Мөһсин Гәраәти



Yüklə 8,7 Mb.
səhifə83/98
tarix22.10.2017
ölçüsü8,7 Mb.
#11409
1   ...   79   80   81   82   83   84   85   86   ...   98

Nöqtələr


◘Yəhudilərin Talutun başçılığına əmin olması üçün peyğəmbərləri onlara dedi: “Talutun seçimində Allah tərəfindən bir nişanə olması üçün Bəni-İsrailin müqəddəs sandığı onlara qaytarılar.” Ayədə həmin sandıq tabut kimi yad edilmişdir. Bu sandıq Musanın anasının öz körpəsini qoyduğu ağac qutu idi. O, Allahın əmri ilə bu sandığı suya atdı. Fir’onun mə’murları sandığı götürüb, körpə ilə birlikdə onun yanına apardılar. Həmin sandıq hələ də Fir’onun sarayında qalırdı.

Musa peyğəmbərliyə çatdıqda Tövrat səhifələrini həmin sandıqda yerləşdirdi. Dünyasını dəyişərkən öz zirehini və digər əşyalarını da həmin sandığa qoyub, öz canişini Yuşə ibn Nuna tapşırdı. Bu müqəddəs sandıq əhd sandığı adı ilə məşhur oldu. O, Bəni-İsrailin ixtiyarında idi. Savaş zamanı onu qoşunun önündə aparırdılar. Amma zaman keçdikcə sandığın müqəddəsliyi azaldı. Sandıq oğurlandı və yalnız Talutun hakimliyi zamanında Allah mələklər vasitəsi ilə sandığı onlara qaytardı ki, aramlıq və əminlik səbəbi olsun.1


Bildirişlər


1. Vasitələrlə də olmuş olsa, aramlığın qaynağı Allahdır.

2. İnsan daim aramlığa ehtiyaclıdır. Xüsusi ilə də cihad meydanına gedən zaman. (Bu ayədə “səkinə” sözü düşüncə aramlığının əhəmiyyət və zəruriliyini göstərir.)

3. İlahi rəhbərdə ilahi nişanə olmalıdır. Talutun Allah tərəfindən seçilməsinin təsdiqi üçün ilahi nişanə olmalı idi.

4. Əgər Musanın bədəni və Tövrat lövhələri ilə təmasda olmuş sandıq və müqəddəs sakitləşdirici idisə, ilahi övliyaların qəbri üzərindəki sandıqları da müqəddəs saymaq Qur’ana zidd deyil.

5. Peyğəmbərlərin əsərlərinin hifzi dəyərlidir və aramlıq səbəbi, təbərrükdür.
249. ﴿فَلَمَّا فَصَلَ طَالُوتُ بِالْجُنُودِ قَالَ إِنَّ اللّهَ مُبْتَلِيكُم بِنَهَرٍ فَمَن شَرِبَ مِنْهُ فَلَيْسَ مِنِّي وَمَن لَّمْ يَطْعَمْهُ فَإِنَّهُ مِنِّي إِلاَّ مَنِ اغْتَرَفَ غُرْفَةً بِيَدِهِ فَشَرِبُواْ مِنْهُ إِلاَّ قَلِيلاً مِّنْهُمْ فَلَمَّا جَاوَزَهُ هُوَ وَالَّذِينَ آمَنُواْ مَعَهُ قَالُواْ لاَ طَاقَةَ لَنَا الْيَوْمَ بِجَالُوتَ وَجُنودِهِ قَالَ الَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلاَقُو اللّهِ كَم مِّن فِئَةٍ قَلِيلَةٍ غَلَبَتْ فِئَةً كَثِيرَةً بِإِذْنِ اللّهِ وَاللّهُ مَعَ الصَّابِرِينَ

Talut qoşunu özü ilə bayıra çıxaranda onlara dedi: “Allah sizi bir su axarı ilə imtahana çəkir. Hər kəs ondan içsə, məndən deyil. Hər kəs ondan – yalnız bir ovuc əliylə içməsi istisna olmaqla - içməsə, məndəndir. (Elə ki, su arxına çatdılar), az bir qismindən başqa hamı içdi. O və onun imanlı köməkçiləri arxı keçdikdən sonra (düşməni görüb) dedilər: “Bu gün bizim Calut və onun qoşunu ilə savaşa gücümüz yoxdur.” Amma Allahla görüşəcəklərinə inananlar (qiyamət gününə iman gətirənlər) dedilər: “Çox olar ki, kiçik bir dəstə Allahın izni ilə böyük dəstəyə qalib gəlsin. Allah səbirlilərlədir.”


Nöqtələr


◘“Cunud” sözü qoşun mə’nasını daşıyan “cund” sözündəndir.

◘Ayə susuzluq sınağı meydanından başı uca çıxa bilməmiş Bəni-İsraildən olan bir dəstənin rədd olunmasını xəbər verir. Amma bu sınaqdan çıxan kiçik bir qrup üçün digər bir ruhi və mə’nəvi imtahan vardı. Onlar Calutun böyük qoşunu ilə qarşılaşdıqda dedilər: “Biz bu silahlı qoşunla üz-üzə gəlmək gücündə deyilik.” Amma qiyamət gününə iman gətirənlər belə dedilər: “Qələbə Allahın əlindədir. Çox olmuşdur ki, Allahın izni ilə kiçik bir dəstə böyük bir qoşuna qalib gəlmişdir.”

◘Sınağın bir mərhələsindən üzü ağ çıxmaq kifayət deyil. Bir çoxları müəyyən mərhələdə müvəffəq olsalar da, növbəti mərhələdə məğlub olurlar. Bu əhvalatda bir dəstə, tə’yin olunmuş rəhbəri onun fəqir olduğu üçün qəbul etmədi. Digər bir dəstə isə susuzluq sınağından çıxmadı. Başqa bir qrup isə düşmənlə rastlaşdıqda uğursuzluğa düçar oldu.

◘Talut ilk öncə qoşunu özünə aid edib “mənim qoşunum” sözünü işlətmir. Qoşun böyük olub, onun komandanlığını qəbul etsə də, Talut onları sınaqdan keçirmədiyi üçün sadəcə “qoşun” kəlməsini işlədir. Sınaqdan keçirdikdən sonra bu qoşunu özünə aid bilir.

◘İmam Baqir (ə) buyurmuşdur: “İşin sonunadək Taluta vəfalı olanların sayı 313 nəfər idi.1

◘İki dəstənin mövqeyi aydındır: Kim sudan içmədisə özününküdür, hər kəs içdisə biganədir. Amma ovucla içənlər nə özününküdür, nə də biganə. Onları nə mə’yus, nə də lütfdən məhrum etmək lazımdır. Çünki burada nə “minni”, nə də “ləysə minni” sözləri işlədilmişdir.

◘Əli dövlətin və xalqın malına çatdığı halda kəramət və zöhd göstərərək onun yanından keçən və tamahkarlığa yol verməyənlər “hizbullah”, yə’ni Allahın firqəsidirlər. Arxalarını mal toplamaqla möhkəmləndirənlər isə həqiqi mö’minlər deyildirlər.

Bildirişlər


1. Hərbi komandanın vəzifələrindən biri öz döyüş dəstələrini tamaşaçıların gözü qabağında qoymamaqdır.

2. Sınaq vasitələrindən biri də mövsümi, müvəqqəti qadağanlardır. Rahattələblik, çətinliklərə dözümsüzlük, müvəqqəti sıxıntılar qarşısında geriləmə cəngavərliklə bir araya sığan sifətlər deyil.

3. Düşmənlə savaşdan qabaq tə’limlər keçirilməlidir.

4. Başçı faydasız qüvvələri kənarlaşdırmalıdır.

5. Komandana təslimçilik müvəffəqiyyət rəmzidir.

6. Zəruri ehtiyacların hesabı rifahlı yaşayış hesabından fərqlidir.

7. İmtahan meydanından üzüağ çıxanlar azdır.

8. İnqilabçı olmaq mühüm deyil, ən əsası inqilabçı qalmaqdır. Bu əhvalatda şüarçı çox idi. Amma imtahandan müvəffəq çıxanlar az oldu.

9. Məad və ilahi və’dlərə iman çətinliklər qarşısında dözüm qüvvəsini gücləndirir.

10. İmanın dərəcələri vardır. Talutla olanların bir dəstəsi ona iman gətirsələr və su içməsələr də, iman dərəcəsinə görə fərqlənirdilər. Hər mö’min mücahid deyil. Yalnız Allahla görüşə imanlı olanlar mücahiddirlər.

11.Düşmənin çoxluğu Allahın iradəsi qarşısında əhəmiyyətsiz bir şeydir.

12. Keyfiyyətli qüvvə kəmiyyətli qüvvədən üstündür.

13. Xalis mö’min qələbəni Allahdan gözləyir.

14. Səbirli və dözümlü müsəlmanlar düşmənin çoxsaylı olmasından qorxmamalıdırlar. Çünki Allah səbirlilərlədir.


250. ﴿وَلَمَّا بَرَزُواْ لِجَالُوتَ وَجُنُودِهِ قَالُواْ رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَثَبِّتْ أَقْدَامَنَا وَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

Calut və onun qoşunu ilə qarşılaşdıqda dedilər: “Pərvərdigara, bizə səbir və dözüm endir, qədəmlərimizi sabit və möhkəm et, bizi kafir qövmə qalib buyur.”





Yüklə 8,7 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin