2. İctimai tə’sirlər
Camaat namazı sıra vəhdətinin müqəddiməsi, qəlblərin yaxınlığı və qardaşlıq ruhiyyəsinin güclənmə səbəbidir.
Cəmiyyət namazı insanların dəbdəbəsiz toplanışı və fərdləri tanımaq üçün ən yaxşı yoldur. Camaat namazı dünyanın ən yaxşı, ən pak və ən az xərcli ictimasıdır. Cəmiyyət namazı bir növ xərcsiz görüş, insanların ehtiyacından xəbər tutmaq və müsəlmanlar arasında ictimai əlaqə vasitəsidir.
3. Siyasi tə’sirlər
Camaat namazı müsəlmanların qüdrət nişanəsi, qəlblərin mehribanlığı və sıraların uyğunlaşmasıdır.
Camaat namazı təfriqələri məhv edir, düşmənlərin qəlbinə qorxu salır, münafiqləri mə’yus edir.
Camaat namazı səhnədə hazır olmaq və “imam”ın “ümmət”lə rabitəsidir. İslami siyasi cəmiyyət nizamında rəhbərlik vəzifəsini öhdəsinə götürən şəxs bir sıra üstün cəhətlərə malik olmalıdır. Belə ki, insanlar onun üstün cəhətlərindən ilham almalıdır. Pişnamaz elm, əməl, təqva və ədalət baxımından başqalarından üstün olmalıdır.
Hədisdə oxuyuruq: “Ən fəzilətli və ən üstün olanınızı önə verin və ona iqtida edin.”1
Bu haqda xeyli hədislər var. İndi isə bir neçə nümunəyə işarə edək:
Pişnamaz elə bir şəxs olmalıdır ki, xalq onun imanlı və əmanətdar olduğuna inansın.2 İmam Sadiq (ə) buyurur: “Pişnamaz sizi Allaha doğru aparan rəhbərdir. Beləsə, kimə iqtida etdiyinizi düşünün.”3 Əbuzər buyurub: “Qiyamətdə sizə imamınız şəfaət verəcək. Buna görə də səfeh və fasiq insanları özünüzə şəfaətçi seçməyin.”4 “Tanınmamış şəxslərə, dində və rəhbərlikdə həddi aşanlara iqtida etmək qadağan olunmuşdur.”5 Cəmiyyətdə aşkar günahına görə şallaqlanmış və ya qeyri-qanuni yolla dünyaya gəlmiş şəxslərin imam (pişnamaz) olmaq hüququ yoxdur.6 Pişnamaz xalq tərəfindən qəbul olunmalıdır. Yoxsa qılınmış namaz Allah dərgahında qəbul olmaz.7 İmam Sadiq (ə) “Ə’raf” surəsinin 31-ci ayəsini belə təfsir edir: “Məscidin zinəti layiqli rəhbər və məscidin layiqli pişnamazıdır.”8
Əlbəttə, təmiz paltar geymək, ətirlənmək və bu kimi başqa işlər də rəvayətlərdə məscidin zinəti adlandırılmışdır.
İmam Baqir (ə) buyurur: “Camaatın imamı (pişnamaz) düşüncəli şəxs olmalıdır.”9
Allahın rəsulu (s) buyurur: “Alim imamın arxasında namaz qılan şəxs sanki mənim və həzrət İbrahimin (ə) arxasında namaz qılmışdır.”1
İmam (pişnamaz) zəif şəxsləri nəzərə alıb, namazı uzatmamalıdır.2
Bütün hədislərdən imamın həssas mövqeyi aydınlaşır.
Dostları ilə paylaş: |