Mövzu №1. Zoopsixologiya və müqayisəli psixologiya fənninin obyekti, predmeti, məqsədi, tədqiqat metodları və fənnin yaranma tarixi.
Plan 1. Zoopsixologiya və müqayisəli psixologiya fənninin obyekti, predmeti və məqsədi.
2. Zoopsixologiya və müqayisəli psixologiyanın tədqiqat metodları 3. Zoopsixologiya və müqayisəli psixologiya fənninin yaranma tarixi
1. Zoopsixologiya və müqayisəli psixologiya fənninin obyekti, predmeti və məqsədi. Zoopsixologiya və müqayisəli psixologiya ümumi psixologiyaya aid elm sahəsi olaraq psixikanı təkamül prosesini öyrənir.
Zoopsixologiya heyvan psixikası haqqında elm sahəsi olaraq, heyvanların səviyyəsində psixikanın qanunauyğunluqlarını və təkamülünü öyrənir. Eyni zamanda heyvanlarda psixi proseslərin onto- və filogenezdə yaranması və insan şürunun inkişaf tarixini öyrənən elm sahəsidir.
Zoopsixologiya ali onurğalıların və xüsusilə primatların antropogenetik əhəmiyyətli xüsusiyyətləri problemini öyrənir. Bu elmin əsas xüsusiyyətlərindən biridə odur ki, o, heyvanların intellektini öyrənir. Bəzən zoopsixologiya müstəqil bir elm sahəsi kimi yox, metod kimi qəbul edilir.
Müqayisəli psixologiya isə psixikanın müxtəlif inkişaf səviyyələrini müqayisəli şəkildə öyrənir. Yəni, insan və heyvan psixikasının yaranma qanunauyğunluqları, insan və heyvan psixi fəaliyyətinin ümumi və fərqli tərəflərini öyrənir. Müqayisəli psixologiya filogenezi, ontogenezi, qanunauyğunluqları, anadangəlmə və qazanılma olan psixi funksiyaları öyrənir. O, müqayisəli şəkildə insan və primatların psixologiyasını öyrənir .
Zoopsixologiyanın obyekti heyvanların davranışını və praktiki fəaliyyətini öyrənir.
Zoopsixologiyanın predmeti isə heyvanların davranış və fəaliyyətlərində psixoloji əksetmədir. Yəni, psixika və onun təkamülünü öyrənməkdən ibarətdir.
Heyvanların psixi fəaliyyət probleminə iki yanaşma mövcuddur. V.A.Vaqner bu yanaşmalara “monizm yuxarıdan” və “monizm aşağıdan” adlandırmışdır. “Monizm aşağıdan” yanaşması daha çox evolyüsionistlərin, refleksoloqların, bihevioristlərin yanaşmalarında rast gəlir. Bu istiqamətin tədqiqatçıları heyvanların psixikası fəaliyyətinə daha sadə yanaşır, psixi fəaliyyəti reflekslərlə anadan gəlmə instiktiv davranışla və heyvanlarda psixi fəaliyyətinin olmadığını irəli sürürdülər.
“Monizm yuxarıdan” yanaşmasına başqa sözlə antropomorfizm adlandırırlar, onlar heyvanların davranışını psixi hal və xüsusiyyətlərindən irəli gəldiyini izah edir. Amma belə bir xüsusiyyət insana məxsus olduğu da məlumdur.
İ.P.Pavlov antropomorfizm cərəyanına tam əks mövqedə duraraq öz laboratoriyasında belə ifadələrdən istifadə etməyi qadağan etmişdir. Onun qeyd etdiyinə görə, “itin istəyi...” fikri düzgün deyil, it sadəcə “istəməyi” bacarmır, çünki “istəmək” şüurlu bir arzudur və o, ancaq insana xasdır.
Heyvanların psixikası onların davranışı ilə əlaqəlidir, davranış sözü xarici mühitlə əlaqəli olan bir anlayışdır və heyvanın hərəki aktivliyinə xas bir xüsusiyyətdir və davranış vasitəsilə heyvan xarici mühitlə həyatı zəruri əlaqələr yaradır.
Belə halda heyvanın psixi fəaliyyəti davranış və psixikanın təzahürlüyünün tam kompleksi olaraq, heyvanın xarici aktivlik məhsulu kimi vahid psixi əksetmə prosesində özünü göstərir.
Belə ki, davranış xaricən özünü göstərdiyi halda, heyvan psixikasının bəzi sahələri hələ də öyrənilməyib. Primatların davranışı haqda danışarkən buna “qara qutu” da deyirlər. Bu səbəbdən heyvanlarda təzahür olunan psixi halları konkret həyat şəraitində irəli gələn hərəkət aktivliyi ilə əlaqələndirmək lazımdır.
Zoopsixologiyanın predmeti haqqında danışdıqda, qeyd etmək lazımdır ki, V.A.Vaqner zoopsixologiyanı müqaisəli psixologiyanın bir hissəsi kimi hesab edirdi, ikinci hissəsinə isə insan psixologiyasını aid edirdi. Müasir dövrdə müqaisəli psixologiyanı insan və heyvan psixikasının qanunauyğunluqları və inkişafı haqqında olan elm hesab edilir. İnsan və heyvanın psixi fəaliyyətində olan fərq və ümumiliyi aşkar etmək müqaisəli psixologiyanın əsas məqsədlərindən hesab edilir. Bu səbəbdən müqaisəli psixoloji tədqiqatlar mütləq komponent qismində zoopsixoloji tədqiqatlardan əlavə insanın psixi fəaliyyətinin də müqaisəli şəkildə öyrənilməsi əsas şərt hesab edilir.