Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə67/81
tarix22.10.2017
ölçüsü3,08 Mb.
#11266
1   ...   63   64   65   66   67   68   69   70   ...   81

Bildirişlər


1. Həzrət Hudun peyğəmbərliyi Ad qövmünə aid idi.

2. Qardaşyana fəzada təbliğ təsirlidir.

3 Peyğəmbərlər yalançı və ya sehrbaz yox, ümmətlər üçün qardaşdırlar.

4. Tövhidə dəvət peyğəmbərlərin ilkin vəzifəsidir.

5. Əməli tövhid etiqadi tövhidə əsaslanır.

6. Allaha şərik qoşmaq xülya və böhtandan başqa bir şey deyil.


Ayə 51:

﴿يَا قَوْمِ لا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِنْ أَجْرِيَ إِلاَّ عَلَى الَّذِي فَطَرَنِي أَفَلاَ تَعْقِلُونَ﴾

(Hud dedi) Ey mənim qövmüm! Mən öz risalətim müqabilində sizdən əvəz istəmirəm. Mənim mükafatım yalnız məni yaradanın öhdəsinədir. Yoxsa düşünmürsünüz?!”


Nöqtələr


◘Peyğəmbərlərin əvəz istəməməsi və təmənnasızlığı Quranda dəfələrlə bəyan olunmuşdur. Məlum olur ki, xalqın haqqa üz tutmasında ən böyük maneələrdən biri maddiyyatdır.

Bildirişlər


1. Peyğəmbərlərin maddi məqsədləri yox idi. Onların hədəfi Allahın razılığını qazanmaq olmuşdur. (Peyğəmbərlərin əcrini Allah Özü verir.)

2. Təbliğdə müvəffəqiyyətin əsas şərtlərindən biri ixlas, səmimilikdir.

3. Allahın xaliqliyinə diqqət ixlas üçün zəmindir.

4. Düşüncə bizi peyğəmbərlərə itaətə, vəhyə tabeçiliyə çağırır. (Ağıl vəhyə zidd deyil, əksinə vəhyin qəbulu üçün zəmin yaradır.)

5. Dünya və onun mənafeləri fikrində olmayan kəsin özünü bir bu qədər zəhmətə salmasına nə dəlil var?!
Ayə 52:

﴿وَيَا قَوْمِ اسْتَغْفِرُواْ رَبَّكُمْ ثُمَّ تُوبُواْ إِلَيْهِ يُرْسِلِ السَّمَاء عَلَيْكُم مِّدْرَارًا وَيَزِدْكُمْ قُوَّةً إِلَى قُوَّتِكُمْ وَلاَ تَتَوَلَّوْاْ مُجْرِمِينَ﴾

(Hud sözünə davam etdi:) “Ey mənim qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra Ona doğru qayıdın. Tövbə qılın ki, O sizin üçün səmadan aramsız yağış göndərsin, gücünüzə güc artırsın. Günaha görə (haqq yoldan) üz döndərməyin.”


Bildirişlər


1. İstiğfar və günahlardan tövbə vacibdir.

2. Günahlara görə bağışlanma diləmək və tövbə qılmaq Allaha doğru qayıdış üçün müqəddimədir.

3. Bir insanın istiğfar və tövbəsi cəmiyyətin taleyini dəyişmir. Allahın yardımının nazil olması üçün bütün cəmiyyət dəyişməlidir.

4. Əməllərin və əqidələrin təbiət hadisələrinə təsiri var. (Ad qövmü şirk və günahına xatir qıtlıq və quraqlığa düçar olmuşdu.)

5. Təbii amillər diqqətimizi Allahın iradəsindən yayındırmasın.

6. İslam quruluşu və hökuməti iqtisadi tərəqqi istəyirsə, cəmiyyətin mənəviyyatı üzərində işləməlidir.

7. Tövbə və Allaha doğru qayıdışın dünyada mükafatı var-dövlət və qüdrətdir.

8. Elə güman etməyin ki, Allaha iman gətirən insan dünya malından uzaq düşür. (Əgər iman gətirsək, nəinki bizdən maddi bir şey tələb olunmaz, hətta var-dövlətimiz artırılar.

9. Allah dərgahına üz tutub boyun əymək və tövbə qılmaqla nəinki əskilmirik, hətta güclü, böyük və əziz oluruq.

10. Ad qövmü qüvvətli bir qövm idi.

11. Əgər fiziki gücə iman gücü əlavə olunarsa, insanın qüdrəti kamilləşər.

12. Sağlam, güclü, varlı cəmiyyət ərsəyə gətirmək səmavi dinlərin məqsədlərindəndir.

13. İqtisadi qüdrət digər qüdrətlər üçün zəmindir.

14. Təbliğdə təşviq üsulundan da yararlanmaq lazımdır. (Məqsədə çatmaq yolunda maddi nəticələri bəyan etmək olar.)

15. Peyğəmbər yolundan üz döndərib, bu yola etinasızlıq göstərmək günahdır.
Ayə 53:

﴿قَالُواْ يَا هُودُ مَا جِئْتَنَا بِبَيِّنَةٍ وَمَا نَحْنُ بِتَارِكِي آلِهَتِنَا عَن قَوْلِكَ وَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ﴾

(Müşriklər) dedilər: “Ey Hud! Sən bizim üçün aşkar dəlil gətirməmisən və biz sənin sözlərinə xatir öz tanrılarımızdan əl çəkmərik. Biz sənə iman gətirənlərdən deyilik.”


Bildirişlər


1.Əlində heç bir dəlil olmadığı halda daşa və ağaca ibadət edənlər bir belə möcüzə və dəlil sahibi olan peyğəmbərə şübhə edirmi?!

2. Kafirlərin son sözü bu idi ki, biz sənin sözlərinə xatir bütlərimizdən əl çəkmərik. Ayədən aydın görünür ki, müxaliflər heç bir dəlil tələb etmirdilər.

3. Peyğəmbərlər öz dəvətlərinin ilkin mərhələsində müşriklərin ciddi müqaviməti ilə rastlaşırdılar, amma heç vaxt təbliğdən əl çəkmirdilər.

Ayə 54:

﴿إِن نَّقُولُ إِلاَّ اعْتَرَاكَ بَعْضُ آلِهَتِنَا بِسُوَءٍ قَالَ إِنِّي أُشْهِدُ اللّهِ وَاشْهَدُواْ أَنِّي بَرِيءٌ مِّمَّا تُشْرِكُونَ﴾

(Bizim sözümüz yoxdur,) təkcə bunu deyirik ki, tanrılarımızdan bəziləri sənə ziyan vurmuşlar. Onları qəzəbləndirdiyin üçün ağlını əlindən almışlar.) Hud dedi: “Həqiqətən, mən Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam.”


Ayə 55:

﴿مِن دُونِهِ فَكِيدُونِي جَمِيعًا ثُمَّ لاَ تُنظِرُونِ﴾

Ondan (Allahdan) başqa hər şeydən (uzağam)! Hamınız mənə qarşı qurğu qurun və mənə möhlət verməyin. (Məlum olsun ki, siz və sizin bütləriniz heç nə bacarmırsınız.)”


Nöqtələr


◘“İtira” dedikdə etiraz və hədəfə çatma mənaları başa düşülür.

◘Həzrət Hud bütpərəstlərin tutduqları yolun puç olduğunu sübut etmək üçün onları mübarizəyə çağırdı. Nuh da belə etmişdi. O, xalqa dedi: “Siz istədiyiniz işi görün. Amma bilin ki, mənə bir zərər toxundura bilməyəcəksiniz.”1 İslam Peyğəmbərinin (s) də bu sayaq çağırışları var.2


Bildirişlər


1. Ad qövmü inanırdı ki, hər bir büt dünyanın müəyyən işlərini idarə edir.

2. Xurafata qarşı çıxmış peyğəmbərlərin, islahatçıların dəli adlandırılması təzə iş deyil.

3. Şirk və müşriklərdən üz döndərib onlara arxa çevirmək ilahi peyğəmbərlərin qaydası olmuşdur.

4. Xurafata qarşı qətiyyətlə mübarizə aparılmalıdır.

5. Hudun mübarizəyə çağırışı onun haqq olmasının dəlilidir.

6. Peyğəmbərlər heç bir qüvvədən çəkinmirlər.

7. Bütlərin heç bir qüdrəti yoxdur.
Ayə 56:

﴿إِنِّي تَوَكَّلْتُ عَلَى اللّهِ رَبِّي وَرَبِّكُم مَّا مِن دَآبَّةٍ إِلاَّ هُوَ آخِذٌ بِنَاصِيَتِهَا إِنَّ رَبِّي عَلَى صِرَاطٍ مُّسْتَقِيمٍ﴾

Həqiqətən, mən mənim və sizin Rəbbiniz olan Allaha təvəkkül etmişəm. Onun cilovlamadığı heç bir canlı yoxdur. Həqiqətən, mənim Rəbbim doğru yol üstədir.”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin