Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə21/81
tarix22.10.2017
ölçüsü3,08 Mb.
#11266
1   ...   17   18   19   20   21   22   23   24   ...   81

Bildirişlər


1.Cəmiyyətin islahında həm qadın, həm də kişinin rolu var.

2. İslam cəmiyyətində möminlər arasında himayə, yardım, nəzarət haqqı müəyyənləşdirilmişdir. Möminlər bir-birlərinə biganə deyillər.

3. Bütün imanlı kişi və qadınlara vacib buyurulmuş yaxşılıq əmri və pisliyə qadağa vəzifəsi qarşılıqlı himayə haqqına əsaslanır.

4. “Əmr be məruf” və “nəhy əz münkər” (yaxşılıq əmri və pisliyə qadağa) zəif mövqedən bəyan olunmamalıdır.

5. Əmr və qadağa yalnız məhəbbət və vilayət sayəsində gerçəkləşə bilər.

6. Bütün ibadətlər yoxsullara diqqət və qayğı ilə müşayiət olunmalıdır.

7. Fərd və cəmiyyətin islahında imanın mühüm rolu var.

8. Əmr və qadağa, namazın bərpası, zəkat ödənməsi, Allah və Onun rəsuluna itaət möminlərin daimi vəzifələrindəndir.

9. Başqalarını xeyir əmələ çağıran özü də xeyir əhli olmalıdır.

10. Allah və Onun rəsuluna həvəslə itaət edilməlidir.

11. İbadi proqramlarda Allaha, hökumət proqramlarında peyğəmbərə itaət zəruridir.

12. İlahi rəhməti doğuran amil insanın öz əməlləridir.

13. İlahi rəhmətin əldə olunmasında qadın və kişi barabərdir.
Ayə 72:

﴿وَعَدَ اللّهُ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ وَرِضْوَانٌ مِّنَ اللّهِ أَكْبَرُ ذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ﴾

Allah imanlı kişi və qadınlara (ağacları) altından çaylar axan və əbədi qalacaqları bağlar, Ədn behiştdə könül oxşayan məskənlər vəd etmişdir. Amma Allahın razılığı daha üstün və ucadır. Bu həmin böyük qurtuluşdur.”


Nöqtələr


◘Bu ayə ötən ayədə haqqında danışılan rəhmətin necə gerçəkləşəcəyini bəyan edir.

◘Rəvayətlərə əsasən, “Ədn cənnətlər” dedikdə behiştin ən üstün və şərif məntəqəsi, peyğəmbərlərin, siddiqlərin və şəhidlərin yeri, gözəllik baxımından kimsənin xəyalına gəlməyəcək bir məkan nəzərdə tutulur.1

Surənin 67-68-ci və 71-72-ci ayələrinə əsasən, nifaq əhli ilə iman əhli arasında səkkiz fərqli səciyyə qeyd etmək olar.



Nifaq Əhli

İman Əhli

بَعْضُهُمْ مِنْ بَعْض

“Bir-birlərindəndirlər.”



بَعْضُهُمْ اَوْلِياءُ بَعْض

“Bir-birinin himayədarıdır-lar.”



يَاْمُرُونَ بالْمُنْكَرِ وَ يَنْهَوْنَ عَنِ الْمَعْرُوف

“Onlar pis işə çağırır, yax-şı işə qadağa qoyurlar.”



يَاْمُرُونَ بِالْمَعْرُوفِ وَ يَنْهَوْنَ عَنِ الْمُنْكَرِ

“Onlar yaxşılığı əmr edir, pisliyə qadağa qoyur.”



نَسُوا اللهَ

“Onlar Allahı yaddan çıxar-mışlar.”



يُقِيمُونَ الصَّلَوةَ

“Namazı iqamə edir.”



يَقْبِضُونَ اَيْدِيَهُمْ

“Öz əllərini (bəxşiş və in-faqda) bağlayırlar.”



يُؤْتُونَ الزَّكَوةَ

“Zəkat ödəyir.”




فاسِقُونَ

“Həqiqətən, münafiqlər hə-min fasiqlərdir.”



يُطِيعُونَ اللهَ

“Allaha itaət göstərirlər.”



نَارُ جَهَنَّم

Cəhənnəm odu vəd etmişdir.”



جَنَّات، مَساكِن

“Əbədi qalacaqları bağlar, könül oxşayan məskənlər vəd etmişdir.”



لَعَنَهُمُ الله

Allah onları lənətləmiş-dir.”



رِضْوانٌ مِنَ الله

“Allahın razılığı.”



عَذابُ جَهَنَّم

“Onlar üçün davamlı əzab var.”



فَوْزٌ عَظِيم

“Böyük qurtuluş.”


Bildirişlər


1. İlahi mükafatın əldə olunmasında qadın və kişi bərabərdir.

2. Behiştin ən böyük imtiyazı onun və ondakı nemətlərin əbədiliyidir.

3. Axirət həyatı təkcə mənəvi deyil. Bu həyat həm də maddi, cismanidir.

4. Yaxşı məskən yaxşı məntəqədə yerləşdikdə dəyərli olur.

5. İnsan təbiətindəki suya, yaşıllığa, bağ-bağçaya, mənzilə olan meyllərdən onun mənəviyyata meyli üçün istifadə edək.

6. Behiştin mənəvi ləzzətləri onun maddi ləzzətlərindən üstündür.

7. Behiştin də dərəcələri və mərtəbələri var.

8. Axirət mükafatına və ilahi razılığa çatmaq böyük qurtuluşdur.




Ayə 73:

﴿يَا أَيُّهَا النَّبِيُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاغْلُظْ عَلَيْهِمْ وَمَأْوَاهُمْ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ﴾

Ey peyğəmbər! Kafirlər və münafiqlərlə vuruş, onlarla sərt ol, onların yeri cəhənnəmdir və pis aqibətləri var.”


Nöqtələr


Nə qədər ki, münafiqlər döyüşə qalxmayıb və kafirlər kimi hərbə əl atmayıblar, onlarla yalnız dillə cihad aparılmalıdır.1

Peyğəmbər (s) bu ayədən öncə münafiqlərlə mərhəmətli rəftar edirdi. Ayə nazil olduqdan sonra həzrət onlara qarşı sərt mövqe tutdu.2


Bildirişlər


1. Cihad müsəlmanların rəhbərinin göstəriş və nəzəri əsasında gerçəkləşməlidir.

2. İslam quruluşunda hərbi qüvvələrin baş komandanı rəhbərdir.

3. İslam cihad, küfr və nifaqla mübarizə ayinidir.

4. Həm aşkar xarici, həm də gizli daxili düşmənlərlə mübarizə aparaq.

5. Müsəlmanların rəhbəri zalım qüvvələr qarşısında ciddi mövqe tutmalıdır.

6. Peyğəmbər rəhmət qaynağı olsa da, düşmənlərin küfr və nifaqı səbəbindən sərt rəftar əmri almışdır.

7. Kafir və münafiqlərin dünyəvi cəzası onlarla cihad, axirət cəzası isə cəhənnəmdir.

8. Münafiqi pis aqibət gözləyir.


Ayə 74:

﴿يَحْلِفُونَ بِاللّهِ مَا قَالُواْ وَلَقَدْ قَالُواْ كَلِمَةَ الْكُفْرِ وَكَفَرُواْ بَعْدَ إِسْلاَمِهِمْ وَهَمُّواْ بِمَا لَمْ يَنَالُواْ وَمَا نَقَمُواْ إِلاَّ أَنْ أَغْنَاهُمُ اللّهُ وَرَسُولُهُ مِن فَضْلِهِ فَإِن يَتُوبُواْ يَكُ خَيْرًا لَّهُمْ وَإِن يَتَوَلَّوْا يُعَذِّبْهُمُ اللّهُ عَذَابًا أَلِيمًا فِي الدُّنْيَا وَالآخِرَةِ وَمَا لَهُمْ فِي الأَرْضِ مِن وَلِيٍّ وَلاَ نَصِيرٍ﴾

(Münafiqlər) Allaha and içirlər ki, (küfr sözlər) danışmamışlar. Halbuki şübhəsiz, küfr demişlər. Onlar İslamı qəbul etdikdən sonra kafir oldular. Elə bir qərara gəldilər ki, ona əlləri çatmadı. (Peyğəmbəri qətlə yetirə bilmədilər.) Allah və rəsulunun onları öz lütfündən ehtiyacsız etməsindən savay (peyğəmbər və möminlər üçün) bir eyb tapmadılar. (Bununla belə,) əgər tövbə etsələr, onlar üçün daha yaxşıdır. Əgər üz döndərsələr, Allah onları dünya və axirətdə ağrılı əzaba düçar edər və yer üzündə onlar üçün heç bir dost və yardımçı tapılmaz.”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin