Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə37/81
tarix22.10.2017
ölçüsü3,08 Mb.
#11266
1   ...   33   34   35   36   37   38   39   40   ...   81

Nöqtələr


◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Kim Allahla görüşü sevərsə, Allah da onunla görüşü sevər.”1

“Kəhf” surəsinin son ayəsində oxuyuruq: “Qiyamət və Allahla görüşə inananlar saleh iş görməlidirlər.”


Bildirişlər


1. İnsanın islahında ümid və qorxunun mühüm rolu var.

2. İnsan qiyamətdən xəbərsiz qaldığı qədər dünyagir olur. Qiyamətə inananlar dünyapərəst olmamalıdırlar.

3. Həqiqi arxayınlıq yalnız Allahın zikri ilə yaranır. Dünya qafillərə yalnız yalan aramlıq verə bilər.

4. Cəhənnəmə düşməyin bir sıra səbəbləri var: məad və axirət mükafatlarının inkarı; ötəri dünyadan razılıq; ilahi ayələrdən qəflət; bəyənilməmiş əməl.

5. Cəhənnəm insanın öz qazancıdır.
Ayə 9:

﴿إِنَّ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ يَهْدِيهِمْ رَبُّهُمْ بِإِيمَانِهِمْ تَجْرِي مِن تَحْتِهِمُ الأَنْهَارُ فِي جَنَّاتِ النَّعِيمِ﴾

Şübhəsiz, iman gətirib saleh iş görənlərin Rəbbi onları imanlarına xatir hidayət edər. Onlar altından çaylar axan nemət dolu bağlarda sakin olarlar.”


Nöqtələr


◘Hədisdə deyilir: “Qiyamətdə qəbrindən qalxdığı vaxt insanın saleh əməlləri nurani surətdə mücəssəm olub onu behiştə yönəldər.”2

◘İlahi hidayət davamlı cərəyandır. Möminlərin hidayəti hər an artırılır. Onlar aşırımlardan qorunurlar, çıxılmaz vəziyyətdə üzlərinə qapı açılır.3 Möminlər üçün yol işıqlandırılır.4 İşlərindən düyün açılır.5 Hər yerdə təmin olunurlar.6 Qiyamətdə isə behiştə yönəldilirlər.7

“Yəhdihim” təbirinin ünvanları müəyyənləşdirilmədiyindən bu təbir bütün cəhətləri əhatə edir.

Bildirişlər


1. İman əməldən ayrı deyil.

2. Mömin hidayət əldə etmişsə də, daim buna ehtiyaclıdır. Allahın rəsulu və məsum imamlar da daim “bizi doğru yola hidayət et” demişlər.

3. İlahi hidayət üçün özümüz zəmin yaratmalıyıq.

4. İman və əməl arasında iman mehvərdir.

5. Allah-təalanın möminləri hidayət etməsi mütləq və əhatəlidir.

6. Allahın rübubiyyəti Onun daim möminlərə əl tutmasına səbəb olur.

7. Behişt çayları nəinki ağacların, hətta behişt evlərinin də altından axır.
Ayə 10:

﴿دَعْوَاهُمْ فِيهَا سُبْحَانَكَ اللَّهُمَّ وَتَحِيَّتُهُمْ فِيهَا سَلاَمٌ وَآخِرُ دَعْوَاهُمْ أَنِ الْحَمْدُ لِلّهِ رَبِّ الْعَالَمِينَ﴾

Onların (möminlərin) behiştdəki duası “Subhanəkəllahummə”, salamlaşmaları “salam”, dualarının sonu “əlhəmdulillahi Rəbbil aləmin”dir.”


Nöqtələr


◘“Salam” behişt əhlinin sözüdür və bu söz orada bütün fəzanı doldurar: Allah tərəfindən salam1; mələklər tərəfindən salam2; behişt əhlinin bir-birinə salamı3.

◘“Əlhəmdulillah” peyğəmbərlərin və övliyaların sözüdür. Həzrət Nuh zalım qövmünün əlindən xilas olduqdan sonra “əlhəmdulillah” dedi.4 İbrahim də qoca yaşında Allahın ona əta etdiyi İsmail və İshaqa görə Allaha həmd oxudu.5 “Əlhəmdulillah” möminlərin və behişt əhlinin sözüdür.6

◘Hədisdə deyilir: behişt əhli “sübhanəkəllahummə” deməklə xidmətçiləri səsləyirlər. Onlar da dərhal hazır olub behişt əhlinin istəklərini təmin edirlər.7

Hədisdə deyilir: Əgər bir bəndə Allaha həmd oxumağa məşğul olub nəsə istəməyi yaddan çıxarsa, Allah ona istəyəcəklərindən də artığını əta edər.8


Bildirişlər


1. Allah təkcə dünyada xatırlanmır, axirət də ilahi zikr yeridir.

2. İnsan elə bir məqama çata bilər ki, onun dua və istəkləri də Allah tərəfindən əziz tutular. Belə bir münasibət də mömini kama çatdırar.

3. Möminlər ilahi sifət müqabilində deyərlər: “Sübhanəkə”. Digər möminlərə isə “səlam” deyə müraciət olunar. İlahi nemətlərdən bəhrələnmə müqabilində “əlhəmdulillah” söyləyirlər.

4. Mömin Allah aşiqidir. Behişt və onun ləzzətləri də ona öz məhbubunu unutdurmur. O nəyə baxırsa Allahın lütf və qüdrətini görür.

5. Möminlərin sözü “sübhanallah” ilə başlayıb, “əlhəmdulillah” ilə başa çatır.
Ayə 11:

﴿وَلَوْ يُعَجِّلُ اللّهُ لِلنَّاسِ الشَّرَّ اسْتِعْجَالَهُم بِالْخَيْرِ لَقُضِيَ إِلَيْهِمْ أَجَلُهُمْ فَنَذَرُ الَّذِينَ لاَ يَرْجُونَ لِقَاءنَا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ﴾

Əgər Allah xalqın xeyir istəyindəki tələskənlikləri kimi onlara bəla çatdırmaqda da tələssəydi, şübhəsiz, əcəlləri çatmış olardı. Beləcə, bizimlə görüşə ümidvar olmayanları öz başına buraxarıq ki, öz azğınlıqları içində avara qalsınlar.”


Nöqtələr


◘Oxşar məfhumlarla “Kəfh” surəsinin 58-ci, “Fatir” surəsinin 45-ci ayələrində rastlaşırıq. Əgər Allah-təala insanları əməllərinə görə tez cəzalandırsa, hamı məhv olar. Bundan əlavə, vəzifənin əsas prinsipi olan ixtiyar, azadlıq aradan götürülər və itaət məcburi şəkil alar.

◘“İsticaləhum bil-xəyr” dedikdə, Allahın xeyri sürətlə çatdırması və bəlanı təxirə salması nəzərdə tutula bilər.



Bildirişlər


1. İnsan xaraktercə tələskəndir.1

2. Əgər Allah pis əməl sahiblərini dərhal cəzalandırsaydı, yer üzündə kimsə qalmazdı.

3. “İstidrac”, yəni zalımların tədricən cəzalandırılması ilahi qanunlardandır.

4. Kafirlərin dərhal məhv edilməməsi onların haqq olmasını göstərmir.

5. Allahdan uzaqlaşıb, başı özünə qatılanların hansısa bir məqsədi yoxdur və onlar avaradırlar.

6. Qiyamət həqiqətinin inkarı və bu həqiqətə diqqətsizlik tüğyan və ilahi lütfdən məhrumluq səbəbidir.


Ayə 12:

﴿وَإِذَا مَسَّ الإِنسَانَ الضُّرُّ دَعَانَا لِجَنبِهِ أَوْ قَاعِدًا أَوْ قَآئِمًا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُ مَرَّ كَأَن لَّمْ يَدْعُنَا إِلَى ضُرٍّ مَّسَّهُ كَذَلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُواْ يَعْمَلُونَ﴾

Böyrü üstdə yatdığı, oturduğu və ya durduğu halda insana bir zərər yetişdikdə Bizi çağırar. Amma elə ki, zərəri ondan uzaqlaşdırdıq, yolunu elə gedər ki, sanki heç vaxt düşdüyü çətinliyə görə Bizi çağırmamışdır. İsrafçılara öz əməlləri bu sayaq gözəl görünür.”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin