Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə90/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   86   87   88   89   90   91   92   93   94

Nöqtələr


◘Belə bir məna ehtimal olunur: Həzrət İsanın ölümündən qabaq bütün kitab əhli ona iman gətirər. Çünki şiə və sünni rəvayətlərinə əsasən, İsa dünyanın sonunda səmadan enər və əsrin imamının arxasında namaz qılar. Bir müddət yaşadıqdan sonra dünyasını dəyişər. Həmin gün məsihilər ona düzgün iman gətirər və onu Allahın oğlu saymazlar.1


Bildirişlər


1. Bütün kafirlər və azğınlar ölüm astanasında həqiqətlər aşkar olan zaman ağıla gəlib iman gətirərlər. Amma bunun faydası olmaz.

2. Ölüm hamı üçün qəti bir qanundur. Bu qanuna hətta əsrlərcə ən üstün şəraitdə Allahın və mələklərin qonağı olan İsa da tabedir.

3. Peyğəmbərlər insanların şahidləridirlər.
160. ﴿ فَبِظُلْمٍ مِّنَ الَّذِينَ هَادُواْ حَرَّمْنَا عَلَيْهِمْ طَيِّبَاتٍ أُحِلَّتْ لَهُمْ وَبِصَدِّهِمْ عَن سَبِيلِ اللّهِ كَثِيرًا ﴾

Yəhudilər zülmə yol verdiklərinə və xalqın çoxunu Allahın yolundan uzaqlaşdırdıqlarına görə Biz əvvəllər onlara halal olmuş pak və xoşagəlimli şeyləri haram etdik.”


Nöqtələr


◘Yəhudilərə haram edilmiş pak nemətlər dedikdə “Ənam” surəsinin 146-cı ayəsindəki haram hökmü nəzərdə tutula bilər. Bu qadağa indiki Tövratda da var.1

◘Fərd və cəmiyyətin halı və əməlləri onların ilahi nemətlərdən bəhrələnməsində və ya zavala uğramasında mühüm rol oynayır. “Fəcr” surəsinin 17-ci ayəsində oxuyuruq ki, bəzən məhrumluğun səbəbi yetimlərə diqqətsizlik olur. “Əraf” surəsinin 96-cı ayəsində oxuyuruq: “Əgər həmin məmləkət əhli imanlı və təqvalı olsaydı, səmanın bərəkətindən bəhrələnərdi.”

Necə ki, hədisdə oxuyuruq: “Əkin məhsulları insanların yol verdiyi zülmə görə məhv olur.”2

Bildirişlər


1. Zülm nemətlərdən məhrumluq zəminəsidir.

2. Bəzən iqtisadi məhrumiyyətlər və maddi sıxıntılar ilahi qəhr-qəzəb və cəzanın nişanəsi olur.

3. Bir nemətin haram edilməsində məqsəd təkcə insanın sağlamlığının qorunması deyil.

4. Əsl cəza qiyamətdə də olsa, dünya cəzaları bir xəbərdarlıqdır. Dünya çətinliyi günahkarlar üçün cəza, salehlər üçün imtahandır.

5. İstənilən bir yolla (təhrif, gizlətmə, bidət, fəsad, azğınlıq...) Allah yolunu bağlamaq nemətlərdən məhrumluq səbəbidir.
161. ﴿ وَأَخْذِهِمُ الرِّبَا وَقَدْ نُهُواْ عَنْهُ وَأَكْلِهِمْ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ مِنْهُمْ عَذَابًا أَلِيمًا

Onlara qadağan edilmiş sələm aldıqlarına görə və xalqın malını haqsız olaraq yedikləri üçün (pak şeyləri onlara haram etdik) onlardan olan kafirlər üçün dərdli əzab hazırlamışıq.”


Nöqtələr


◘Tövratda “Sifre-təsniyə” kitabında, iyirmi üçüncü fəsil, on doqquzuncu və iyirminci cümlələrdə sələmin qadağa hökmü gəlmişdir.3

Bildirişlər


1. Sələmçilik zahirən gəlir mənbəyi olsa da, əslində məhrumiyyət və əzab səbəbidir.

2. Bütün səmavi dinlər insanlar arasındakı iqtisadi əlaqələrə, onların gəlir və çıxarının necəliyinə diqqətlidir.

3. Nə qədər ki, zülm, sələm və haram insanı küfrə aparıb çıxarmayıb, geriyə dönüş asandır. Bu sayaq günahlar küfr və əzab zəminəsidir.
162. ﴿لَّـكِنِ الرَّاسِخُونَ فِي الْعِلْمِ مِنْهُمْ وَالْمُؤْمِنُونَ يُؤْمِنُونَ بِمَا أُنزِلَ إِلَيكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ وَالْمُقِيمِينَ الصَّلاَةَ وَالْمُؤْتُونَ الزَّكَاةَ وَالْمُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ أُوْلَـئِكَ سَنُؤْتِيهِمْ أَجْرًا عَظِيمًا

Amma yəhudi və möminlərin elmdə düşüncə sahibi olanları sənə və səndən əvvəlkilərə nazil olana imanlıdırlar. Onlar xüsusi ilə namazı bərpa edənlər, zəkat ödəyənlər, Allaha və qiyamətə inanandırlar. Tezliklə onlara böyük mükafat verəcəyik.”


Nöqtələr


◘Quranda dəfələrlə “səndən qabaqkılara nazil olmuş” ifadəsi işlənmişdir və bu, İslam dininin son din olmasını anladır.

◘Hədisdə deyilir: Zəkat ödəməyənlərin namazı qəbul deyil.” İslam peyğəmbəri zəkat ödəməyən insanları məsciddən çıxarardı. Quranın bildirdiyinə görə, əsil namaz qılanlar xəsis deyil.1




Bildirişlər


1. Tənqiddə insaflı olmaq lazımdır. Bu ayədə yəhudilərin möminləri onların zalımlarından və haramxorlarından ayrılır.

2. İnsanın ruhunda kök atmış bilik dəyərlidir.

3. Bütün ilahi dinlərdəki bütün üsullara iman zəruridir.

4. Dinin bütün əsaslarına iman bəsləmək ilahi dinlərin hamısında zəruri hesab olunmuşdur.

5. Namaz və zəkat bütün ilahi dinlərdə öz əksini tapsa da, əhəmiyyətli olduğu üçün ayrıca zikr edilmişdir.

6. Namaz zəkatdan ayrı deyil. Namaz əhli həm də infaq əhli olmalıdır.

7. Namazın xüsusi yeri var. (Ayədə namaz haqqında “muqimun” yox, “muqimin” sözünün işlədilməsi ərəb qrammatikasına əsasən üstünlük nişanəsidir.)
163. ﴿إِنَّا أَوْحَيْنَا إِلَيْكَ كَمَا أَوْحَيْنَا إِلَى نُوحٍ وَالنَّبِيِّينَ مِن بَعْدِهِ وَأَوْحَيْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإْسْحَقَ وَيَعْقُوبَ وَالأَسْبَاطِ وَعِيسَى وَأَيُّوبَ وَيُونُسَ وَهَارُونَ وَسُلَيْمَانَ وَآتَيْنَا دَاوُودَ زَبُورًا

(Ey peyğəmbər,) Biz Nuha, ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə vəhy etdik. (Eləcə də) İbrahimə, İsmailə, İshaqa, Yaquba, Əsbata (Yaqub övladlarına), İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana vəhy etdik. Davuda Zəbur verdik.”


Nöqtələr


◘Quranda iyirmi beş peyğəmbərin adı çəkilmişdir. Bu ayədə on bir peyğəmbərin adı yad edilir. Digər peyğəmbərlərin adlarına nəzər salaq: Adəm, İdris, Hud, Saleh, Lut, Yusif, Şüeyb, Zulkifl, Musa, İlyas, Yəsə, Zəkəriyya, Yəhya və Üzeyir.

◘Hədisdə deyilir: Əvvəlki peyğəmbərlərə vəhy olunanlar İslam peyğəmbərinə də vəhy edilmişdir.1

◘“Sibt” sözünün cəm forması olan “əsbat” sözü Yaqubun peyğəmbərliyə çatmış nəvələrinə və övladlarına işarədir.

◘“Zəbur” kitab mənasını ifadə edir. Terminoloji baxımdan “Zəbur” həzrət Davuda nazil olmuş kitabın adıdır. “Məzamire-Davud” qədim əhd (Tövrat) kitablarındandır. Bu kitabın yüz əlli fəsli var və hər fəsil bir “məzmur”dur.




Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin