Mövzu №11: İnzibati məsuliyyət və inzibati xəta


Qanun qarşısında bərabərlik prinsipi



Yüklə 108,45 Kb.
səhifə4/17
tarix01.01.2022
ölçüsü108,45 Kb.
#106457
1   2   3   4   5   6   7   8   9   ...   17
IH-11Edit

Qanun qarşısında bərabərlik prinsipi. Göstərilən prinsip öz əksini Azərbaycan Respublikasının Konstitusiyasında, İnsan hüquqları haqqında Ümumi Bəyannamədə tapmışdır. Mülki siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 26- maddəsində göstərilir: Bütün insanlar qanun qarşısında bərabərdir heç bir ayrı-seçkilik qoyulmadan müdafiə olunmaq hüququna malikdir.

İnsanların hüquqlarının və azadlıqlarının bərabərliyi dedikdə, həmin hüquqların və azadlıqların eyni hüquqi qaydalar əsasında həyata keçirilməsi, hüquqi imkanların bərabərliyi başa düşülür.

İnzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, mənşəyindən, cinsindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər və inzibati məsuliyyətə cəlb olunurlar.

Hüquqi şəxslər mülkiyyət formasından, olduqları yerdən, təşkilati-hüquqi formalarından və tabeçiliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb olunurlar (İXM-nin 7-ci mad.).



Təqsirsizlik prezumpsiyası prinsipi. Təqsirsizlik prezumpsiyası (lat. praesumptio - güman sözündən) prinsipi əsasən Azərbaycan Respubikasının Konstitusiyasının 63- maddəsində öz əksini tapmışdır. Orada deyilir: Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Bu prinsip həm İnsan hüquqları haqqında Ümumi Bəyannamənin müddəalarında qeyd edilmişdir.

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikasının İXM ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.

İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur (İXM-nin 8-ci mad.).



Ədalətlilik prinsipi. Ədalət hüquqi və sosial-siyasi şüur anlayışı olaraq, əxlaqi kateqoriyaya aiddir. O cəmiyyətdə ayrı-ayrı fərdlərin (sosial qrupların) təcrubi rolu ilə onların ictimai vəziyyəti arasında, hüquq və öhdəlikləri, cinayət və cəza, insanların xidmətləri və bunların ictimaiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq nisbətini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Bu prinsip Konstitusiya, beynəlxalq hüquq normalarına və inzibati xətalar qanunvericiliyinə uyğun olduqda ədalətli sayılır.

İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.

Bir inzibati xətaya görə heç kəs iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz (İXM-nin 9-cu mad.).


Yüklə 108,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin