Bu ayədə isə belə buyurulur: Allah yolunda savaşın... Bəli, cihad şükrün bir növüdür.

3. Savaş meydanında duruş üçün ən mühüm amil insanın Allah hüzurunda olmasına diqqətdir.

4. Cihaddan qaçmaq üçün bəhanə axtarmayın. Çünki Allah sizin niyyətlərinizi bilir və bəhanələrinizdən xəbərdardır.


245. ﴿مَّن ذَا الَّذِي يُقْرِضُ اللّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ أَضْعَافًا كَثِيرَةً وَاللّهُ يَقْبِضُ وَيَبْسُطُ وَإِلَيْهِ تُرْجَعُونَ

Kimdir Allaha yaxşı bir borc verən ki, Allah da onun əvəzini neçə qat artırsın? Allah (bəndələrinin ruzisini) məhdudlaşdırar, genişləndirər. Siz Ona doğru qaytarılarsınız.”


Nöqtələr


◘Müxtəlif təfsirlərdə bildirilmişdir ki, insanları cihada təşviq edən ötən ayənin ardınca gələn bu ayə mö’minləri infaq və borc verməyə rəğbətləndirir. Cəmiyyətin əmin-amanlığı və hifzi üçün cihad və xalisanə təlaşa ehtiyac olduğu kimi, məhrumların tə’mini və cihad vasitələrinin tədarükü üçün də maddi yardımlara ehtiyac var.

◘Allaha borc vermək mövzusu Qur’anda yeddi dəfə zikr olunmuşdur. “Məcməul-bəyan” təfsirində qərzül-həsənə, yə’ni bəyənilmiş borca aid şərtlər bəyan olunmuşdur: Halal maldan olsun, sağlam maldan olsun, zəruri məsrəf üçün olsun, minnətsiz olsun, riyasız olsun, məxfi şəkildə olsun, eşq və isarla ödənsin, dərhal çatdırılsın, borc verən bu tövfiqə görə Allaha şükür etsin, borc alanın şəxsiyyəti qorunsun.

◘“Qərz” sözü ərəb dilində kəsmək mə’nasını verir. Borc ona görə qərz adlandırılır ki, mal-mülkün bir hissəsi yenidən qaytarılmaq şərti ilə kəsilib başqasına verilir. “Bəst” sözü açılış və büsat mə’nasındadır. “Büsat” yer üzündə sərilmişə deyilər.

◘Cihad bə’zən əvvəlki ayələrdə buyurulduğu kimi canla olur, bə’zən isə bu ayədə qeyd olunduğu kimi mal-mülklə.

◘“Kəsir” sözünün “ə’zaf” sözü ilə yanaşı işlədilməsi böyük mükafata işarədir. “Yuzaifə” forması isə mübaliğə, artım rəmzidir.1

◘“Allaha borc” tə’biri qərzül-həsənə mükafatının Allahın öhdəsində olduğunu göstərir.

◘Allaha borc verilməsi əmrinin müqabilində soruşulur ki, kimdir Allaha elə bir borc verən? Məqsəd, xalqın ikrah və məcburiyyət hiss etməməsidir. Əksinə, başqalarına rəğbət və istəklə borc verilsin. İnsanda mənfəət umacağı olduğundan Allah bu yolla insanı borc verməyə həvəsləndirir:

◘Ayədə xalqa borc əvəzinə Allaha borc ifadəsi işlədilir. Bu sayaq tə’bir fəqirlərdə belə bir hiss yaradır ki, Allah Özünü onların yerinə qoymuşdur və bu onların qəlbindəki zəifliyi aradan qaldırır.

◘Bütün vücudumuz və bütün olanlarımız Allaha məxsus olsa da, Allah bə’zən Özünü müştəri, bə’zən isə borc alan kimi tanıtdırır. Allah bununla bizi təşviq edir. Həzrət Əli (ə) buyurmuşdur: “Göylərin və yerin qüvvələri Allahındır. Borc ayəsi sizin imtahanınız üçündür.”1

◘İmam Kazim (ə) buyurur: “Allaha borcun nümunələrindən biri mə’sum imama iqtisadi köməkdir.”2

◘Ayədə sıxıntı və genişlənmə Allaha aid edilsə də, rəvayətlərdə belə oxuyuruq:

Hər kəs xalqa qarşı əliaçıq olsa, Allah da onun üçün genişləndirər. Hər kəs xalqa qarşı xəsislik etsə, Allah onu sıxıntıya salar.”

◘Rəvayətlərdə qərzül-həsənənin mükafatı on səkkiz qat, sədəqənin mükafatı isə on qat göstərilir.3

◘“Hər kəs xeyir iş gətirsə, ondan da yaxşısını əvəz alar,” ayəsi nazil olan zaman həzrət Peyğəmbər (s) Allahdan bu mükafatı artırmasını istədi. Belə bir ayə nazil oldu: On qat verilmiş olar.”4 Həzrət Peyğəmbər (s) bir dəfə də Allaha ağız açdı və hiss etdi ki, Allahın müəyyənləşdirdiyi artım saya gəlmir.”5

◘Borc verənlərin mükafatı həm bu dünyada, həm də axirətə aiddir. Ayədən belə görünür ki, qiyamət hesabı dünya mükafatlarından ayrıdır.

◘Pislik tə’liminin və yanlış dərk etmənin qarşısı alınmalıdır. Əgər əvvəlki ayədə Allah xoş bir dillə borc istəyirsə, onun ardınca buyurur: “Nəbadə, yəhudilər kimi Allahın fəqirliyini düşünən olsun.6 Eləcə də, bilməliyik ki, Allahın borc tələbi insanın inkişafı üçündür. Allah Özü hər nədən ehtiyacsızdır. Münafiqlər dedilər: Müsəlmanlara infaq etməyin, qoy peyğəmbərin ətrafından dağılsınlar... Qur’an onların cavabında buyurdu: Bu nə e’tiqaddır? Məgər bilmirlərmi ki, göylərin və yerin xəzinələri Allahın əlindədir?!7



Yüklə 8,7 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin