Hadisələr üzərində əməllərin xassələri
A+B = B+A 2) (A+B)+C =A+(B+C)
3) A+A+....+A=A 4) A+V=A
5) A·A·....·A=A 6) A(B+C)=AB+AC
7) A·U =A 8) (A-B)C =AC-BC
9) və uyuşmayan hadisədirsə A1·A2 =V
4. Ehtimalın klassik tərifi
Tutaq ki, A1, A2....An cüt-cüt uyuşmayan hadisələr, yəni Ai Aj = i, j =1,2,....n
A1+A2 +.... An =U
olarsa, onda A1, A2, ...., An hadisələrinə hadisələrin tam sistemi deyilir.
Əgər A=A1+A2+ ....+An olarsa, onda deyilir ki, A hadisəsi A1, A2, A3, ...., An xüsusi hallara ayrılır.
Fərz edək ki, A1, A2, ....,An tam sistemi eyni imkanlı hadisələrdir. Belə hadisələrə elementar hadisələr deyilir.
Tərif : Əgər A hadisəsi cüt-cüt uyuşmayan eyni imkanlı n hadisədən ibarət tam sistemə daxil olan m xüsusi hallara ayrılarsa, onda ədədinə A hadisəsinin ehtimalı deyilir və P(A) ilə işarə olunur. P(A) =
Bu tərufi belə söyləmək olar A hadisəsi üçün əlverişli hallar sayının bütün mümkün hallar sayına nisbətinə onun ehtimalı deyilir. Bu tərifə ehtimalın klassik tərifi deyilir.
Misal : İki zəri birgə atdıqda yuxarı düşən üzlərdəki xallar cəminin uyğun 2,6,10,12 olmasından ibarət olan A,B,C,D hadisələrinin ehtimalını tapmalı.
Həlli : Mümkün olan hallar sayı n=36 A,B,C,D hadisələr üçün əlverişli hallar aşağıdakı kimidir.
A
|
1+1
|
m = 1
|
B
|
1+5, 2+4, 3+3, 4+2, 5+1
|
m = 5
|
C
|
4+6, 5+5, 6+4
|
m = 3
|
D
|
6+6
|
m = 1
|
P(A) = P(B) =
P(C) = P(D) =
Dostları ilə paylaş: |