Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə3/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   2   3   4   5   6   7   8   9   ...   97

Bildirişlər


1. Surənin başlanğıcında “bismillahir-rəhmanir-rəhimin” kəlməsi surədəki mətləblərin haqq və mərhəmət sahibi tərəfindən nazil olmasının rəmzidir.

2. Kitabın “bismillahir-rəhmanir-rəhimlə” başlaması bildirir ki, hidayət, doğru yol yalnız Allaha üz tutmaqla gerçəkləşir.

3. Allah öz bəndələri, bəndələr isə öz məbudları ilə sözə “bismillah”la başlayırlar.

4. Allahın mərhəməti də Onun zatı kimi əbədi və həmişəlikdir.

5. Allahın mərhəmətinin müxtəlif formalarda bəyanı onun israrı nişanəsidir.

6. İlahi kitabın “Rəhman və Rəhim” kəlmələri ilə açılması Quranın ilahi mərhəmət cilvəsinə işarə ola bilər. Necə ki, yaranışın özü və peyğəmbərin göndərilməsi (besət) Allahın lütf və mərhəmət cilvəsidir.


2. ﴿اَلْـحَمْدُ لِلّهِ رَبِّ الْعالَمينَ

Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur.”


◘“Bir şeyin həm sahibi, həm də tərbiyəçisi olan varlıq “Rəbb” adlanır. Varlıq aləminin həqiqi sahibi isə Allahdır. O bu aləmi yaratmış və həmin bu aləmlə bağlı tədbirlərini davam etdirməkdədir. Demək, bütün varlıq aləmi təkamül yolundadır. O, Allahın müəyyənləşdirdiyi yola hidayət olunur, istiqamətləndirilir.

◘“Həmd” surəsindən əlavə daha dörd surə (“Ənam”, “Kəhf”, “Səba”, “Fatir”) “əlhəmdulillah” cümləsi ilə başlayır. Amma yalnız “həmd” surəsində "əlhəmdulillah" kəlməsindən sonra “rəbbil aləmin” ifadəsi işlədilmişdir.

◘“Həmd” dedikdə mədh və şükür nəzərdə tutulur. İnsan kamillik və gözəllik qarşısında sitayiş edir, başqalarının xidmət və ehsanına görə təşəkkürünü bildirir. Allah-təala öz kamal və camalı, ehsan və nemətləri ilə sitayiş və şükrə daha layiqdir.

◘“Əlhəmdulillah” Allaha ən üstün təşəkkür formasıdır. İstənilən bir yerdə, istənilən bir dildə, istənilən şəkildə kamillik və gözəlliyə sitayiş edən insan əslində həmin kamillik və gözəlliyin mənbəsinə sitayiş edir. Əlbəttə, Allahın əmri ilə, Allah yolunda Onun məxluquna təşəkkür Allaha təşəkkürə zidd deyildir.

◘Allah bütün yaranmışların inkişaf və tərbiyə yolunu müəyyənləşdirmişdir: “Rəbbimiz hər şeyə vücud neməti vermiş və sonra kamal yoluna hidayət etmişdir.”1 O, bal arısına hansı otlardan şirə çəkməyi, qarışqaya qış üçün azuqə toplamağı öyrətmişdir. İnsan orqanizmi ehtiyac duyduğu qanı yaratmaq istedadına malikdir. Belə bir Allah, əlbəttə ki, həmd-sənaya layiqdir.

◘Allah bütün yaranmışların xaliqidir: “O hər şeyin Rəbbidir.”2 Göylərdə, yerdə, göylə yer arasında olanların xaliqi Odur: Göylərin, yerin və onların arasında olanların xaliqi Odur.”3 Həzrət Əli (ə) buyurur: “O, cansızların və canlıların Rəbbidir.” Başqa bir yerdə oxuyuruq: “Yaradan da, idarə edən də odur. O hər şeyin Rəbbidir.”

◘“Aləmin” dedikdə yalnız insanlar nəzərdə tutula bilər. Necə ki, Lutun qövmü həzrət Luta dedi4: “Məgər biz sənə xalqla (aləmlə) görüşü qadağan etməmişikmi?” Amma “aləmin” dedikdə bütün varlıq aləmi də nəzərdə tutula bilər. “Aləm” yaranmışlar mənasında, “aləmin” bütün yaranmışlar mənasında işlədilmişdir. Ayədən belə anlaşılır ki, bütün varlıq aləminin bir yaradıcısı var. Cahiliyyət dövründə və bəzi millətlərdə hər bir hadisənin öz Allahının olması etiqadı batil inancdır.

Bildirişlər


1. Bütün sitayişlər Onun üçündür. (“Əlhəmdulillah”)

2. Allah varlığın tərbiyə və inkişafında məcburiyyətə əl atmır. Ona görə də həmd məcburi olmayan işlər üçündür.

3. Bütün varlıq və ondakı tədbirlər gözəldir. Ona görə də həmd gözəllik və yaxşılıq üçündür.

4. Bizim sitayiş dəlilimiz Onun Rəbb olmasıdır. (“əlhəmdulillahi rəbbil-aləmin”)

5. Allahın Öz məxluqları ilə rabitəsi daimi və sıx rabitədir. (Rəssam və memar öz işini görüb gedir. Mürəbbi isə daim nəzarət etməlidir.)

6. Bütün varlıq aləmi bir Allahın tərbiyəsi altındadır. (“Rəbbul-aləmin”)

7. Bütün mövcudlarda inkişaf və tərbiyə istedadı vardır.

8. Allah insanları peyğəmbərlərin göstərişləri ilə (təşrii tərbiyə), digər canlı və cansız aləmi isə bilavasitə (təkvini tərbiyə) tərbiyə edir.

9. Möminlər Quranın başlanğıcında Allah dərgahına üz tutaraq deyirlər: “Əlhəmdu lillahi rəbbil-aləmin.” İşin sonunda behiştdə isə bu şüarı verirlər: “Həmd olsun aləmlərin rəbbi olan Allaha.”1
3. ﴿الرَّحْـمنِ الرَّحـيمِ

Bağışlayan və mehribandır.”


Nöqtələr


“Rəhman” sözü rəhmət və onun genişliyinin mübaliğəli, şiddətli ifadəsidir. Quranda “Rəhman” və “Rəhim” kimi iki sifətin işlədilməsindən aydın olur ki, Allah bütün məxluqata qarşı rəhman, insana və vəzifəli mövcudlara qarşı isə rəhimdir.

Allah rəhməti özü üçün vacib saymışdır: "Rəbbiniz Özü Özünə rəhimli olmağı yazmışdır."2 Allahın rəhməti, hər şeyi əhatə edir: “Mərhəməti hər şeyi əhatə etmişdir.”3 Allahın peyğəmbəri də, kitabı da Onun rəhmətindəndir." Səni də (Ya Məhəmməd) aləmlərə ancaq bir rəhmət olaraq göndərdik”.4 Allahın xəlq etməsi və tərbiyəsi Onun rəhmətinə əsaslanır. Onun cəzası da lütf üzündəndir. Günahların bağışlanması, bəndələrin tövbəsinin qəbul edilməsi, onların eyblərinin örtülməsi, günahları aradan qaldırmaq üçün fürsət verilməsi Allahın rəhmət və mehribanlıq təzahürləridir.


Bildirişlər


1.İlahi tədbir və tərbiyə məhəbbət və rəhmətlə müşayiət olunur. (“Rəbb” sözü ilə yanaşı “Rəhman” sözü işlədilir) “Rəbbul” aləmin, ər-rəhmanir-rəhim”

2. Doğrudan da, təlim rəhm və mehribanlığa ehtiyaclıdır: “Rəhman (rəhimli olan) Quranı öyrətdi.”1 Tərbiyə və təzkiyə (paklama) da rəhm və mehribanlığa əsaslanmalıdır.

3. Allahın rəhmaniyyəti ona sitayiş dəlilidir.
4. ﴿مالِكِ يَوْمِ الدِّينِ

Cəza gününün malikidir.”



Nöqtələr


◘Allahın malikliyi həqiqidir. Bu malikliyin əhatəsi və səltənəti var. Etibari malikiyyətdə isə gerçək səltənət yoxdur və malikin səltənəti məhduddur.

◘Allah hər şeyə hər zaman həqiqi malik olsa da, Onun malikiyyəti qiyamətdə başqa bir cilvə alır.

–Həmin gün bütün vasitələr və səbəblər gücdən düşür.2

–Bütün yaxınlıq və qohumluq əlaqələri qırılır.3

–Var-dövlətdən, övladlardan səmərə olmur.4

–Ən yaxın adamlar da faydasız olur.5

–Dil üzr istəyə bilmir, düşüncə tədbir tökməkdə aciz olur. Yeganə çıxış yolu həmin gün ixtiyar sahibi olan Allahın lütfüdür.

◘“Din” sözü müxtəlif mənalarda işlədilmişdir:

a) Səmavi qanunlar məcmusu1

b) Əməl və itaət2

v) Hesab və cəza3

◘“Yəvmud-din” sözü Quranda mükafat və cəza günü olan qiyamət gününə işarədir. Quranda oxuyuruq: “Soruşarlar ki, qiyamət günü nə vaxtdır?”4 Quran bu günü belə tanıtdırır: “Ey peyğəmbər (s), bilmirsənmi din günü hansı gündür? Elə bir gün ki, kimsə kimsənin karına gəlməz. Həmin gün hökm yalnız Allaha məxsusdur.”5

◘“Maliki yəvmid-din” xəbərdarlıq və qorxutma növüdür. Amma bu cümlə ilə yanaşı “ər-rəhmanir-rəhim” cümləsinin işlədilməsindən aydın olur ki, müjdə və qorxutma yanaşı olmalıdır. Necə ki, digər bir şərif ayədə buyurulur: “Ya Məhəmməd, bəndələrimə xəbər ver ki, Mən həqiqətən bağışlayan və rəhm edənəm. Eyni zamanda əzabım da çox şiddətli bir əzabdır.”6 Digər bir ayədə isə belə buyurulur: “Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi isə böyük olan Allah...”7

◘Quranın ilk surəsində Allahın malik (hakim, ixtiyar sahibi) olmasından danışılır: “Maliki yəvmud-din”. Quran yenə də həmin məsələyə toxunmaqla başa çatır: “Məlikin-nas, “yəni xalqın maliki, ixtiyar sahibidir.8



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin