Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


İTM-nin TƏDRİSİNDƏ FƏNNLƏRARASI ƏLAQƏ



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə83/94
tarix27.05.2022
ölçüsü1,09 Mb.
#116342
1   ...   79   80   81   82   83   84   85   86   ...   94
Informatika-Muhazireler-2

İTM-nin TƏDRİSİNDƏ FƏNNLƏRARASI ƏLAQƏ
İTM kursunun məzmunu və məqsədləri fənnlərarası əlaqə yaradılmasında
onun böyük rolu olduğunu bilavasitə göstərir. Aşkardır ki, bu əlaqələr proqram-
metodik sənədlərdə, informatika dərsliyində öz əksini tapmalıdır.
Tədris fənnləri kimi, riyaziyyat və İTM arasında əlaqə uyğun elm sahələrinin
qarşılıqlı əlaqələrinin prinsipial əsaslarını əks etdirir. Məlumdur ki, EHM-in ümumi iş
prinsiplərinin, kompüterlərin özünün təkmilləşdirilməsi riyaziyyatçıların fəal iştirakı
ilə həyata keçirilir və riyaziyyat elminin uyğun bölmələrinə əsaslanır. Bu, qarşılıqlı
təsirin bir tərəfidir. Həmin təsirin digər tərəfi isə ondan ibarətdir ki, güclü EHM-lər


 186
elm və tədris fənni kimi riyaziyyatın imkanlarını genişləndirir, o cümlədən əvvəllər
riyaziyyat təliminə daxil edilməyən məsələlərin tədris olunmasına imkan verir.
İTM-nin tədrisində fənnlərarası əlaqə üçün ən mühüm obyekt kompüter savadı
fenomenidir. Bu anlayış riyaziyyat, İTM, fizika və s. fənnlərinin birgə səyi ilə
formalaşdırılır. Kompüter savadı formalaşdırılmasının ümumi sxemini – bu işdə tədris
fənnlərinin rolunu aşağıdakı kimi təsəvvür etmək olar.
İTM kursu alqoritmləşdirmənin elementlərini, proqramlaşdırma bacarığını
formalaşdırmağa, EHM-lə işləmə vərdişləri anlatmağa yönəlir. Kursun məzmununa
həm də, EHM-in quruluşu haqqında məlumat (EHM-in struktur sxemi, əsas qurğuların
vəzifələri və iş prinsipləri) daxildir.
Riyaziyyat kursunun 
vəzifəsi proqramlaşdırmanın öyrənilməsi üçün
propedevtika yaratmaqdan və elmi baza hazırlamaqdan ibarətdir. Kompüter savadının
formalaşdırılması ilə əlaqədar riyaziyyatda aparılmalı olan material korrektivləri,
əsasən onun alqoritmik xəttinin inkişaf etdirilməsindən ibarətdir. Alqoritm anlayışını
təkcə hesablama alqoritmləri üzrə deyil, həm də insan fəaliyyətinin digər sahələrindən
götürülən misallar üzrə qurulan alqoritmlər əsasında formalaşdırmaq zəruridir.
Şagirdlər başa düşməlidirlər ki, insanın bu və ya fəaliyyəti yalnız alqoritm əsasında
avtomatlaşdırıla bilər. Onda şagirdlər həm hesablama texnikasının rolunu, həm də
praktikada qarşıya çıxan bu və ya digər məsələlərin həllinə onların tətbiq olunma
imkanlarını başa düşər.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin