Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə19/81
tarix22.10.2017
ölçüsü3,08 Mb.
#11266
1   ...   15   16   17   18   19   20   21   22   ...   81

Nöqtələr


◘“Yuhadidillah” təbiri ya Allahın qüdrətini məhdudlaşdırmaq mənasındadır, ya da Allahı əli bağlı bilmək mənasında.

Fəxr-Razi bu təbiri “Hədid” sözünün əsasında sərtlik kimi mənalandıraraq demişdir: “Muhaddət” ya ilahi qanunlar çərçivəsini aşmaq, ya da özünü bir, Allahı digər bir tərəfdə bilmək mənasını daşıyır.


Bildirişlər


1. Həqiqi rəhbərə qarşı müxalifət Allaha qarşı müxalifətdir.

2. Yalan and içməklə şəxsiyyəti qorumaq Allahla düşmənçilik nümunəsidir.

3. Agah insanların Allahın dininə qarşı sərtliyi əbədi cəhənnəmlə nəticələnir.

4. Cəhənnəm haqqında düşünmək insanı inadkarlıqdan çəkindirə bilər.


Ayə 64:

﴿يَحْذَرُ الْمُنَافِقُونَ أَن تُنَزَّلَ عَلَيْهِمْ سُورَةٌ تُنَبِّئُهُمْ بِمَا فِي قُلُوبِهِم قُلِ اسْتَهْزِؤُواْ إِنَّ اللّهَ مُخْرِجٌ مَّا تَحْذَرُونَ﴾

Münafiqlər qorxurlar ki, onların içindəkilərdən xəbər verən zərərlərinə tamamlanacaq bir surə nazil olsun. De ki, (istədiyiniz qədər) məsxərə edin. Şübhəsiz, Allah qorxduğunuz şeyləri aşkar edəcək.”


Nöqtələr


◘Ayənin nazil olma şəni haqqında deyilir: Münafiqlərdən bir dəstəsi qərara gəldilər ki, Təbuk döyüşündə qayıdarkən aşırımlardan birində Peyğəmbərin (s) dəvəsini hürküdüb onu qətlə yetirsinlər. Bu məsələ vəhy vasitəsi ilə Peyğəmbərə (s) xəbər verildi.

Həzrət Peyğəmbər (s) Əmmar və Hüzeyfənin müşayiəti ilə aşırıma çatdı. Münafiqlər hücuma keçdilər. Peyğəmbər (s) onları tanıyıb adlarını Hüzeyfəyə dedi. O soruşdu: “Nə üçün qətllərinə fərman vermirsən?” Həzrət (s) buyurdu: “İstəmirəm desinlər ki, Məhəmməd (s) qüdrətə çatandan sonra müsəlmanları öldürdü.”1

◘Münafiqlər Peyğəmbərin (s) arxasınca istehza ilə deyirdilər: “O Şam saraylarını fəth etmək istəyir.” Ayə nazil oldu və onlar rüsvayçılıqla hədələndilər.2

◘“Surə” deyərkən ilahi ayələr məcmusu nəzərdə tutulur. Quranın yüz on dörd hissəsi ilkin İslam dövründən surə adlandırılmışdır.


Bildirişlər


1. Münafiq qorxur ki, hər an onun iç üzü açıla bilər.

2. Münafiqlər bilirdilər ki, Allah onların işindən agahdır, İslam Peyğəmbəri (s) haqdır və onun Allahla rabitəsi var. Bu səbəbdən də surələrin nazil olması onları narahat edirdi.

3. Quran ayələri ehtiyaclara uyğun tədricən nazil olmuşdur.

4. İstehza münafiqlərə məxsus şivədir. (İstehza deyərkən nifaq da nəzərdə tutula bilər.)

5. Münafiqlərin ifşa olunması ilahi sünnə və vədlərdəndir.

6. Allahın iradəsi münafiqlərin istəklərinə qalibdir.

7. Münafiqləri hədələmək zəruridir.
Ayə 65:

﴿وَلَئِن سَأَلْتَهُمْ لَيَقُولُنَّ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلْعَبُ قُلْ أَبِاللّهِ وَآيَاتِهِ وَرَسُولِهِ كُنتُمْ تَسْتَهْزِؤُونَ﴾

Əgər münafiqlərdən (nə üçün məsxərə etdiklərini) soruşsan, şübhəsiz ki, deyərlər: “Biz yalnız zarafat edir, əylənirik.” De ki, yoxsa Allahı, Onun ayələrini və Peyğəmbərini (s) məsxərəyə qoyursunuz?!”


Nöqtələr


“Xəvz” sözü palçığa batmaq (qədəm qoymaq) mənasını bildirir. Bu söz Quranda çirkin işlərə yol vermək mənasında işlədilmişdir.

Ayə Təbuk döyüşünə aiddir. Həmin döyüş ki, münafiqlər həzrət Peyğəmbəri (s) qətlə yetirmək fikrinə düşmüşdülər. Onlardan biri demişdi: “Əgər qurğumuz faş olsa, nə edək?” O biri demişdi: “Deyərik ki, əylənirdik.” Əslində günahdan da pis bir üzr gətirdilər.”1


Bildirişlər


1. Yalan və don geyindirmək münafiqlərin daimi işlərindəndir.

2. Hətta qurğu ifşa olunmamış geri çəkilmək, zəiflik göstərmək, yalan və müxaliflik münafiqin nişanələrindəndir.

3. Allah münafiqlərin bəhanələri və gələcəkləri haqqında xəbər vermiş, onları rüsvay etmişdir.

4. Münafiqlər özlərinə haqq qazandırmaq üçün həm and içirdilər, həm də zarafat etdiklərini bildirirdilər.

5. Peyğəmbər (s) münafiqləri qınamağa borcludur.

6. Dini müqəddəsliklərlə zarafata icazə yoxdur.


Ayə 66:

﴿لاَ تَعْتَذِرُواْ قَدْ كَفَرْتُم بَعْدَ إِيمَانِكُمْ إِن نَّعْفُ عَن طَآئِفَةٍ مِّنكُمْ نُعَذِّبْ طَآئِفَةً بِأَنَّهُمْ كَانُواْ مُجْرِمِينَ﴾

(Səbəbsiz) üzr və bəhanə gətirməyin. Həqiqətən, siz iman gətirdikdən sonra kafir oldunuz. Əgər sizdən bir dəstəsini bağışlasaq, başqa bir dəstənizi keçmiş günahlarına görə cəzalandırarıq.”


Nöqtələr


◘Hansı münafiqlərin bağışlana biləcəyi barədə müəyyən bildirişlər var: tövbə edənlər2; istehza edənlərin yanında olsalar da, bu işə rəhbərlik edənlərdən sayılmayanlar3; bağışlanması məsləhət olanlar4; qısa bir müddət yolunu azıb köklü və davamlı günaha batmayanlar.

Bildirişlər


1. Yalançıların və məsxərə edənlərin üzrü bəzən qəbul olmur.

2. Mürtədlik səbəbindən üzr qəbul olunmur.

3. Bugünkü imanımıza görə qürrələnməyək. Çünki daim pis aqibət təhlükəsi var.

4. Allah, Onun peyğəmbəri və ilahi ayələrə istehza küfrdür.

5. Münafiq əslində kafirdir.

6. Müxalifləri və münafiqləri hədələyərkən bütün yolları bağlamayaq.

7. Bəzi münafiqlər tövbə etsələr, bağışlana bilərlər. (Nifaqın da dərəcələri var.)

8. Münafiqlər keçmiş küfr və günahlarına görə cəzalandırılırlar.


Ayə 67:

﴿الْمُنَافِقُونَ وَالْمُنَافِقَاتُ بَعْضُهُم مِّن بَعْضٍ يَأْمُرُونَ بِالْمُنكَرِ وَيَنْهَوْنَ عَنِ الْمَعْرُوفِ وَيَقْبِضُونَ أَيْدِيَهُمْ نَسُواْ اللّهَ فَنَسِيَهُمْ إِنَّ الْمُنَافِقِينَ هُمُ الْفَاسِقُونَ﴾

Münafiq kişilər və qadınlar bir-birlərindəndirlər. Onlar pis işə çağırır, yaxşı işə qadağa qoyurlar. Öz əllərini (bəxşiş və infaqda) bağlayırlar. Onlar Allahı yaddan çıxarmışlar. Allah da onları yaddan çıxarmışdır. Həqiqətən, münafiqlər həmin fasiqlərdir.”


Nöqtələr


◘İlkin İslam dövründə kişilər kimi fəsada uğramış münafiq qadınlar da var idi.

Sual: Allahda unutqanlıq olmadığı halda1 Onun münafiqləri unutmasını necə başa düşmək olar?



Cavab: Allahın kimlərisə unutması məcazi məna daşıyır. Yəni Allah onlarla yaddan çıxmış kimi rəftar edir.

İmam Riza (ə) buyurmuşdur: “Allahı və qiyaməti unutmuş kəsin cəzası onun özünü unutmasıdır.”2 Həzrət Əli (ə) buyurmuşdur: “Allahın unutması dedikdə Onun kimlərisə xeyirdən məhrum etməsi nəzərdə tutulur.”3



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin