Mövzu №1. Zoopsixologiya və müqayisəli psixologiya fənninin obyekti, predmeti, məqsədi, tədqiqat metodları və fənnin yaranma tarixi. Plan


Zoopsixologiya və müqayisəli psixologiyanın tədqiqat metodları



Yüklə 17,86 Kb.
səhifə2/3
tarix16.05.2023
ölçüsü17,86 Kb.
#126990
1   2   3
qrup-031-23 (1)

2. Zoopsixologiya və müqayisəli psixologiyanın tədqiqat metodları

Elmi tədqiqatların yeni metodlar sisteminə uyğun olaraq bütün metodları iki qrupa bölmək olar:


- Təbii elmi metodlar;
- Germenevt metodlar.
Bütün klassik tədqiqat metodları (müşahidə, sorğu, eksperiment) təbii elmi metodlar kimi təyin edilir. Germenevt metodları isə anlama və introspeksiya aiddir.
Zoopsixologiya tədqiqat obyektlərinin spesifikası bir çox klassik metodlardan istifadəni qadağan edir, xüsusilə heyvanlarla işləyərkən sorğu metodu qadağan edilir (yazılı, şıfahi, telefon əlaqələri mümkün deyil). Belə ki, heyvanlar sualları nə anlaya nə də sualları başa düşə bilərlər. İntrospeksiya metodu (insanın öz psixikasının vəziyyətini müşahidə etməsi) yüz illər boyu psixologiyada aktiv istifadə olunduğu halda heyvanlar üçün yararlı sayıla bilməz. Hətta refleksiya ya və özünü müşahidəyə cəlb olunsa belə onlar bu haqda danışa bilməzlər. Belə bir ifadədə var ki, “it hər şeyi anlayır, amma danışa bilmir”. Bu səbəbdən eksperimentator üçün özünümüşahidə metodu yararlı sayıla bilməz.
Zoopsixologiyada müşahidə və eksperiment metodlarından geniş istifadə edilir.
Müşahidə metodu heyvan davranışının (xüsusilə hərəkətini) göz və ya yardımçı mexanizmlər ( foto, kinokameralar) vasitəsilə əks olunmasıdır. Heyvanların təbii məskunlaşdığı şəraitdə aparılan təbii müşahidə vasitəsilə unikal informasiyanın alınmasına imkan yaradır. Müşahidə vasitəsilə nəinki heyvan davranışı haqqında informasiya əldə edirsən, həmçinin ətraf mühitdə baş verən hər hansı bir dəyişiklik zamanı heyvanlarında davranışında dəyişikliyin əmələ gəlməsinin müşahidə etmək mümkündür. Bu dəyişiklik heyvanların psixi funksiyalarının fəaliyyətində də öz əksini tapmış olur. Laborator şəraitdə heyvanların müşahidə etmək, yəni laborator müşahidəni aparmaq mümkündür. Bunu eksperiment ilə tamamlayırlar.
Eksperiment metodu canlılar üzərində təcrübə deməkdir. Eksperiment altında heyvanın daxili və xarici mühitində hər hansı bir təsirin nəticəsindəbaş vermiş dəyişikliyi öyrənən təcrübə metodur.
Zoopsixologiyada aparılan tədqiqatlarda istifadə olunan spesifik metodlar aşağıdakılardır.
“Açıq sahə” metodu. Laborator şəraitdə kiçik heyvanlara tədbiq olunur – bunlar sıçan, sıçovul, dəniz donuzu və s. Heyvanlar kvadratlara bölünmüş açıq sahələrə buraxılır. Onların hərəkəti, donmaları, fizioloji təzahürləri müşahidə edilərək qeyd edilir.
Labirint” metodu. “Labirint” metodu gediş sistemidir. Təcrübə heyvanının (adətən ac heyvan) qarşısında əsas məsələ qoyulur. Heyvan üçün anlanılmayan “məqsədi” tapmaq üçün yollar axtarmalı olur. Çox zaman bu yol tələ yeminə gətirib çıxarır.
Dolayı yol” metodu. Bu metod zamanı heyvan yem tələsini qavrayır. Amma ona gedən yolda bir və ya çox maneələr qoyulur. Burada heyvanın axtarış zamanı hərəkət və onun sürəti nəzərə alınmalıdır.
Şərti reflekslər” metodu. Müsbət və mənfi reflekslər ayırd edirlər. Mənfi reflekslərə heyvanların qaçış reaksiyasını ayırd edirlər. Müsbət şərti reflekslər zamanı heyvandan arzu olunan hərəkətləri almaq üçün daha çox gida ilə onu şirnikləndirirlər. Məsələn, itləri təlim edən zaman bu metoddan istifadə edirlər. Davranışda mənfi reaksiyaları gördükdə isə insanlar bu reaksiyaları dondurmaq istəyirlər, bu da müəyyən cəzalar ilə həyata keçir. Məsələn heyvanı gərginlik gücü ilə sakitləşdirirlər.
Problemli qəfəs (qutu)” metodu. Bu metod zamanı heyvanın qarşısına məsələ qoyurlar: müxtəlif alətlərin köməyi ilə qəfəsi özü üçün açmalı, ya da ki, bu alətlərin köməyi ilə yem olan qəfəsin qapısını açıb içəri girməlidir. Yüksək inkişaf etmiş heyvanlar üçün təcrübəni daha da mürəkkəbləşdirirlər. Məsələni həll etmək üçünonların qarşısında məsələ qoyurlar. Tutaq ki, ağacdan bananı dərmək üçün yuxarı rəfdə qoyulmuş taxtanı götürmək.



Yüklə 17,86 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin