Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə91/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   86   87   88   89   90   91   92   93   94

Bildirişlər


1. Vəhy və nübuvvət bəşər tarixində dəyişməz cərəyan və sünnədir.

2. Bir mövzu ilə bağlı tarixi nümunələrin bəyanı (məsələn, əvvəlki peyğəmbərlərə vəhy gəlməsi) iddianın sübut şivələrindəndir. Bu məlumatlardan xəbərdarlıq qəbul zəminəsidir.

3. İlahi dinlərin məqsədi, üslubu və mahiyyəti eynidir. Çünki bütün dinlər Allah tərəfindən qaynaqlanır.

4. Tarixdə dəfələrlə ilahi vəhy nazil olsa da, kitab əhli İslam peyğəmbərinin nübuvvətinə qarşı çıxdı. Nə üçün? Onunla başqa peyğəmbərlər arasında fərq qoyuldu, yoxsa əlavə tələblər vardı?


164. ﴿ وَرُسُلاً قَدْ قَصَصْنَاهُمْ عَلَيْكَ مِن قَبْلُ وَرُسُلاً لَّمْ نَقْصُصْهُمْ عَلَيْكَ وَكَلَّمَ اللّهُ مُوسَى تَكْلِيمًا

Bundan qabaq əhvalatını sənin üçün danışdığımız peyğəmbərlərə və haqqında danışmadığımız peyğəmbərlərə də vəhy etdik. Allah Musa ilə danışdı, xüsusi bir danışıqla!”


Nöqtələr


◘Quran surələri arasında “Hud” və “Şuəra” surələrində peyğəmbərlərin əhvalatı daha ətraflı bəyan olunur.

◘Bütün peyğəmbərlər Allahın həmsöhbəti olsa da, bu arada həzrət Musa “kəlimullah” adlandırılmışdır. Uyğun adlandırmanın belə bir səbəbi ola bilər ki, həzrət Musa Fironla mübarizə və Bəni-İsrailin inadkarlığına dözümdə daha çox və ardıcıl şəkildə Allahla rabitədə olmuşdur. O daha çox bildiriş aldığından “kəlimullah” kimi yad edilmişdir.


Bildirişlər


1. Peyğəmbərlərin tarixi ilə tanışlıq o qədər faydalı və ibrətamizdir ki, Allah da bu məsələyə diqqət yetirir.

2. Peyğəmbərlərin sayı Quranda sadaladığından çoxdur.

3. Bütün tarixi dinləməyə nə ömür çatır, nə də buna ehtiyac var. Müəyyən həddə öyüd-nəsihət eşitmək zəruridir.

4. Bəzən Quranda bir hadisə bir neçə dəfə təkrarlanır. Bəzi hadisələrə isə, demək olar ki, toxunulmur. Məlum olur ki, Quran dastan yox, hidayət və tərbiyə kitabıdır.


165. ﴿ رُّسُلاً مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلاَّ يَكُونَ لِلنَّاسِ عَلَى اللّهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ وَكَانَ اللّهُ عَزِيزًا حَكِيمًا

Peyğəmbərlər (göndərdik) ki, müjdə verən və qorxudan idilər. (Bu səbəbdən ki,) peyğəmbərlərdən sonra xalqın Allah qarşısında bəhanəsi olmasın. Allah daim yenilməzdir və hikmət sahibidir.”


Nöqtələr


◘Bu ayə peyğəmbərlərin dəvətlərinin külliyyatını və onların iş üsulunu, besətlərinin məqsədini bəyan edir.

◘Əql də vəhy kimi ilahi höccətdir. Amma ağılın dərketmə dairəsi məhdud olduğundan o, təklikdə kafi deyil. Ona görə də peyğəmbərlər qeyb və axirət biliklərindən xəbər verirlər. Əql bu bilikləri əldə etməkdə acizdir.

◘Quran digər bir məqamda buyurur: Əgər biz peyğəmbərləri göndərməzdən qabaq onlara əzab versəydik, deyərdilər: Nə üçün bizə açıqlayan və xəbərdarlıq edən peyğəmbər göndərmədin?”

Bildirişlər


1. Peyğəmbərlərin təbliğ üsulu qorxu və ümid kimi iki əsasa malikdir.

2. Peyğəmbərlərin besət fəlsəfəsi xalq üçün ilahi höccəti tamamlamaq, bəhanəyə yer qoymamaqdır. Peyğəmbərlərin gəlişindən sonra kimsə deyə bilmir ki, rəhbərimiz, yol göstərənimiz yox idi, bilmirdik.

3. Peyğəmbərlər şəxsi xarakter, fiziki səciyyə, ötən tarixçə, ictimai-siyasi mövqe, ailə münasibəti, eləcə də, möcüzə baxımından elə bir mərhələdə olmalıdırlar ki, kimsə üçün bəhanə yeri qalmasın.

4. Allah yenilməz və hikmət sahibi olduğundan kimsənin Ona qarşı dəlili yoxdur.


166. ﴿ لَّـكِنِ اللّهُ يَشْهَدُ بِمَا أَنزَلَ إِلَيْكَ أَنزَلَهُ بِعِلْمِهِ وَالْمَلآئِكَةُ يَشْهَدُونَ وَكَفَى بِاللّهِ شَهِيدًا

(Kafirlər bəhanə gətirirlər) Amma Allah sənə nazil etdiyi barədə şəhadət verir ki, Öz elmi ilə sənə nazil etdi. Mələklər də (sənin haqq olmağına.) Şəhadət verirlər. Allahın şahidliyi (sənin üçün) kafidir.


Nöqtələr


◘Quranın uca maarifinin dərs oxumamış bir şəxsin dilindən, cahil, şirkə aludə mühitdə bəyan olması, xalqın dəyişməsi, təfriqədən vəhdətə, xəsislikdən isara, şirkdən tövhidə, cəhalətdən elmə, süqutdan mənəvi yüksəlişə, islami ümmətin təşkilinə çatması peyğəmbər və dinə edilmiş lütfə Allahın şəhadətidir.

Bildirişlər


1. Haqsız zəiflətmələrin qarşısında yerli qüvvətləndirmələr gerçəkləşməlidir.

2. Dəvət yolunda peyğəmbərlərin də ilahi yardıma ehtiyacı var.

3. Hər bir din təbliğatçısının ən üstün arxası və ümid yeri Allah olmalıdır.

4. Vəhy qaynağı Allahın sonsuz elmidir. Bu səbəbdən də elmlərin inkişafı ilə hər gün Quran maarifinin üzərindən pərdə götürülür.

5. Əgər yerin bir guşəsində inadkar günahkarlar bəhanə gətirirlərsə, varlıq aləmindəki bütün mələklər sənin xeyrinə olaraq şəhadət verirlər.
167. ﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ اللّهِ قَدْ ضَلُّواْ ضَلاَلاً بَعِيدًا

Şübhəsiz, kafir olub (şübhə, böhtan, təhqir təlqini ilə) xalqı Allahın yolundan kənarlaşdıran kəslər azdılar. (Qurtuluşdan) uzaq bir azğınlıq!”


168. ﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ وَظَلَمُواْ لَمْ يَكُنِ اللّهُ لِيَغْفِرَ لَهُمْ وَلاَ لِيَهْدِيَهُمْ طَرِيقاً

Həqiqətən, kafir olub, zülm edən kəsləri Allah bağışlamaq və bir yola hidayət etmək fikrində deyil.”


169. ﴿ إِلاَّ طَرِيقَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أَبَدًا وَكَانَ ذَلِكَ عَلَى اللّهِ يَسِيرًا

Yalnız cəhənnəmin yoluna (yönəldilərlər) və həmişəlik onda qalandırlar. Bu (əzab) Allah üçün asandır.”


Nöqtələr


◘“Uzaq azğınlıq” dedikdə kafirlərin ikiqat azğınlığı nəzərdə tutulur. Onların bir azğınlığı küfr, digər azğınlığı başqalarının imanına maneçilikdir. Küfr özü bir azğınlıqdırsa da, insanın özünə zülmü, başqalarının doğru yola gəlişinə maneçilik isə tarix və bəşər nəslinə zülmdür.

◘168-ci ayədəki “zülm” təbiri başqalarının hidayətinə maneçiliyə də işarə ola bilər. Doğrudan da, düşüncə, əqidə və mədəniyyət zülmündən böyük zülm nədir?!

◘Ən ağır əzablar və ən sərt təbirlər müxtəlif təbliğatlar, böhtanlar, hədələr vasitəsi ilə haqqın eşidilməsinə mane olan kafirlərə aid edilmişdir. (Bağışlamadan və hidayətdən məhrumluq, əbədi cəhənnəm əhli olmaq.)


Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin