Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə70/81
tarix22.10.2017
ölçüsü3,08 Mb.
#11266
1   ...   66   67   68   69   70   71   72   73   ...   81

Nöqtələr


◘“Casimin” dedikdə dizi üstə oturmaq və ya üzü üstə düşmək başa düşülür. Necə ki, elektrik cərəyanı insanı dondurub, hərəkət etməyə qoymur. “Yəğnəv” dedikdə bir məkanda dayanmaq mənası başa düşülür.

◘İnadkar və zalım Səmud qövmünün işi bu ayədə bağlanmış olur.

◘Həzrət Saleh ərəb peyğəmbərlərindən və Səmud qövmündən idi. Bu qövm Mədinə və Şam arasındakı Əl-Qəra məntəqəsində yaşayırdı. Onların məşğuliyyəti əkinçilik və bağçılıq idi. Hazırkı Tövratda Salehin adı çəkilmir.1

◘Hazırda səsdən iti sürətli təyyarələrin uğultusu evlərin şüşəsini qırdığı kimi, dünyanın da son nöqtəsi səmadan enən bir səslə qoyulasıdır. Həmin səs yer üzündəki həyatı sona çatdırasıdır.2 Qiyamət və məhşər səhnəsi də əzəmətli bir səs vasitəsi ilə bərpa olacaq.3


Bildirişlər


1. Zalımların Allah qəzəbinə gəlməsinin səbəbi onların öz ətrafındakılara zülm-sitəmləridir.

2. Allahın cəzası təkcə Qiyamətə aid deyil. Zülm-sitəmin elə bu dünyada da cəzası var.




Ayə 69:

﴿وَلَقَدْ جَاءتْ رُسُلُنَا إِبْرَاهِيمَ بِالْبُـشْرَى قَالُواْ سَلاَمًا قَالَ سَلاَمٌ فَمَا لَبِثَ أَن جَاء بِعِجْلٍ حَنِيذٍ﴾

Həqiqətən, Bizim elçilərimiz İbrahimə müjdə gətirib dedilər: “Salam.” (İbrahim) dedi: “Salam.” Çox ötmədi ki, onlara (qonaqlıq üçün) qızarmış bir buzov gətirdi.”


Bildirişlər


1. Mələklər Allahın izni ilə insan şəklinə düşə bilirlər.

2. Sözə salamla başlamaq lazımdır.

3. Salam səmavi bir şüar, ilahi bir qaydadır.

4. Salama gözəl tərzdə cavab verilməlidir.

5. Qonaq qəbulunda iti olmaq lazımdır.

6. Tanınmayan bir şəxsi də qonaq qəbul etmək dəyərdir.

7. Peyğəmbərlər qonaqpərvər və səxavətli idilər.

8. Qonaqdan aclığı və nə yemək istədiyi barədə soruşmayaq.

9. Qonağa özümüz xidmət edək.

10. Qonağı xörəyin yanına yox, xörəyi qonağın yanına aparaq.

11. Qonağı yaxşı şəkildə qəbul etmək lazımdır. “Zariyat” surəsində oxuyuruq ki, həzrət İbrahim öz qonaqlarına kabab verərdi.
Ayə 70:

﴿فَلَمَّا رَأَى أَيْدِيَهُمْ لاَ تَصِلُ إِلَيْهِ نَكِرَهُمْ وَأَوْجَسَ مِنْهُمْ خِيفَةً قَالُواْ لاَ تَخَفْ إِنَّا أُرْسِلْنَا إِلَى قَوْمِ لُوطٍ﴾

(İbrahim) onların (qonaqların) yeməyə əl uzatmadılarını görüb narahat oldu və qəlbinə qorxu düşdü. (Düşündü ki, onlar öz pis məqsədlərini rahatca həyata keçirmək üçün çörək kəsmirlər.) Amma qonaqlar dedilər: “Qorxma, həqiqətən, biz Lut qövmünə (əzab üçün) göndərilmişik.”


Nöqtələr


◘Həzrət İbrahimin keçirdiyi qorxu adi insanların qorxusundan fərqlənirdi. İbrahim tarixin bütsındıranı idi və heç vaxt nədənsə qorxmamışdı. Amma təhlükə ehtimalı fərqli bir məsələ idi.

◘İşdə mərhələləri gözləmək lazımdır. Həzrət Lut və onun qövmü həzrət İbrahimin tabeçiliyində olan qövmlərdən idi. Bu səbəbdən də Lut qövmünün məhvi üçün həzrət İbrahim bu işdən xəbərdar edilirdi.


Bildirişlər


1. Mələklər maddi qidalardan istifadə etmirlər.

2. Peyğəmbərlərin elmi məhduddur.

3. Həzrət İbrahimin dövründə qonağın süfrəyə əl uzatmaması onun ev sahibi ilə düşmənçilik nişanəsi sayılırdı.

4. Bəzən insanın qorxusu məlumatsızlıqdan qaynaqlanır.

5. Mələklərin vəzifələrindən biri əzab gətirməkdir.
Ayə 71:

﴿وَامْرَأَتُهُ قَآئِمَةٌ فَضَحِكَتْ فَبَشَّرْنَاهَا بِإِسْحَقَ وَمِن وَرَاء إِسْحَقَ يَعْقُوبَ﴾

Onun zövcəsi ayaq üstə durmuşdu. Beləliklə o, (sirli qonaqlar mələk olduqda) sevincindən güldü. Beləliklə, ona İshaq (adlı oğulla) və İshaqın adınca Yəqub (adlı nəvə) ilə müjdə verdik.”


Nöqtələr


◘“İbrahimin zövcəsi ayaq üstə durmuşdu. (Söhbətləri eşidib) güldü. Biz ona İshaq (adlı bir övlad)la, İshaqdan sonra Yəqub (adlı bir övlad)la müjdə verdik.” İbrahimin zövcəsinin ayaq üstə durması bir neçə səbəblə izah olunur: ibadət üçün; qonaqlara xidmət üçün; get-gələ və söhbətlərə nəzarət üçün.

◘“Zihk” sözü gülmək mənasını bildirir. “Zəhk” sözü isə aybaşı mənasını ifadə edir. İbrahimin zövcəsi qonaqların süfrəyə əl uzatmamasının İbrahim üçün təhlükə olmadığını bildiyindən gülə bilərdi. Bəzi təfsirlərdə isə bu gülüş başqa cür mənalandırılır: İbrahimin zövcəsi (Sara) yaşlı bir qadın idi və uzun illər idi ki, aybaşı olmurdu. O, övladı olacağını eşitdikdə birdən belə hala düşdü və anladı ki, Allahın iradəsi ilə övlad sahibi ola bilər. İmam Sadiq buyurmuşdur: “Zəhikət” sözü onun aybaşı olmasını bildirir.”1


Bildirişlər


1. Bəzi səhnələrdə qadının da iştirakı lazım gəlir.

2. Qadının ruhu kişinin ruhundan zərifdir. Həzrət İbrahim də əhvalatı eşitmişdi. Amma yalnız Sara güldü.

3. Qəmli xəbərlər arasında müjdə də olur.

4. Ən üstün müjdə ardıcıl və davamlı nemət müjdəsidir. Ola bilsin ki, övladlardan biri o birindən sonra gəldiyi üçün “Yəqub” (“Üqb” sözündən) adlandırıldı.

5. Peyğəmbərlərin adı öncədən təyin olunmuşdur.

6. İlahi mələklərin hər bir dəstəsinin öz vəzifəsi olsa da, haqqında danışılan mələklərə bir neçə iş tapşırılmışdı. Onlar Lut qövmünü məhv etməli, İbrahim və Saraya övlad müjdəsi verməliydilər.


Ayə 72:

﴿قَالَتْ يَا وَيْلَتَى أَأَلِدُ وَأَنَاْ عَجُوزٌ وَهَـذَا بَعْلِي شَيْخًا إِنَّ هَـذَا لَشَيْءٌ عَجِيبٌ﴾

(İbrahimin zövcəsi) dedi: “Vay olsun mənə! Özüm qoca bir qarı, ərim qoca bir kişi olduğu halda övladımmı olacaq? Doğrusu, bu, təəccüblü bir işdir!”


Nöqtələr


◘İbrahimin zövcəsi təəccüb etməkdə haqlı idi. Çünki bu qadın gənc yaşından bəri sonsuz olmuşdu.2 İndi isə onun 90, əri İbrahimin 100 yaşı vardı.

◘“Əl-mizan” təfsirində nəql olunduğuna əsasən, “bəl” başqasına ehtiyacı olmayan, ayaq üstdə dura bilən insana deyilir. Öz xərcini təklikdə ödəyə bilən ər də ”bəl” adlandırılmışdır. Suya ehtiyacı olmayan xurma ağacına da “bəl” deyilir.


Bildirişlər


1. Qadın elə bir məqama ucala bilər ki, mələklərlə danışar.

2. Allahın qüdrətinə təəccüb imana zidd deyil.

3. Allahın qüdrətini öz məhdud imkanlarımızla ölçməyək. (Bəzən zahiri vasitələr səmərəsiz olur.)
Ayə 73:

﴿قَالُواْ أَتَعْجَبِينَ مِنْ أَمْرِ اللّهِ رَحْمَتُ اللّهِ وَبَرَكَاتُهُ عَلَيْكُمْ أَهْلَ الْبَيْتِ إِنَّهُ حَمِيدٌ مَّجِيدٌ﴾

(Mələklər İbrahimin zövcəsinə) dedilər: “Allahın işinə təəccübmü edirsən? Siz ev əhlinə Allahın rəhmət və bərəkəti nazil oldu. Həqiqətən, O, mədh olmuş və böyükdür.”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin