Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə190/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   186   187   188   189   190   191   192   193   ...   405

Bildirişlər


1. Ömrün uzunluğu və həyatın sonu əlimizdə deyil.

2 Yalnız Allah “müsəmma”, yəni qəti əcəldən xəbərdardır.

3. Əgər həm yaranış, həm də işin sonu Allahın əlindədirsə, nə üçün yaranış və məada şəkk edək?!
3. ﴿وَهُوَ اللّهُ فِي السَّمَاوَاتِ وَفِي الأَرْضِ يَعْلَمُ سِرَّكُمْ وَجَهرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ﴾

Göylərdə və yerdə olan Allah Odur. Sizin gizlində və aşkarda olanınızı bilir, əldə etdiklərinizdən xəbərdardır.”


Nöqtələr


◘Azğın çoxallahlılıq əqidəsinin cavabında (yağış Allahı, döyüş Allahı, sülh Allahı, yer Allahı) ayə buyurur: “Hər şeyin və hər yerin Allahı birdir.”

◘İmam Sadiq (ə) bu ayə haqqında buyurmuşdur: “O Öz elmi, qüdrəti, hakimiyyəti ilə bütün məxluqları əhatə edir.”1


Bildirişlər


1. Bütün varlıq aləmi Allahın hakimiyyəti dairəsidir.

2. Allah hakim olduğu kimi də agahdır.

3. İnsanın aşkar və gizlini Allah üçün eynidir.

4. Allahın əhatəli elminə iman həm iş, həm də pis işdən çəkinmək üçün stimuldur.

5. Allah insanın gələcək işlərindən agahdır.
4. ﴿وَمَا تَأْتِيهِم مِّنْ آيَةٍ مِّنْ آيَاتِ رَبِّهِمْ إِلاَّ كَانُواْ عَنْهَا مُعْرِضِينَ﴾

Allahın nişanələrindən onlar üçün elə bir nişanə gəlmədi ki, (təsdiq və iman əvəzinə) ondan üz döndərməsinlər.”


5. ﴿فَقَدْ كَذَّبُواْ بِالْحَقِّ لَمَّا جَاءهُمْ فَسَوْفَ يَأْتِيهِمْ أَنبَاء مَا كَانُواْ بِهِ يَسْتَهْزِؤُونَ﴾

Elə ki, onlar üçün haqq gəldi, onu təkzib etdilər. Tezliklə məsxərə etdiklərinin mühüm xəbərləri sorağlarına gələcək.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin