Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


İTM FƏNNİNİN APARICI FUNKSİYASI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə82/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   78   79   80   81   82   83   84   85   ...   94
Informatika-Muhazireler-2

İTM FƏNNİNİN APARICI FUNKSİYASI
Orta ümumtəhsil məktəbinin tədris planına daxil edilmiş İTM fənni (digər
ümumtəhsil fənnlərinin də köməyi ilə) şagirdlərin kompüter savadını təmin etməlidir.
Kompüter savadı təmin olunması prosesinə yanaşmanın xüsusiyyəti ondan ibarətdir ki,
"İnformatikanın və hesablama texnikasının əsasları" fənni orta məktəbin ümumtəhsil
fənni kimi yaradılır və onun öyrədilməsi hər bir şagird üçün mümkün və əlverişli
olmalıdır".
Tədris fənni kimi informatikanın və hesablama texnikasının əsasları haqqında
təsəvvürlərin didaktik səviyyədə formalaşdırılmasını ümumi orta təhsilin məzmu-
nunun konsepsiyası əsasında təhlil etmək daha məqsədəuyğundur. Burada tədris
fənninin çoxsaylı vəzifələri (funksiyaları) içərisindən aparıcı funksiyanın (aparıcı
kompanentin) seçilməsi mühüm yer tutur.
Aparıcı kompanentlər müəyyən sahənin elmi bilikləri, fəaliyyət qaydaları və
dünyanın müəyyən (məsələn, obrazlı) təsviri ola bilər. Bir çox təbii-elmi və humanitar
fənnlərin (məsələn, fizikanın, biologiyanın və tarixin) başlıca funksiyası biliklərdir.
Digər fənnlərin (məsələn, xarici dil, əmək təlimi, idman və s.) öyrənilməsində isə
aparıcı kompanent fəaliyyət üsullarıdır; biliklər isə onların vacibliyi ilə bərabər, yalnız
fəaliyyət priyomlarının, vərdiş və bacarıqların formalaşdırılmasına xidmət edir. Bəzi
hallarda bu funksiyaları bir-birindən ayırmaq çətin olur və hər iki funksiya – həm


 185
biliklər, həm də fəaliyyət üsulları aparıcı kompanent olur. Belə fənlərə riyaziyyatı
və ana dilini misal göstərmək olar. Orta məktəbdə proqramlaşdırmanın və hesablama
texnikasının müxtəlif səviyyələrdə öyrənilməsi təcrübəsi, mövcud dərsliklərin və
metodik vəsaitlərin təhlili göstərir ki, İTM fənni də həm biliklər, həm də fəaliyyət
üsullarından ibarət olan ikili aparıcı funksiyaya malikdir. Bunların ikisinin bir-biri ilə
müqayisəsində fəaliyyət üsulları ön plana keçir (çünki fənnin başlıca vəzifəsi şagird-
lərin kompüter savadının təmin edən bacarıqlar və vərdişlər formalaşdırmaqdan
ibarətdir).
Peşəkar kompüter istifadəçilərinin fəaliyyətinin təhlili göstərir ki, onlar üçün
kompüterdən istifadə qaydalarının mənimsənilməsi EHM-də məsələ həll etmək
bacarığında və vərdişlərində cəmlənir. Bu nöqteyi-nəzərdən fəaliyyət qaydalarının
aparıcı funksiya olması fikri əslində "kompüter savadı" terminində özünü göstərir.
Məlumdur ki, "savad" termininin mahiyyəti şifahi və yazılı nitq vərdişlərinin
müəyyən dərəcədə mənimsənilməsinin təmin olunmasından ibarətdir. Buna analoci
olaraq, kompüter savadını da kompüterdə məsələlər həlli bacarığının səviyyəsi kimi
təyin etmək olar.
İTM fənninin məzmununa xas olan aparıcı funksiya – fəaliyyət qaydaları
alqoritmləşdirmə, riyazi modelləşdirmə, proqramlaşdırma, alqoritm və proqram tərtib
olunması üzrə materiallar əsasında problemli, təfəkkürü inkişaf etdirən tapşırıqlar
işlənməsinə xüsusi tələblər verir. Fənnin xarakterik xüsusiyyəti ondan ibarətdir ki,
belə tapşırıqların yerinə yetirilməsində kompüter öyrənilmə obyekti kimi iştirak edir.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin